Məhkəmə qərarları › İş №2(049)-2164/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2164/2023

17.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2164/2023 17.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məkəməsinin hakimi Pənahov Anar Elman oğlu İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Cavabdeh qarşı torpaq mübahisəsi barədə iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM : İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Cavabdeh qarşı torpaq mübahisəsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə qəbul edilməsini xahiş etmişlər. Aşağıdakı əsaslara görə ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Həmin Məcəllənin 149.2.3.-ci maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Hazırki iddia ərizəsindən müəyyən edilir ki, həmin ərizədə iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı4 Cavabdeh eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və s.) qeyd edilməmişdir. İddia ərizəsində cavabdehə qarşı yönələn tələb dəqiq göstərilməmişdir. Həmçinin iddia ərizəsində iddiaçıların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı qeyd edilməmişdir. Hesab edirəm ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət olunmadan mülki işin icraata qəbul edilməsi qeyrimümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən ərizə forma və məzmununa görə düzgün təqdim edilməmişdir. Beləliklə ərizədən müəyyən edildiyi kimi ərizə məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla ərizə məhkəməyə təqdim edilmişdir. Odur ki, ərizə MPM-nin yuxarıda göstərilən tələblərini pozmaqla tərtib edilərək məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Cavabdeh qarşı torpaq mübahisəsi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçılara hazırkı iddia ərizəsi ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar