Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2201/2025 14.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə Ərizəçi «doğum və ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X7 1931-ci ildə Lənkəran şəhərində doğulması faktının və 1908-ci ildə anadan olmuş nənəsi X2 xx.xx.1977-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. X6, anası isə X12 olmuşdur. X6 və anası X12 artıq vəfat elmişlər. Onlar üçün ölüm haqqında şəhadətnamələr əldə edilmiş, lakin X1 doğumunu təsdiq edən hər hansı bir sənəd əldə edə bilməmişdir. Bununla bağlı o, Maraqlı şəxsnə müraciət etmişdir. Orada 1931-ci ilə aid doğum aktı kitabı yoxlanılmış, həmin kitabda X1 doğum tarixi haqqında heç bir sənəd müəyyən edilməmişdir. Eyni zamanda onların nənəsi X3 xx.xx.1977-ci il tarixdə Lənkəran şəhərində vəfat elmiş və Lənkəran şəhər "Böyük bazar" qəbrislanlığında dəfn olunmuşdur. Nənəsi vəfat edərkən valideyinlərinin başı hüzr mərasiminə qarışdığı üçün və hüquqi savadları olmadığından nənəsi üçün ölüm haqqında şəhadətnamə götürməmişlər. Hazırda o, vərəsəlik məsələsini həll elməkdən ötrü müvafiq sənədləri toplayandan sonra, nənəsi X2 ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs arxivində nənəsi X3 barəsində ölüm akt qeydiyyatı aşkar olunmamışdır və bu barədə ona arayış verilmişdir. Qeydiyyat şöbəsində o, yəni Ərizəçi həm mərhum X1 doğum faktının və mərhum nənəsi Gülənbər Abdulla qızının ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət elməyini tövsiyyə etmişlər. Ona görə də o, yuxarıda qeyd olunan doğum və ölüm faktının müəyyən edilməsi üçün məcbur olub məhkəməyə müraciət edir. O, həmin sənədləri başqa yolla əldə edə bilməmişdir. Doğum və ölüm faktının müəyyən olunması onlara vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, nənəsi X2 ölüm faktını məhkəmədə şahidlər də təsdiq edə bilərlər. X1 şəxsiyyətini müəyyən edən heç bir sənədi məhkəməyə təqdim edə bilmir. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il təvəllüdlüdür və Azərbaycan Respublikasının vətəndaşıdır. AZ seriyalı, 039684 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1962-ci il təvəllüdlüdür. Atası – X14, anası – X8r. Maraqlı şəxs tərəfindən təqdim edilmiş 448 nömrəli, xx.xx.2023-cü il taixli ölüm akt qeydindən çıxarışdan görünür ki, X12 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Lənkəran bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Lənkəran rayonun sakini X3 xx.xx.1977-ci il tarixində Lənkəran rayon Böyük bazar qəbristanlığında dəfn olunmuşdur. «Lənkəran Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 29 saylı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1910-cu il təvəllüdlü X4 xx.xx.1977-ci il tarixində Böyük bazar qəbiristanlığında dəfn olunmuşdur. Mərhum Ailə Sağlamlıq Mərkəzində qeydiyyatda olmamış, sahə terapevtinə müraciət etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il 5 sayh əmrinə əsasən belə hallarda ölüm faktı, yəni ölümün baş vermə səbəbi məlum olmayanda və ölüm hadisəsinin baş verməsindən 10 (on) gündən çox keçməsinə görə ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X7 1931-ci ilə aid doğum akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X2 1977-ci ilə aid ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Sübut kimi məhkəməyə təqdim edilmiş qəbirüstü abidənin fotoşəklində: “X3”, “1910 – xx.xx.1977” qeyd edilmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirdi ki, Ərizəçi onun bibisi oğludur. Rahimin anası X12 olmuşdur və o, 1999-cu ildə vəfat etmişdir. X3 onların nənələri olmuşdur. Gülənbər onlarla birlikdə Lənkəran şəhərində eyni evdə yaşamışdır. Nənəsi Gülənbərin ehtiyaclarını onun atası Əlimirzə ödəmişdir. Gülənbər xx.xx.1977-ci ildə yaşadığı evdə ürək xəstəliyindən vəfat etmişdir. X15 şəhərində yerləşən “Böyük bazar” qəbiristanlığında dəfn edilmişdir. Nənəsi vəfat edərkən onu səkkiz yaşı olmuşdur. Həmin hadisələri xatırlayır. O, özü də yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid X13 ifadəsində bildirdi ki, Ərizəçi onun xalası oğludur. Rahimin anası, onun xalası X12 olmuşdur və o, 1999-cu ildə vəfat etmişdir. X3 onların nənələri olmuşdur. Gülənbər dayısı Əlimirzə ilə birlikdə Lənkəran şəhərində eyni evdə yaşamışdır. Nənəsi Gülənbərin ehtiyaclarını onun dayısı Əlimirzə ödəmişdir. Gülənbər xx.xx.1977-ci ildə yaşadığı evdə ürək xəstəliyindən vəfat etmişdir. X15 şəhərində yerləşən “Böyük bazar” qəbiristanlığında dəfn edilmişdir. Nənəsi vəfat edərkən onu on səkkiz yaşı olmuşdur. Həmin hadisələri xatırlayır. O, özü də yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X2 xx.xx.1977-ci il tarixində Lənkəran şəhərində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi ölüm faktının müəyyən edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə ərizə tələbinin “doğum faktının müəyyən edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 4.3 maddəsinə əsasən, Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Belə ki, ərizəçi məhkəməyə X1 şəxsiyyətini müəyyən edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə ərizəçi X1 doğumunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, ərizə “doğum faktının müəyyən edilməsi” hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tələblərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, 1908-ci il Lənkəran rayonunda doğulmuş X2 xx.xx.1977-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 1910-cu ildə Lənkəran rayonunda doğulmuş X2 xx.xx.1977-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2201/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2201/2025
14.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver