Məhkəmə qərarları › İş №2(050)-2274/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2274/2025

01.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2274/2025 01.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin doğulması və ölməsi faktının müəyyən edilməsi (maraqlı şəxs - Masallı Rayon Qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 1909-cu ildə Masallı rayonu Çaxırlı kəndində doğulması və 13 may 1988-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, atası X8 1909-cu ildə Masallı rayonu Çaxırlı kəndində anadan olmuşdur. 12 noyabr 1946-cı ildə anası X10 ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Onların nikahından onunla yanaşı Əzizova Şərabam adlı bacısı doğulmuşdur. Anası xx.xx.2000-ci il tarixdə, bacısı xx.xx.2025-ci il tarixdə, atası isə xx.xx.1988-ci il tarixdə vəfat edərək kənd qəbirastanlığında dəfn olunmuşlar. Bu faktı bütün qohumlar, qonşular təsdiq edə bilərlər. Lakin atasının ölümün səbəbinə dair tibbi akt tərtib edilməmiş, bu səbəbdən də ölümün qeydiyyatı mümkün olmamışdır. Həmçinin vərəsəlik işi açılarkən məlum olmuşdur ki, atası ilə bağlı hansısa səbəbdən doğum akt qeydi tərtib edilməmişdir. Atasının doğum və ölüm akt qeydlərinin olmaması nəticəsində bir sıra hüquqlardan, o cümlədən anasından qalmış miras əmlakı adına sənədləşdirməkdən məhrum olur. Bu səbəbdən atasının doğum və ölum faktlarının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin atası Məmmədi Mirzəxanov 1909-cu ildə doğulmasına baxmayaraq doğumu ilə bağlı hər hansı tibb sənədi olmadığından və bundan sonra belə sənədin əldə edilməsi mümkün olmadığından ümumiyyətlə doğumla bağlı qeydiyyat aparılması da mümkün deyildir. Mərhum atası Məmədi Mirzəxanov 1909-cu ildə doğulmaqla 13 may 1988-ci il tarixdə vəfat etsə də, doğum və ölüm akt qeydi aparılmadığmdan, meyiti müayinə olunmadığından bu barədə müvafiq qeydiyyat aparılmamışdır ki, nəticədə onun doğum və ölüm faktının qeydi başqa yolla mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən belə olan halda həmin faktları məhkəmə müəyyən edə bilər. Bu faktların müəyyən olunması mərhum anasından qalmış miras əmlakdan payların müəyyənləşdirilməsi üçün zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ərizəçi həmkəndlisidir. Onun atası Məmməd olmuşdur. O, 1988-ci ildə vəfat etmişdir. Onun üçün məzarı şəxsən özü qazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ərizəçi həmkəndlisidir. Onun atası Məmməd olmuşdur. O, sovxozda və maqazində gözətçi işləmişdir. O, 1988-ci ildə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1950-ci il təvəllüdlü Ərizəçi atası X8, anası X7r. Masallı RİHB-nın Çaxırlı kənd İƏD üzrə nümayəndəliyinin 06 may 2025-ci il tarixli, 494 saylı arayışından görünür ki, Ərizəçi məthum arası X9 XX.XX.1909-cu il tarixdə Çaxırlı kəndində anadan olmuşdur. Mərhum 13 may 1988-ci ildə vəfat etmiş və Çaxırlı kənd qəbirstanlığında dəfn olunmuşdur. X2 ölən günə kimi Masallı rayon Çaxırlı kəndində yaşamışdır. “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 13 mart 2025-ci il tarixli, 18-1-60/2-Ə-186-42-146/2025 nömrəli arayışdan görünür ki, X5 ölməsi barədə Masallı MRX PHŞ-də hər-hansı bir məlumat aşkar olunmamışdır. Masallı Regional “ASAN Xidmət” X3 05 iyun 2025-ci il tarixli, 3-16-5/8-36xx-xx/2025 nömrəli arayışından görünür ki, XX.XX.1909-cu ildə Masallı rayonu, Çaxırlı kəndində anadan olmuş X4 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Masallı Regional “ASAN Xidmət” X3 13 mart 2025-ci il tarixli, 3/16-5/8-16xx-xx/2024 saylı arayışından görünür ki, 1909-cu ildə Masallı rayonu, Çaxırlı kəndində anadan olmuş X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Masallı Regional “ASAN Xidmət” X3 rəyindən görünür ki, Ərizəçi vəfat etmiş atası X4 ölümünün qeydə alınmasından imtina edilmişdir. Masallı Rayon Dövlət Arxivinin Masallı RİHB-nın Çaxırlı kənd İƏD üzrə nümayəndəliyinə məxsus təsərrüfatbaşına kitablarından arxiv çıxarışından görünür ki, Masallı RİHB-nın Çaxırlı kənd İƏD üzrə nümayəndəliyinin 131-ci təsərrüfatında ailə başçısı 1903-cü il təvəllüdlü X6r, onun arvadı 1914-cü il təvəllüdlü X7r. Fotoşəkildən görünür ki, X8 1909-cu ildə doğulmuş və 13 may 1988-ci ildə vəfat etmişdir. SSRİ-nin vətəndaş pasportundan görünür ki, 1909-cu il təvəllüdlü X1 rayonu, Çaxırlı kəndində doğulmuşdur. SSRİ-nin hərbi biletindən görünür ki, 1909-cu il təvəllüdlü X11 1935-ci ildə hərbi xidmətə çağırılmışdır. Nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X10 arasında nikah bağlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Buna görə də ərizə təmin edilməli, X4 1909-cu ildə Masallı rayonu Çaxırlı kəndində doğulması və 13 may 1988-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 1909-cu ildə Masallı rayonu Çaxırlı kəndində doğulması və 13 may 1988-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Doğum və ölüm haqqında şəhadətnamənin verilməsi Masallı Rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar