Məhkəmə qərarları › İş №2(049)-2201/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2201/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2201/2024 26.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabahov Vidadi Fərman oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" ASC-nin cavabdehlər X3 və X7 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və X5 "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5707.68 manat əsas borc, 396,38 manat faiz borcu və 152.21 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 6.256,27 manat məbləğində borcun və 82,56 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahış etmişdir. İddiaçı "xxxx" ASC sonradan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X6 müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2023-cü il tarixli kredit, müqaviləsi üzrə 3.590,68 manat əsas borc, 560,85 manat faiz və 448,9 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4.600.43 manat məbləğində borcun və 82.56 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahış etmişdir. Məhkəməiclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və X10 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir İş materiallarında olan: xx.xx.2023-cü il tarixli bank xidmətlərinin göstərilməsi üzrə Standart şərtlərə dari 1 №-li əlavə razılaşmadan görünür ki, Cavabdeh1 naİddiaçı ASC tərəfindən illik 16.7% dərəcəsi tətbiq edilməklə 36 ay ərzində qaytarmaq şərtilə 7000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli 13-Z1-1-0-727-23№-li zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə X11 arasında kredit müqaviləsinin icrasını təmin edilməsi üçün zamlik müqaviləsi bağlanılmışdır Kassa məxaric qəbzindən görünür ki, 7000 manat məbləğində pul Cavabdeh1 ödənilmişdir. Xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 borcun ödənilməsi təklif olunmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə iddiaçı banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3590,68 manat əsas, 560,85 manat faiz, 448,9 manat cərimə borcu olmaqla, ümumillikdə cəmi 4600.43 manat borcu vardır. Hökümət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 82,56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinəəsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması vəya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yeksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə yaranmış öhdəliklərə dair cavabdehlər Cavabdeh1 və X6 müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2023-cü il tarixli kredit, müqaviləsi üzrə 3.590,68 manat əsas borc, 560,85 manat faiz və 50 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4.201.53 manat məbləğində borcun və 82.56 manat ödənilmiş dövlət rüsumunun tutulmalıdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və X6 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 3.590,68 manat əsas borc, 560,85 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4.201.53 manat məbləğində borc və 82.56 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar