Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2170/2025 06.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ : X1 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona vurduğu ziyanın əvəzi olaraq 600 manat məbləğində pulun alınıb ona veriıməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu, Şilavar kəndi ərazisində aldığı 0.12 ha torpaq sahəsinin Dövlət reyestrindən “Çıxarış”ın alınmasına köməklik göstərilməsi istiqamətində cavabdehə zəhmət haqqı olaraq 600 manat pul verib. Lakin cavabdeh dələduzluq niyyəti ilə ona verdiyi sözü yerinə yetirməyərək aldığı 0.12 ha torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərməmiş və eyni zamanda ondan aldığı 600 manat məblədğində pulu mənimsəmişdir. Cavabdeh Gəgiran məktəbində ibtidai sinif müəllimi işləyir və lazım olduqda Gəgiran kənd sakinlərinin şəxsi işləri ilə əlaqədar sənədləşmə işlərinə köməklik edir. Ona görə də ona yanaşıb və Lənkəran rayonu, Şilavar kənd ərazisində aldığı 0.12 ha torpaq sahəsinin Dövlət Reyestr xidmətində sənədləşdirilməsi üçün ona köməklik göstərməsini xahiş edib. O, pullarını geri istədikdə onları qaytarmaqdan imtina edib. Ona görə də polisə şikayət etmək məcburiyyətində qaliblar. Şikayət ərizəsi üzrə istindaq aparılıb və o, zərərçəkmiş şəxs kimi tanınıb. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə cavabdehin barəsində qaldırılan və istintaqı tamamlanan cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıbı. Cavabdeh məhkəmədə onlara qarşı dələduzluq cinayəti etdiyini etiraf edib. Onun dələduzluq cinayətini etməsi məhkəmə qaydasında sübut edildiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. TƏDQİQ OLUNMUŞ SÜBUT : Qanuni qüvvəsini almış Lənkəran Rayon Məhkəməsinin 1(012)-66/2025-saylı, xx.xx.2025-ci il tarixli hökmün təsviri hissəsindən görünür ki, Cavabdeh Mübariz oğlu iddia ərizəsində göstərilən əməlləri törətməklə ümumilikdə 600 manat məbləğində nağd pulu İddiaçı alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib ona 600 manat məbləğində ziyan vurmuş və məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ : Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iclaslarına cavabdeh gəlməmiş, 600 manat ziyanın qaytarılmasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya 600 manat məbləğində ziyanın vurması faktı qanuni qüvvəsini almış hökm ilə tam təsdiq olunduğu üçün iddia tələbi əsaslı sayılaraq təmin edilməli, Cavabdeh 600 manat məbləğində pul tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Mubriz oğlundan 600 (altı yüz) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №2(049)-2170/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2170/2025
06.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver