Məhkəmə qərarları › İş №2(049)-2194/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2194/2024

10.09.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2194/2024 10.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mülkiyyətdə olan evə köçürülmə, mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa (Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi: xx.xx.2024, Reyestr nömrəsi: **********08-05101-093045) əsasən mülkiyyətində olan Lənkəran şəhəri, X5 küçəsi, ev 78/19 yerləşən 69 saylı (Yeni qaydalarla: AZ4204, Lənkəran şəhəri, Əli Məmmədov küçəsi, 118, M2, m2) mənzilə köçürülməsi, həmin əmlakdan istifadə hüququna Cavabdeh və digər şəxslər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa (Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi: xx.xx.2024, Reyestr nömrəsi: **********08-05101-093045) əsasən Lənkəran şəhəri, X5 küçəsi, ev 78/19, mənzil 69-da (Yeni qaydalarla: AZ4204, Lənkəran şəhəri, Əli Məmmədov küçəsi, 118, M2, m2) ¼ (dörddə bir) hissədə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdehlə uzun müddətdir ki, aralarında məhkəmə mübahisələri davam edir. Sözügedən mənzil onun gəlin köçdüyü evdir və o, mərhum həyat yoldaşı ilə birlikdə uzun müddət orada yaşamış, həmçinin pasport qeydiyyatına alınmışdır. Hal-hazırda həmin əmlaka dair qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etsə də, lakin cavabdeh mülkiyyət hüququnun həyata keçirilməsinə, yəni əmlakdan istədiyi kimi istifadə etməsinə imkan vermir. Belə ki, cavabdeh dəfələrlə sözügedən mənzili başqa-başqa şəxslərə kirayə verməklə əsassız qazanc əldə edir. O, isə öz mülkiyyətində olan mənzilə girmək istədikdə orada kirayə olaraq yaşayan şəxslər mənə maneçilik törədirlər. Bununla bağlı 102 xidmətinə müraciət etdikdən sonra polis əməkdaşı ilə birlikdə həmin ünvana getsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Bu səbəbdən də hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə baxışı iclası barədə işdə iştirak edən şəxslərə qanunamüvafiq qaydada məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə vaxtında məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəlıənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan halda məhkəmə hazırki vəziyyətdə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib onun məzmununa uyğun izahat verərək və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(049)- 2482/2023 saylı qətnamədən görünür ki, iddia təmin edilmiş, mərhumə X1 miras qalmış Lənkəran şəhəri, X5 (keçmiş B.O.Abbasov) küçəsi, bina 78/19-da yerləşən 2 otaqlı, yaşayış sahəsi 30.9 kv.m, ümumi sahəsi 59.3 kv.m olan 69 saylı mənzildən ibarət mirasın o cümlədən də X3 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(049)- 2695/2023 saylı qətnamədən görünür ki, iddia qismən təmin edilmiş, Lənkəran rayon 1 saylı Notariat Ofisi tərəfindən mərhum X1 miras qalmış Lənkəran şəhəri, X5 küçəsi, ev 78/19-da yerləşən 69 saylı mənzilə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsində həmin Daşınmaz əmlak (Lənkəran şəhəri, X5 küçəsi, ev 78/19da yerləşən 69 saylı mənzillə bağlı) üzərində aparılmış hüquqların dövlət qeydiyyatı ləğv olunmuş, Lənkəran şəhəri, X5 küçəsi, ev 78/19-da yerləşən 69 saylı mənzilə dair Cavabdeh verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli (reyestr nömrəsi: **********08- 05101-093045) Çıxarış etibarsız hesab edilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışdan (Qeydiyyat nömrəsi: **********, Reyestr nömrəsi: **********08-05101-093045) görünür ki, Lənkəran şəhəri, X5 küçəsi, ev 78/19, 69 saylı (Yeni qaydalarla: AZ4204, Lənkəran şəhəri, Əli Məmmədov küçəsi, 118, M2, m2) ümumi sahəsi 51.60 kv.m olan mənzilə İddiaçı ¼ (dörddə bir) hissədə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş DVD diskdə olan videogörüntüdən müəyyən edilir ki, iddia tələbində göstərilən mənzildə yaşayan şəxs özünü əvvəlcə ev sahibi Şəhla adlı şəxsin (iş üzrə cavabdehin) gəlini kimi təqdim edir. Daha sonra özünün universitetdə müəllim işlədiyini, ev sahibinin isə Rusiyada yaşadığını bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 217.3-cü maddəsinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırki iş üzrə mübahisə predmeti olan-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa (Qeydiyyat nömrəsi: **********, Reyestr nömrəsi: **********08-05101-093045) əsasən Lənkəran şəhəri, X5 küçəsi, ev 78/19, 69 saylı (Yeni qaydalarla: AZ4204, Lənkəran şəhəri, Əli Məmmədov küçəsi, 118, M2, m2) ümumi sahəsi 51.60 kv.m olan mənzildə İddiaçı ¼ (dörddə bir) hissədə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmçinin araşdırma zamanı təsdiq olunur ki, İddiaçı öz mülkiyyət payından sərbəst şəkildə istifadə edə bilmir və həmin payına münasibətdə qanunsuz olaraq kənar müdaxilələrə məruz qalır. Yəni, iddiaçının öz mülkiyyətindən istifadəsinə həmin evdə qanuni əsaslar olmadan yaşayan şəxs tərəfindən birbaşa, cavabdeh tərəfindən isə dolayı yollasözügedən evə kirayənişin yerləşdirməklə maneçilik törədilir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). 1952-ci il martın 20-də Parisdə imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun 1-ci maddəsində (mülkiyyətin müdafiəsi) təsbit olunmuşdur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beynəlxalq hüquq aktlarında İnsan Hüquqları Haqqında ümumi Bəyənnamənin 17-ci maddəsi, “İnsan Hüquqlarının və X2 Haqqında” Konvensiyaya əlavə (1 saylı) protokolun 1ci maddəsi ilə və s. və Azərbaycan Respublikası Konstitusiyasında (29-cü maddə) isə nəzərdə tutulma fundamental İnsan hüquqları sırasında mühüm yer tutur. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı). Mülkiyyət hüququ və məhkəmə müdafiə hüququ bir sıra beynəlxalq sənədlərdə də mühüm yer tutur. BMT-nin insan hüquqları haqqında Ümumi Bəyannaməsinin 17-ci maddəsinə görə, hər bir şəxsin həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olmaq hüququ var. Heç kəs özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. İnsan hüquqlarının və X2 haqqında Konvensiyaya dair bir saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşmasını nəzərdə tutur (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi qanuni və əsaslıdır və təqdim etdiyi sübutlarla da təsdiq olunmaqdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə işdə iştirak edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, yuxarıda sadalanan prosessual hüquq normalarının tələbləri baxımından qeyd edir ki, iddiaçı öz tələbinin hüquqi əsası kimi istinad etdiyi halları məhkəməyə təqdim etmiş və onun sübutları məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən ona qarşı verilmiş iddia tələbinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir. İş üzrə iddaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa (Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi: xx.xx.2024, Reyestr nömrəsi: **********08-05101-093045) əsasən ¼ hissədə mülkiyyətində olan Lənkəran şəhəri, X5 küçəsi, ev 78/19-da yerləşən 69 saylı (Yeni qaydalarla: AZ4204, Lənkəran şəhəri, Əli Məmmədov küçəsi, 118, M2, m2) mənzilə köçürülməli, onun həmin əmlakdan istifadə hüququna Cavabdeh və digər şəxslər tərəfindən yaradılan maneələr aradan qaldırılmalı və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən Dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa (Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi: xx.xx.2024, Reyestr nömrəsi: **********08-05101-093045) əsasən ¼ hissədə mülkiyyətində olan Lənkəran şəhəri, X5 küçəsi, ev 78/19-da yerləşən 69 saylı (Yeni qaydalarla: AZ4204, Lənkəran şəhəri, Əli Məmmədov küçəsi, 118, M2, m2) mənzilə köçürülsün. İddiaçı həmin əmlakdan istifadə hüququna Cavabdeh və digər şəxslər tərəfindən yaradılan maneələr aradan qaldırılsın və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulsun. İş üzrə iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul cavabdehlər Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Lənkəran rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar