Məhkəmə qərarları › İş №2(049)-2124/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2124/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2124/2023 11.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4647.38 manat pulun və 67 manat dövlət rüsumu cəmi 4714.38 manat cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslanmışdır ki, 19 iyul 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, Azərbaycan Beynəlxalq Bankı tərəfindən Cavabdeh 48 ay müddətinə 11000 (on bir min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasında 19 iyul 2018-ci il tarixdə BPM**********55 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Əvvəllər Cavabdeh kredit ödənişlərini kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun ödəsə də sonrada müqavilənin şərtlərini pozaraq kredit ödənişlərini gecikdirmişdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə ödənilməli olan aylıq məbləğ iddiaçının əmək haqqından tutulmağa başlamışdır. Hazırda Azərbaycan Beynəlxalq Bankı ilə Cavabdeh arasında bağlanmış 19 iyul 2018-ci il tarixli kredit müqaviləsinə görə mənim əmək haqqından tutulan pul məbləği 4647,38 manat təşkil edir və bu barədə Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş müvafiq hesabdan çıxarış da mövcuddur. Hesab edir ki, Azərbaycan Beynəlxalq Bankı ilə Cavabdeh arasında bağlanmış 19 iyul 2018-ci il tarixli kredit müqaviləsinə görə əmək haqqından tutulan 4647,38 manat məbləğində pul qanunvericiliyin tələblərinə görə reqres qaydada Cavabdeh alınaraq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş lakin məhkəmənin elektron poçt vasitəsiylə muraciət edərək üzrlü səbədən iştirak edə bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehin məhkəməyə məlum olan son yaşayış yerinə məlumat göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 19 iyul 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Azərbaycan Beynəlxalq Bankı tərəfindən Cavabdeh 48 ay müddətinə 11000 (on bir min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 19 iyul 2018-ci il tarixdə BPM**********55 saylı zaminlik müqaviləsinə əsasən Azərbaycan Beynəlxalq Bankı ilə İddiaçı arasında 19 iyul 2018-ci il tarixli kredit müqaviləsininin təminatı kimi zaminlik müqaviləsi bağlanılmışdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 67 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan kassa mədaxil orderlərindən görünür ki, İddiaçı tərəfindən "xxxx" QSC-yə ümumillikdə 4647.38 manat məbləğində ödənişlər həyata keçirimişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442- ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. MM-nin 509-cu maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 19 iyul 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, Azərbaycan Beynəlxalq Bankı tərəfindən Cavabdeh 48 ay müddətinə 11000 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasında 19 iyul 2018-ci il tarixdə BPM**********55 saylı zaminlik müqaviləsi bağlanılmış, cavabdeh kredit ödənişlərini vaxtıvaxtında ödəməmiş, bu səbəbdən də iddiaçının əmək haqqından ümumilikdə 4647,38 manat pul tutulmuşdur. Qeyd olunan məbləğin iş üzrə Cavabdeh ödənilməsini dəfələrlə xahiş etsə də, lakin nəticəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 4647,38 manat məbləğində borc və 67 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4647,38 manat məbləğində borc və 67 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar