Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-22/2023 07.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, birləşdirilmiş 1-ci iş üzrə Cavabdeh1, həmçinin Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, birləşdirilmiş 1-ci iş üzrə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi» tələbinə, birləşdirilmiş 2-ci iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı QSC-yə qarşı «kredit müqaviləsinin şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi» tələbinə, birləşdirilmiş 3-cü iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı QSC-yə qarşı «kredit müqaviləsinin məhkəmə qaydasında etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə 08K000000025 saylı kredit razılaşması üzrə 71.332,46 ABŞ dolları məbləğində kredit borcu, 19.776,54 ABŞ dolları məbləğində faiz borcu və 186.814,92 ABÇ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 277.923,92 ABŞ dolları məbləğində borcun, 008KK**********01 saylı kredit razılaşması üzrə 3.189,99 manat məbləğində kredit borcu və 1.354,29 manat məbləğində cərimə olmaqla, cəmi 4.554,28 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat ə 63 manat xidmət haqqının tutulması, tələbin Lənkəran şəhəri, Koroğlu küçəsində mülkiyyətdə olan 0,00514 ha torpaq sahəsində yerləşən 42,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına, Lənkəran şəhəri, Koroğlu küçəsində mülkiyyətdə olan 0,00481 ha torpaq sahəsində yerləşən 40,3 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasına, Lənkəran şəhəri, Nizami küçəsində mülkiyyətdə olan 2 girişli, 33,7 kv.m ümumi, 33,7 kv.m əsas sahədən ibarət 1 mərtəbəli, qeyri-yaşayış binasına (17 nömrəli mağaza) yönəldilməsinə, həmin qeyri-yaşayış binalarının və torpaq sahələrinin açıq hərracdan satılması və 08K000000025 saylı kredit razılaşması üzrə cəmi 277.923,92 ABŞ dolları məbləğində borcun və 008KK**********01 saylı kredit razılaşması üzrə cəmi 4.554,28 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat ə 63 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qaan məbləğin Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutulması, Lənkəran şəhəri, Koroğlu küçəsində mülkiyyətdə olan 0,00514 ha torpaq sahəsində yerləşən 42,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına, Lənkəran şəhəri, Koroğlu küçəsində mülkiyyətdə olan 0,00481 ha torpaq sahəsində yerləşən 40,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlaka istifadə hüququnun itirilməsi, qeyriyaşayış binasının və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verlməsi, Lənkəran şəhəri, Nizami küçəsində mülkiyyətdə olan 2 girişli, 33,7 kv.m ümumi, 33,7 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (17 nömrəli mağaza) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5 həmin əmlaka istifadə hüququnun itirilməsi, qeyriyaşayış binasının və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı QSC-yə qarşı iddia ərizəsi ilə, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə müracət edərək, 16 mart 2010-cu il tarixli, 08L000003398 saylı Kredi müqaviləsi üzrə 25 iyul 2014-cü il tarixli kredit razılaşmasının 3.3, 3.4, 3.6 və 3.7-ci bəndlərinin dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli qərardadı ilə, məhkəmənin icraatında olan həmin mülki iş Lənkəran Rayon Məhkəməsinin icraatında olan İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işlə bir icraatda birləşdirilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra İddiaçı QSC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə 08K000000025 saylı kredit razılaşması üzrə 71.332,46 ABŞ dolları məbləğində kredit borcu, 33.355,06 ABŞ dolları məbləğində faiz borcu və 308.795,33 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 413.482,85 ABŞ dolları məbləğində borcun, 008KK**********01 saylı kredit razılaşması üzrə 3.189,99 manat məbləğində kredit borcu və 2.432,51 manat məbləğində cərimə olmaqla, cəmi 5.622,50 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat ə 63 manat xidmət haqqının tutulması, tələbin Lənkəran şəhəri, Koroğlu küçəsində mülkiyyətdə olan 0,00514 ha torpaq sahəsində yerləşən 42,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına, Lənkəran şəhəri, Koroğlu küçəsində mülkiyyətdə olan 0,00481 ha torpaq sahəsində yerləşən 40,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına, Lənkəran şəhəri, Nizami küçəsində mülkiyyətdə olan 2 girişli, 33,7 kv.m ümumi, 33,7 kv.m əsas sahədən ibarət 1 mərtəbəli, qeyri-yaşayış binasına (17 nömrəli mağaza) yönəldilməsinə, həmin qeyri-yaşayış binalarının və torpaq sahələrinin açıq hərracdan satılması və 08K000000025 saylı kredit razılaşması üzrə cəmi 413.482,85 ABŞ dolları məbləğində borcun və 008KK**********01 saylı kredit razılaşması üzrə cəmi 5.622,50 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat ə 63 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qaan məbləğin Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutulması, Lənkəran şəhəri, Koroğlu küçəsində mülkiyyətdə olan 0,00514 ha torpaq sahəsində yerləşən 42,7 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasına, Lənkəran şəhəri, Koroğlu küçəsində mülkiyyətdə olan 0,00481 ha torpaq sahəsində yerləşən 40,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlaka istifadə hüququnun itirilməsi, qeyri-yaşayış binasının və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verlməsi, Lənkəran şəhəri, Nizami küçəsində mülkiyyətdə olan 2 girişli, 33,7 kv.m ümumi, 33,7 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (17 nömrəli mağaza) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5 həmin əmlaka istifadə hüququnun itirilməsi, qeyri-yaşayış binasının və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı QSC-yə qarşı iddia ərizəsi ilə, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə müracət edərək, 16 mart 2010-cu il tarixli, 08L000003398 saylı Kredit xətti müqaviləsinin, həmçinin onun əsasında tərtib edilmiş 25 iyul 2014-cü il tarixli kredit razılaşmasının etibarsız hesba edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qərardadı ilə, məhkəmənin icraatında olan həmin mülki iş Lənkəran Rayon Məhkəməsinin icraatında olan İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işlə bir icraatda birləşdirilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra daha sonra İddiaçı QSC iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Cavabdeh2 Seydğa qızının vərəsəli olan Cavabdeh1 və Cavabdeh5 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlmiş və ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, cavabdeh tərəfindən könüllü surətdə keçən müddət ərzində iddia tələbləri təmin edilmiş və banka olan borc ödənilmişdir. Ona görə də iddia tələblərindən imtina edirlər və iddiadan imtinanın nəticələri onlara aydındır. Məhkəmə iclasında Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, İddiaçı QSC ilə qarşılıqlı razılığlarına əsasən 31 yanvar 2023-cü il tarixdə onun tərəfindən İddiaçı QSC qarşısında bütün müqavilə öhdəlikləri icra edilmiş və bunun qarşılığında İddiaçı QSC tərəfindən kredit müqavilələri üzrə ipoteka yüklü edilmiş Lənkəran şəhəri Koroğlu küçəsində yerləşən, 42.7 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binası, Lənkəran şəhəri Koroğlu küçəsində yerləşən, 33.7 m2 ümumi sahəədn ibarət qeyri yaşayış binasının ipoteka yüklülüyündən azad edilməsi barədə məktub Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin müvafiq ərazi idarəsinə təqdim edilmişdir. Göstərilənlərlə əlaqədar olaraq o, İddiaçı QSC-ə qarşı “Kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi” və “Kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələblərindən imtina edir və işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, tərəflərin hər ikisi irəli sürdükləri iddiadan imtina etdiklərindən birləşdirilmiş 1-ci iş üzrə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi», birləşdirilmiş 2-ci iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı QSC-yə qarşı «kredit müqaviləsinin şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi», birləşdirilmiş 3-cü iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı QSC-yə qarşı «kredit müqaviləsinin məhkəmə qaydasında etibarsız hesab edilməsi» tələblərinə dair mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtinaetmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə iş üzrə icraata xitam verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, həm birləşdirilmiş 1-ci iş üzrə İddiaçı QSC-nin, həm də birləşdirilmiş 2-ci və 3-cü iddia üzrə iddiaçı Cavabdeh1 iddiadan imtinası qəbul edilməli, yuxarıda qeyd olunan iddia üzrə mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Bundan başqa iş materiallarından görünür ki, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri 145 manatdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Yuxarıda qeyd olunanlara əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri 145 manat cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Birləşdirilmiş 1-ci iş üzrə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi», birləşdirilmiş 2-ci iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı QSC-yə qarşı «kredit müqaviləsinin şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi», birləşdirilmiş 3-cü iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı QSC-yə qarşı «kredit müqaviləsinin məhkəmə qaydasında etibarsız hesab edilməsi» tələblərinə dair mülki işin icraatına xitam verilsin. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145 manat cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardaddan, onun tərəfə rəsmi qaydada verildiyindən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-22/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-22/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver