Məhkəmə qərarları › İş №2(049)-216/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-216/2023

15.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-216/2023 15.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, idddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7437 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 37 manat olmaqla cəmi 7474 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda tək yaşayır.Təqaudçüdur əri X4 iki il əvvəl vəfat etmiş iki övladı vardır.Övladlarının hər ikisi ailəlidir. Lənkəran şəhəri Bağbanlar küçəsi ev 4-də ona məxsusudur.1987- ci ildən həmin evdən köçmüşdür.Evin əşyalarının coxu həmin evdə olduguna görə mutəmadi olaraq həmin evə gedib nəzarət edirmiş.2021-ci ilin fevral ayında xəstələndiyinə görə həmin evə baş çəkə bilməmişdir.Ev bir mərtəbəli köhnə evdir Həyətin daşları çay daşları ilə hörülmüş Həyət qapısını məftil və dəmirlə bərkidilmişdir. Evin qapı və pəncərələri taxtadandır. Həmişə evin qapı və pəncərələri bağlı olurmuş. Pəncərələr isə dəmir barmaqlıqlarla bərkidilmişdir. Lakin evin bir pəncərədə dəmir barmaqlıqlar olmamışdır. Evin yanında qonşuları da vardır. Lakin evə nəzarət etməyi qonşulara tapşırmamışdır. Belə ki, 11 may 2021-ci il tarixdə saat 16 radələrində gedib həyətə və evə baxmışdır. Görmüşdür ki, hər şey qaydasındadır. Daha sonra çıxıb getmişdir. 03 iyun 2021-ci il tarixdə saat 11 radələrində yenidən gedib həyətə baxmışdır. Həyətə girməmiş baxıb görmüşdür ki, həyətin daş hasarın üstü sökülmüş, elə bilki həyətə girmək üçün yol düzlətmişlər. O həyətyə keçmişdir. Həyətə girən kimi görmüşdür ki, oğurluq olub. Həyətdə olan anbarın qapısının sındırıldığını və oradan oğurluq olduğunu bilmişdir. Anbara baxanda görmüşdür ki, 1 ədəd 35 manat qiymətində uşaq arabası, 1 ədəd 25 manat qiymətində yük qoymaq üçün arabası, hər birinin qiyməti 5 manat olmaqla ümumi 50 manat qiymətində içərisində gilas mürrəbəsi olan 10 ədəd 700 qramlıq bankalar, hər birinin qiyməti 1 manat olmaqla ümumi 20 manat qiymətində 20 ədəd 3 kq-lıq boş bankalar, hər birinin qiyməti 5 manat olmaqla ümumi 25 manat qiymətində 5 ədəd 3 kq-lıq içərisində göyəm, ərik və gavalı şirələri olan bankalar, hər birinin qiyməti 6 manat olmaqla ümumi 30 manat qiymətində 5 ədəd 3 kq-lıq içərisində pomidor və xiyar turşusu olan bankalar, hər birinin qiyməti 5 manat olmaqla 3 ədəd 15 manat qiymətində su kranları, 1 ədəd 40 manat qiymətində su kranı duşla birlikdə, 6 ədəd hər biri 2,5 metr uzunluğunda ümumi 45 manat qiymətində taxtalar, 3 ədəd hər biri 3 metr uzunluğunda 30 manat qiymətində taxtalar oğurlanmışdır. Həyətdən 1 ədəd 100 manat qiymətində köhnə cuqun materialdan olan vanna, həyətdə olan üzüm tənginin altına vurduğu 150 manat qiymətində dəmir armaturlar oğurlanmışdır. Daha sonra evə daxil olmuşdur. Görmüşdür ki, naməlum şəxs pəncərədən evə daxil olaraq evdə iki kisədə qoyduğu hər bir kq 5 manat olmaqla 300 manat qiymətində ümumi 60 kq çəkidə qoz, 150 manat qiymətində evdə quraşdırılmış yolkanın oyuncaqları, 65 manat qiymətində 1 ədəd xrustal güldan, 6 ədəd 48 manat qiymətində xrustal stəkanlar, 70 manat qiymətində 1 ədəd xrustal spirtli içki dolabı 6 ədəd stəkanla birlikdə , 3 ədəd 75 manat qiymətində xrustal çərəz qabılar, 1 ədəd 25 manat qiymətində xrustal külqabı, 50 manat qiymətində kafeyni servis dəsti, 60 manat qiymətində 1 dəst sarı rəngli kafeyni servis dəsti qara rəngli nəlbəkilərlə, fincanlarla birlikdə, 120 manat qiymətində çayni servis dəsti, ümumi 24 manat qiymətində 12 ədəd sadə stəkanlar, hər birinin qiyməti 10 manat olan 6 ədəd ümumi 60 manat qiymətində aliminium qazanlar, hər birinin qiyməti 10 manat olan 4 ədəd ümumi 40 manat qiymətində cuqun qazanlar, 1 ədəd 4 litrlik 60 manat qiymətində elektrik samovar, hər birinin qiyməti 75 manat olmaqla 2 ədəd 150 manat qiymətində 10 litlik samovarlar, 1 ədəd 3000 manat qiymətində zinger markalı paltartikən maşın, otaqda tavandan asılmış 200 manat qiymətində çilçıraq, dəhlizdə tavandan asılmış 1 ədəd 60 manat qiymətində üç şaxəli çilçıraq, mətbəxdə tavandan asılmış 1 ədəd 25 manat qiymətində çilçıraq, 1 ədəd 220 manat qiymətində təzə “aqidel” markalı su nasosu, 1 ədəd 100 manat qiymətində istifadə olunmuş “aqidel” markalı su nasosu, hər birinin qiyməti 25 manat olmaqla ümumi 50 manat qiymətində 2 ədəd su termosu, 1 ədəd 25 manat qiymətində yemək termosu, ümumi 80 manat qiymətində 4 ədəd böyük dəst nimçələr, hər birinin qiyməti 15 manat olmaqla, 2 ədəd ümumi 30 manat qiymətində çayniklər, hər birinin qiyməti 115 manat olmaqla 2 ədəd ümumi 230 manat qiymətində təzə qadın qol saatlarını, hər birinin qiyməti 10 manat olmaqla, 2 ədəd 20 manat qiymətində stolüstü saatlar, hər bir dəstin qiyməti 25 manat olmaqla, ümumi 2 dəst 50 manat qiymətində çayni servis dəsti, 1 dəst qiyməti 50 manat olan 12 ədəd fincanlar, qiyməti 15 manat olan tor bişirmək üçün nəzərdə tutulan alətlər, 20 manat qiymətində bəzəkli su dolabı iki ədəd balaca rumka ilə birlikdə, 10 manat qiymətində 3 ədəd xrustal rumkalar, ümumi 40 manat qiymətində 6 ədəd yaşıl rəngli bəzəkli balıq naboru, qiyməti 15 manat olan 2 ədəd balaca ağ rəngli bəzəkli balıq naboru, 15 manat qiymətində 6 ədəd sadə rumkalar, hər birinin qiyməti 3 manat olan, 2 ədəd ümumi 6 manat qiymətində sadə sul dolabları, 1 ədəd 20 manat qiymətində üzqırxan maşını qutusu ilə birlikdə, 1 ədəd 20 manat qiymətində divara vurmaq üçün nəzərdə tutulan xalça, 1 ədəd 70 manat qiymətində.3,5 X 1,5 metr ölçüdə xalça, ümumi qiyməti 100 manat olan içərisində 12 ədəd nəlbəkilər, 12 ədəd nimçələr, 1 ədəd çaynik, 1 ədəd süd qabı, 1 ədəd qəndqabı olan servis dəsti, 1 cüt 100 manat qiymətində təzə kişi qış ayaqqabısı, 1 cüt 40 manat qiymətində istifadə olunmuş kişi qış ayaqqbısı, 1 cüt 30 manat qiymətində kişi sadə ayaqqabısı, hər cütün qiyməti 25 manat olan 2 cüt ümumi 50 manat qiymətində qadın ayaqqabıları, 1 ədəd 200 manat qiymətində “fidje” markah farnsız ətiri, 1 ədəd 50 manat qiymətində London istehsalı olan ətir, 15 manat qiymətində tort bəzəmək üçün nəzərdə tutulmuş şpris dəsti, qiyməti 20 manat olan 12 ədəd armudu stəkanlar, qiyməti 20 manat olan 6 ədəd xrustal stəkanlar, qiyməti 40 manat olan 12 ədəd pivə içmək üçün nəzərdə tutulmuş stəkanlar, hər birinin qiyməti 30 manat olan iki ədəd 60 manat qiymətində kişi uzunqol köynəkləri, evin içərisindən həyətə kimi olan divara vurulmuş 200 metr uzunluğunda 120 manat qiymətində qalın elektrik naqilləri, hər birinin qiyməti 50 qəpik olan ümumi 4 manat olan 8 ədəd lampalar, 7 metr uzunluğunda 5 manat qiymətində uzadıcı elektrik naqili, paltaryuyan maşının 100 manat qiymətində içərisində olan ehtiyyat hissələri, qiyməti 15 manat olan ağac budamaq üçün nəzərdə tutulmuş qayçını, hər birinin qiyməti 5 manat olan ümumi 15 manat qiymətində 3 ədəd aliminium padnoslar, qiyməti 20 manat olan 8 metr uzunluğunda klyonka, 100 manat qiymətində 20 litrlik şüşə qabda spirtli içki olan çaxır, qiyməti 50 manat olan 1 dəst içərisində 3 ədəd alimium qazan və 1 ədəd çaynik, 1 ədəd çömçə, 12 ədəd qaşıq, 12 ədəd vilka, 12 ədəd bıçaq olan nabor, hər birinin qiyməti 5 manat olan ümumi 10 manat qiymətində baltalar, 1 ədəd 5 manat qiymətində yaba, ümumi 10 manat qiymətində iki ədəd lapatkalar, 1 ədəd 25 manat qiymətində çuqun çaynik oğurlanmışdır. Ona ümumlikdə 7437 manat ziyan göstərsə də mənə vurulmuş ziyan ümumilikdə ziyanın məbləği isə 25000 manatdan çox ziyan vurulmuşdur. Cavabdeh ona ödəniş etməkdən imtina edir. Əlavə olaraq bildirir ki, Lənkəran Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 1(049)- 457/2021 saylı hökmündən də görünür ki, Cavabdeh tərəfindən ona dəymiş ümumilikdə 7437 manat ödənilmədiyi qeyd olunmuşdur. Məhkəmə iclasında iştirtak edən İddiaçı iddanı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh iclasa gəlməmiş gəlməməsi barədə də heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 1(049)- 457/2021 saylı hökmündən görünür ki, Rəcəbov X2 Tatyana İvanovnanın evindən 7437 manat dəyərində əmlakı gizli olaraq talayaraq oöurluq etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı oğlu məhkəməyə müraciət üçün 37 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MPM-nin 82.4-cü maddəsinin tələbinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş hökmün faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13 fevral 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Buna görə də məhkəmə araşdırması zamanı müəyyən olunmuş 7437 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq ona ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin Cavabdeh 7437 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 37 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar