Məhkəmə qərarları › İş №2(125)-6013/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6013/2025

03.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6013/2025 03.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi “hüquq əhəmiyyətli faktın müəyyən edilməsi” (maraqlı şəxs – Maraqlı şəxs) barədə ərizəsi üzrə (Açar söz: doğumun və ölümün qeyd edilmə faktı) Hakim: İmanov Zaman Şakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X8 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun və ölümün qeyd edilmə faktı” (maraqlı şəxs – Maraqlı şəxs) barədə ərizəsinə dair mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İ. Ərizə üzrə tələb: Ərizəçi “doğumun və ölümün qeyd edilmə faktı” (maraqlı şəxs – Maraqlı şəxs) barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası – X5 1929-cu ildə Qazax rayonu, Xılxına kəndində doğulmasının və 1989-cu ilin aprel ayında Ağstafa rayonunda ölümünün qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İİ. Ərizənin mahiyyəti: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası, Abbasova (Mustafayeva) Səyad Namaz qızı 1929-cu ildə Qazax rayonu, Xılxına kəndində anadan olmuşdur. 08 fevral 1950-ci ildə X20 ilə nikaha daxil olduqda Mustafayeva soyadını - Abbasova soyadına dəyişmişdir. X1 X3 ilə birgə nikahlarından xx.xx.1957-ci ildə o, dünyaya gəlmişdir. X3 1989-cu ilin aprel ayında Ağstafa rayonunda vəfat etmişdir. Həmin vaxt anası kiçik qardaşı - 1961-ci il təvəllüdlü X15 ilə bir evdə yaşamış, o, isə artıq 15 il idi ki, Gəncə şəhərində yaşayır. Qardaşı Vaqif 2018-ci ildə vəfat etmişdir. Buna görə qardaşının anasının ölümünü qeyd etdirib-etdirməməsi və ölüm şəhadətnaməsi alıb-almaması ona məlum deyildir. Qeyd etmək istəyir ki, anası Səyad Abbasovanın 1940-cı il təvəllüdlü X4 adlı bacısı olmuşdur. X12 27 mart 1998-ci ildə vəfat etmişdir. X22 rayonunda torpaq sahəsi vardır. Xalası Səadət ailə qursa da övladı olmamışdır. Buna görə hazırda onun yeganə vərəsəsi olaraq o, qalmışdır. O, X12dan miras qalmış torpaq sahəsini qəbul etmək istəyir. Lakin anasının ölümü haqqında şəhadətnamə olmadığı üçün mirası qəbul edə bilməmişdir. O, anasının doğum və ölüm haqqında şəhadətnamələrini almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, Qeydiyyat Şöbəsində anasının doğum və ölüm şəhadətnamələri aşkar edilmədiyi üçün ona imtina verilmişdir. Buna görə anasının ölümünün qeyd edilmə faktının müəyyən edilməsi məhkəməyə müraciət etmək məcburiyyətindədir. İİİ. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, anası Səyad Abbasova 1929-cu ildə Qazax rayonunda doğulmuş, 1989-cu ildə isə Ağstafa rayonunda vəfat etmişdir. Lakin, anasına məxsus olan doğum və ölüm sənədləri itmişdir. Vərəsəlik işi ilə bağlı həmin sənədlər lazım olduğu üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs - Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin, Maraqlı şəxs rəisi vəzifəsini icra edən Vüsalə Mərdəliyeva məhkəməyə məktub göndərərək, işlərin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak etmələrinin imkan xaricində olduğu və onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, Ərizəçi onun əridir. X13 1929-cu ildə Qazax rayonu, Xılxına kəndində doğulmuş, 1989-cu ilin aprel ayında da Ağstafa rayonunda vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, ərizəçi onun bacısının əridir. Səyad Abbasova isə onun bacısının qayınanasıdır. Səyad Abbasova 1989-cu ildə Ağstafa rayonunda vəfat etmişdir. V. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: - İV-JQ seriyalı, 404100 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə doğulmuşdur. Atası – X20, anası - X9r. - 09 sentyabr 2025-ci il tarixli, 3-16-5/8-956 nömrəli, Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X6 (1929-cu il təvəllüdlü) barəsində Maraqlı şəxs arxivində doğum haqqında akt qeydi aşkar olunmadı. 1936-1942-ci illərə dair Maraqlı şəxsndə ilkin və Düzqışlaq kənd İcra Nümayəndəliyi üzrə akt qeydləri saxlanılmır. Arxiv məlumatları 1949-1956-cı illər doğum bərpa akt qeydləri üzrə yoxlanılmışdır. Qeyd: 1942-ci ilə aid doğum akt qeydləri dövlət arxivinə təhvil verilmişdir. - 09 sentyabr 2025-ci il tarixli, 3-16-5/8-950/2025 nömrəli, Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X21 və X7 ilə nikahı haqqında 08 fevral 1950-ci il tarixdə 10 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer – Maraqlı şəxsdir. Nikah bağlandıqdan sonra ərə “Abbasov”, arvada “Abbasova” soyadı verilmişdir. Qeyd: N.Ərizəçi xx.xx.1973-cü ildə ölməsi (ölüm xx.xx.1973-cü ildə 10 saylı akt qeydi ilə Ağstafa şəhər İN-də) dövlət qeydiyyatına alınması ilə bağlı xitam verilmişdir. - AZ-İİ seriyalı, 490286 nömrəli, 09 sentyabr 2025-ci il tarixli, Ağstafa şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 xx.xx.1973-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1973-cü il tarixdə 45 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi – elektrik naqilindən baş verən bədbəxt hadisə. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 02 oktyabr 2025-ci il tarixli, 3-16-5/8-76-1084/2025 nömrəli məktubda Ərizəçi bildirilmişdir ki, 1929-cu ildə Ağstafa rayonu, Xılxına kəndində anadan olmuş X2 doğum haqqında akt qeydi aşkar edilmədi. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 02 oktyabr 2025-ci il tarixli, 3-16-5/8-76/1085/2025 nömrəli məktubda Ərizəçi bildirilmişdir ki, xx.xx.1989-cu ildə Ağstafa rayonu, Xılxına kəndində vəfat etmiş X5 ölüm haqqında akt qeydi aşkar edilmədi. Bununla əlaqədar olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. - İİ-JQ seriyalı, 558860 nömrəli pasportdan görünür ki, X5 doğulduğu gün, ay və il olaraq - 1929-cu il, doğulduğu yer - Qazax rayonu, Xılxına kəndi qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilirkən 1929-cu il təvəllüdlü Sayat Abbasovanın (Mustafayevanın) doğumu və ölümü haqqında akt qeydinə dair məlumat aşkar edilməmişdir. Vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının arxivində 1949-cu ildən saxlanılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin 10 dekabr 2025-ci il tarixli, 3-48-DA/2-1132/2025 nömrəli sorğuya cavab məktubunda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsinin 1929-cu ilə dair Qazax rayonu üzrə doğum haqqında qeydiyyat kitabları arxivə təhvil verilmədiyindən, Abbasova (Mustafayeva) Sayat Namaz qızının doğum haqqında akt qeydinin axtarışının aparılmasının imkan xaricində olduğu bildirilmişdir. Vİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə əsas doğum və ölüm akt qeydlərinin müvafiq qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 4.1-ci bəndində izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Vİİ. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, ərizəçinin X3 1929-cu il tarixdə Qazax rayonu, Xılxına kəndində doğulmuşdur. Bu fakt iş materiallarına əlavə edilmiş sənədlər – hansı ki, İİ-JQ seriyalı, 558860 nömrəli Səyad Abbasovaya məxsus pasportda da Səyad Abbasovanın doğum tarixi – 1929-cu il, doğulduğu yer isə - Qazax rayonu, Xılxına kəndində qeyd edilmiş, məhkəmə iclasında dindirilmiş şahidlərdə həmin faktı təsdiq etmişlər. Eyni zamanda X5 1989-cu ilin aprel ayında vəfat etməsi şahid ifadələri ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu baxımdan məhkəmə hesab edir ki, Ərizəçi ərizəsində xahiş etdiyi faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada ala bilməsi, yaxud itirilmiş sənədlərin bərpası mümkün deyil. Beləliklə, məhkəmənin gəldiyi yekun qənaətinə əsasən ərizə təmin edilməli; - X5 1929-cu ildə Qazax rayonu, Xılxına kəndində doğulmasının qeyd edilməsi; X5 1989-cu ilin aprel ayında Ağstafa rayonunda ölümünün qeyd edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216,220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. X5 1929-cu ildə Qazax rayonu, Xılxına kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. X5 1989-cu ilin aprel ayında Ağstafa rayonunda ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar