Məhkəmə qərarları › İş №2(049)-2138/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2138/2024

25.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2138/2024 25.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X11 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə anadan olmuş X9 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 üçün Lənkəran rayon məhkəməsi tərəfindən verilmiş 2(049)-1781/2018 saylı, 18 iyul 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat məbləğində müəyyən edilməsi və Lənkəran 1 saylı Mediasiya Təşkilatına ödədiyi 60 manat rüsumun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 07 sentyabr 2010-cu il tarixdə el adəti ilə ailə qurub. Nikahları da 07 sentyabr 2010-cu il tarixdə rəsmiləşdiriblər. Birgə nikahlarından xx.xx.2015-cı il tarixdə Rəsul və xx.xx.2017-ci il tarixdə Sevil adlı iki uşağları anadan olmuşdur. Cavabdeh ilə ailə qurduqdan bir müddət sonra münasibətləri normal olsa da, xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətlərimiz korlanmışdır. O ailəsinin dağılmaması üçün nə qədər səy göstərsə də heç bir nəticəsi olmadı. Ona görə də məcbur qalıb aliment tələbi ilə bağlı məhkəməyə müraciət edib. Lənkəran rayon məhkəməsi tərəfindən verilmiş 2(049)- 781/2018 saylı, 18 iyul 2018-ci il tarixli qətnaməsi ilə Rəsul və Sevil adlı uşağların onun yanında qalması və həmin uşağın saxlanması üçün sabit pul məbləğində hər ay bir uşaq üçün 80 manat olmaqla, iki uşaq üçün 160 manat alimentin Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Hazırda uşağının artan tələbatı ilə bağlı alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət edib. O, uşağıyla birlikdə hazırda valideynlərinin evində yaşayır. Özü heç bir yerdə işləmədiyindən uşağını təkbaşına böyütməkdə çətinlik çəkir. Ona görə də cavabdehin verdiyi 160 manat alimentlə uşağının tələbatlarını ödəyə bilmir. Qətnamənin qəbulundan xeyli vaxt keçmiş, uşaqlarının tələbatları artmışdır. Çünki, uşaqları Rəsul və Sevil məktəblidir və onların təhsil xərclərini ödənilməsində çətinlik çəkir. Təkbaşına uşağın maddi tələbatını təmin etməkdə çətinlik çəkməyinə baxmayaraq cavabdeh könüllü olaraq uşaqların saxlanmasında ona heç bir maddi köməklik göstərmir. Halbuki, cavabdeh kifayət qədər gəlir əldə edir. Bir sözlə cavabdeh ödədiyi 160 manat alimetdən başqa uşaqlara heç bir maddi yardım göstərmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirib ki, uşaqlar qızının yanındadır. İki uşağa görə 400 manat aliment tələb edir. Qızı hal hazırda heç bir yerdə işləmir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Doğum haqqında arayışdan görünür ki, X9 15 may 2015-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonunda doğulmuşdur. X2, atası Cavabdehdur. Doğum haqqında arayışdan görünür ki, X10 26 iyun 2017-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonunda doğulmuşdur. X2, atası Cavabdehdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-1781/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh və X4 arasında Lənkəran rayon qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixli 609 saylı nikah qeydi pozulub. Həmin nikahdan olan yetkinlik yaşına çatmıyan xx.xx.2015-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X6 anası X3 yanında qalması müəyyən edilib. xx.xx.2015-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaq üçün 80 manat olmaqla hər ay iki üçün 160 manat sabit pul məbləğində aliment və xx.xx.2017-ci il tarixdə anadan olmuş X6 üç yaşına çatanadək anasının saxlanması üçün hər ay 40 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından Rəsul və Sevil adlı iki uşaqları doğulmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-1781/2018 saylı qətnaməsi ilə, adıçəkilən uşağların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment təyin edilmişdir. İddiaçının nümayəndəsi təyin edilmiş alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu və alimentin məbləğinin artırılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır; Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Qanunun məzmunundan göründüyü kimi dövlət bir çox kateqoriyalardan olan insanları yaşaması üçün minimum xərcləri müəyyən etmişdir ki, uşaqları saxlanmasının minimum xərci kimidə 235 manat müəyyən edilmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin təyin edildiyi vaxtdan, yəni 18 iyul 2018-ci il tarixdən artıq 5 il müddət keçməsi iddiaçı ilə cavabdehin birgə nikahından olan uşaqlarının böyüdükcə gündəlik tələbatının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Aliment qət edilən 2018-ci ilə nisbətdə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu 53% artmışdır. Bu isə qət olunmuş alimentin 85 manat artması deməkdir. Lakin qət olunmuş alimentin 85 manat məbləğində artırıldığı təqdirdə həmin məbləğ 245 manata bərabər olur ki, həmin məbləğlə də ki, iki uşağın normal səviyyədə böyüdülməsini məhkəmə qeyri mümkün hesab edir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən uşaqlarının normal böyüdülməsi üçün hər uşağa 150 manat olmaqla cabadehdən ümumilikdə 300 manat alimentin tutlub iddiaçıya verilməsi daha məqsədəuyğundur. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxt aşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hərtərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən alınacaq alimentin miqdarı 140 manat artırılmasını nəzərə alaraq bir il ərzində həmin artırılmanın məcmusu 1680 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan çoxdur. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni 36.8 manat təşkil edir. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 36.8 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 36.8 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən Mediasiya prosesinə görə ödənilmiş 60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə də iddiaçı tərəfindən mediassiyaya ödədiyi 60 manat cavabdehə aid edilməli və sonuncudan tuularaq iddiaçıya verilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-1781/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2015-ci il tarixdə doğulmuş X9 və xx.xx.2017-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsi üçün iddianın verilməsi üçün ödənilmiş 60 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməli dövlət rüsumunun məbləği 36.80 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar