Məhkəmə qərarları › İş №2(049)-2193/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2193/2024

25.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2193/2024 25.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Əhmədağa oğlunun sədrliyi, Hüseynov Murad Əbdül oğlunun katibliyi ilə, iddiaçılar X2 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçılar X2 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 592 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Onlar iddia tələblərini onunla əsaslandırmışlar ki, o, İddiaçı2 atası olan digər İddiaçı1 məxsus “Vaz- 21099” markalı ** CC *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. 04 may 2024-cü il tarixdə, saat 22:10 radələrində idarə etdiyi “Vaz-21099” markalı ** CC *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Lənkəran rayonu, Darquba kəndi yolu ilə hərəkət edərək anidən yolun hərəkət hissəsinə bir neçə iri buynuzlu heyvan çıxmış, o, sükanın istiqamətini dəyişsə də, qəza qaçılmaz olmuş və nəticədə heyvanlardan biri maşınının qabaq hissəsinə dəymişdir. Hadisə nəticəsində xəsarət alan olmasa da, maşını əzilərək ona maddi ziyan dəymişdir. Hadisədən sonra dövlət yol polis əməkdaşları hadisə yerinə gələrək araşdırma aparıb, yol-nəqliyyat hadisəsinin sxemini çəkmiş və həmin Cavabdeh məxsus olması müəyyən edilmişdir. Yol polis əməkdaşları bu barədə inzibati xəta haqqında protokol tərtib etmiş, cavabdeh Nəhmətov X1 Xətalar Məcəlləsinin 338.5.1- ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Hadisə nəticəsində idarə etdiyi avtomaşına dəymiş maddi ziyanı müəyyən etmək üçün onu "xxxx" MMC-yə göndərmişlər. "xxxx" MMC-də avtomaşına baxış keçirilmiş və dəymiş ümumi ziyanın məbləği 592 manat olduğu müəyyən olunmuşdur. Əvvəlcə cavabdeh dəymiş ziyanı ödəyəcəyini bildirsə də, sonradan ödəməkdən imtina etmişdir. O, maddi ziyanla bağlı dəfələrlə cavabdehə müraciət etsə də, vurduğu maddi ziyanı könüllü olaraq ödəməkdən yayınır. Odur ki, Cavabdeh vurduğu ziyanı məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə müraciət edir. Məhkəmə hazırlıq iclasında iddiaçılar iddia tələblərinin həcminin azaldılmasına dair ərizə verib cavabdehdən maddi ziyan olaraq 342 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını və məhkəmə baxışı iclasını iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında cavabdeh məhkəməyə ərizə verərək iddianı etiraf edərək qəbul etdiyini və məhkəmə baxışı iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ : Məhkəmə işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçıların irəli sürdükləri tələb təmin olunmalı və cavabdehdən 342 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçılara verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 342 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 372 (üç yüz yetmiş iki) manat məbləğində pul alınaraq iddiaçılar X2 və İddiaçı2 verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar