Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2168/2023 23.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35000 (otuz beş min) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 195 (bir yüz doxsan beş) manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında qarşılıqlı etibar olmuşdur. Bir müddət sonra cavabdeh ondan 35000 (otuz beş min) manat borc istəmişdir. O, cavabdehin səmimiliyinə inanıb onunla razılaşmış və 2014-cü il tarixdə ona 35000 (otuz beş min) manat borc vermişdir. Razılaşmaya əsasən cavabdeh həmin məbləği hər ay 1944 (min doqquz yüz qırx dörd) manat olmaqla 18 ay ərzində ona qaytarmalı idi. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edib. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. 27 oktyabr 2015-ci il tarixdə borc müqaviləsini yazılı formada da bağlamaq üçün Lənkəran şəhəri 1 saylı notariat kontorunda yenidən rəsmiləşdirmişlər. Lakin Cavabdeh üzərinə düşən vəzifəni yerinə yetirməyərək müxtəlif vaxtlarda borcunu ödəməyə söz versə də, bütün hallarda ödənişdən yayınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəməyə teleqramla muraciət edərək məhkəmə baxış iclasının təxirə salmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında Cavabdeh izahat verərək bildirmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, iddiaçı onun müdiri olub. Firmanın borcu olduğundan həmin borcu pərdələməkdən ötrü onunla borc müqaviləsi bağlamışdır. O, iddiaçıdan müqavilədə göstərilən pulu almamışdır. İddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Cavabdeh ilə İddiaçı arasında Lənkəran rayonu 1 saylı notariat kontorunda rəsmiləşdirilmiş 27 oktyabr 2015-ci il tarixli “əvvəllər verilmiş kreditin etirafı müqaviləsi”ndən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən Babayev X1 Zaid Mail oğlu tərəfindən yaranmış 35000 (otuz beş min) manat borc məbləğini hər ayın sonu 1944 (bir min doqquz yüz qırx dörd) manat olmaqla, 18 ay müddətinə hissə-hissə ödəməsinə Cavabdeh möhlət verməsi üçün razılığa gəlir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borc alan Cavabdeh yaranmış 35000 (otuz beş min) manat borc məbləğini hər ayın sonu 1944 (bir min doqquz yüz qırx dörd) manat olmaqla, 18 ay müddətinə hissə-hissə ödəməyə razılığını bildirir. Lənkəran rayonu 1 saylı notariat kontorunun 23 yanvar 2018-ci il tarixli icra qeydindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Lənkəran rayonu 1 saylı notariat kontorunda rəsmiləşdirilmiş 27 oktyabr 2015-ci il tarixli “əvvəllər verilmiş kreditin etirafı müqaviləsi” 23 yanvar 2018-ci il tarixdə icra qeydi ilə məcburi icra olunmasından ötrü icraya yönəldilmişdir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kamran Əmənovun 19 fevral 2018-ci il tarixli icraata başlamaq haqqında Qərarından görünür ki, Lənkəran rayonuu 1 saylı notariat kontorunun 23 yanvar 2018-ci il tarixli icra qeydi icraata götürülmüşdür. 04 may 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 196 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia borc müqaviləsi üzrə yaranmış hüquq münasibətləri ilə əlaqədar olduğundan iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739-cu maddəsi təşkil edir. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddianın əsaslılığını təsdiq edir. Belə ki, tərəflər arasında Lənkəran rayonu 1 saylı notariat kontorunda rəsmiləşdirilmiş 27 oktyabr 2015-ci il tarixli əvvəllər verilmiş kreditin etirafı müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh 35000 manat borc məbləğini etiraf etmiş və müqaviləyə uyğun qaydada borcu qaytarmamışdır. Cavabdeh iddiaçının onun keçmiş müdiri olduğunu, vaxtilə birgə işlədikləri firmanın borcu olduğundan həmin borcu pərdələməkdən ötrü onunla borc müqaviləsi bağladığını, həqiqətdə iddiaçıdan müqavilədə göstərilən pulu almadığını bildirsə də, iddiaya qarşı öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmiş, etirazını formal mülahizələrə əsaslanan fikirlərlə bildirmişdir. Məhkəmə, cavabdehin irəli sürdüyü, onun formal mülahizələrinə əsaslanan, heç bir sübutla öz təsdiqini tapmayan dəlillərini iddianın tamamilə və qismən rədd edilməsi üçün əsaslı və yetərli hesab etmir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 35000 manat pul və iddiaçı tərəfindən ödənilmiş 195 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 35000 (otuz beş min) manat borc və 195 (bir yüz doxsan beş) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-2168/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2168/2023
23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver