Məhkəmə qərarları › İş №2(049)-228/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-228/2024

21.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-228/2024 21.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə 21 fevral 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli 2(049)-1298/2007 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarını artırmaqla xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul miqdarında alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Yunus Quliyevin doğum şəhadətnaməsində ata adı “Azəroviç” kimi qeyd edilmişdir. O, iddiasını də onunla əsaslandırmışdır ki, cavabdeh ilə 03 may 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və birgə nikahlarından 19 fevral 2009-cu il tarixdə Yunus adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında olan narazılıqlara görə ayrılmışlar. Cavabdeh uşağın saxlanması üçün ona maddi cəhətdən heç bir köməklik göstərməmişdir. Uşağı saxlamaqda çətinlik çəkdiyinə görə nikahın pozulması ilə yanaşı aliment tələbi ilə də məhkəməyə müraciət etmiş və Lənkəran rayon məhkəməsinin 19 iyun 2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər ay sabit pul məbləğində uşağa görə 120 manat miqdarında alimentin tutularaq Yunusun yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi qət edilmişdir. Hazırda qətnamənin qəbul edildiyi tarixdən 06 ildən çox müddət keçmişdir və hazırkı dövrə münasibətdə həmin məbləği uşağın saxlanması üçün real hesab etmək olmaz. Artıq qiymətlər həmin dövrə nisbətdə 2-3 dəfədən də çox artmışdır. Ərzağın qiyməti və geyimlərin qiyməti artmışdır. Eyni zamanda uşaq artıq böyüyüb və aylıq tələbatı da artmışdır. Beləliklə, bir uşağın saxlanması üçün xərc hər ayda 300-400 manat həddində olur.O. tək həmin xərcləri ödəyə bilmir.Cavabdeh isə bir valideyn kimi tələb olunan xərcləri ödəməkdən imtina edir. Məhkəmədə İddiaçı, əvvəllər Rusiyada yaşayıb işləyən zaman onun gəlirlərindən məlumatının olmadığını, bundan sonra birgə yaşadıqları dövrdə cavabdehin taksi fəaliyyəti ilə məşğul olaraq gündəlik 20-80 manat qazanc əldə etdiyini, lakin hazırda qazancının nə qədər olması barədə məlumatı olmadığını, cavabdehin evinin və iki avtomobilinin olduğunu, lakin onları öz adına rəsmiləşdirmədiyini, 2017-ci ildə cavabdehin başqa qadınla ailə həyatı qurduğunu və həmin vaxt onların uşaqlarının doğulmadığını bildirdi. Əlavə olaraq bildirmişdir ki, özünün yeganə qazancı hazırda satci işlədiyi şirniyyat evində aldığı 315 manat əmək haqqıdır və bu məbləğ uşağın tələbatını ödəməyə çatmır. Bu səbəbdən iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh 2017-ci ildə ikinci dəfə qurduğu nikahdan da bir övladının olduğunu qeyd edərək nikah haqqında şəhadətnamənin və uşağının şəxsiyyət vəsiqəsinin surətini məhkəməyə təqdim etdi. Əlavə oalraq aliment ödəmək istəsə də, xərclərinin çoxaldığı, qazancının isə az, yəni ayda 100-300 manat olduğu səbəbindən iddianın təmin edilməyərək aliment məbləğinin 120 manat həddində saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2009-cu il təvəllüdlü X2 anasının yanında qalması, onun saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq cavabdehdən hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə digər arvadı X1 arasında nikah 03 noyabr 2017-ci il tarixdə Lənkəran şəhir İHB-nın Veravul kənd İcra nümayəndəliyində 11 sayla qeydə alınmış və nikah bağlandıqdan sonra arvada “Nəzəroğlu” soyadı verilmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdehin ikinci nikahından xx.xx.2018-ci il təvəllüdlü X3 doğulmuşdur. Məhkəmə mübahisəyə hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin və ya onlardan birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Qanunun mənasına görə tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə, aliment ödəyən şəxsin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(049)-1298/2017 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşmasını müəyyən etmək olmasa da, iddiaçının maddi vəziyyəti nisbətən yaxşılaşmışdır. Əslində bu hal iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilər. Lakin buna baxmayaraq məhkəmə hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra keçən 07 ilə yaxın müddət ərzində uşaqlar üçün Respublikada müəyyən edilmiş yaşayış minimumu hər il artmış, bu müddət ərzində iddiaçı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. Eyni zamanda, həmin vaxtdan sonra uşağın yaşının artması ilə bağlı maddi ehtiyacları da artdığından məhkəmə hesab edir ki, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməkdən ötrü cavabdehin həmin uşağın saxlanması üçün iddiaçıya ödədiyi alimentin miqdarı artırılmalıdır. Tərəflərin birgə nikahından anadan olmuş uşaq iddiaçının himayəsində olduğundan uşağa qulluq, onun sağlamlığı, təhsili, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, aliment kimi cavabdehdən tutulmasına əsas verir. Cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq vəzifəsindən azad etmir. vabdehdən tutulmalı olan alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçının yaşayış minimumu həddində ayda 220 manat miqdarında alimentin artırılması tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun yalnız bir valideyndən tutulması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələblərinin pozulması olardı. Əslində bərabərlik prinsipi əldə rəhbər tutulsa, onda uşağın yaşayış minimumunu təşkil edən məbləğin yarısını iddiaçı, yarısını isə cavabdeh təşkil etməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İİ-ci hissəsinə əsasən kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Həmin madənin İİİ-cü hissəsinə əsasən isə Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Qeyd olunan maddənin V-ci hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Məhkəmə qeyd edir ki, məhkəmələr notarius funksiyalarını həyata keçirmirlər. Yəni, heç bir araşdırma aparmadan, avtomatik olaraq yalnız uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu əldə rəhbər tutub həmin həddə alimenti qət etməyə borclu deyildir. Əgər yaşayış minimumundan aşağı həddə alimentin qət edİlməsinə qadağa vardırsa, yalnız həmin həddə aliment qət edilməlidirsə, onda bu kategoriyadan olan işlərin məhkəmə araşdırılmasına lüzum qalmazdı. Belə olan halda hər dəfə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu qalxdıqca, avtomatik olaraq uşaqların saxlanılması üçün qət edilən aliment də qalxardı. Lakin, bu kateqoriyadan olan işlərin məhkəməyə verilməsi ona dəlalət edir ki, məhkəmə həmin yaşayış minimumunu əldə rəhbər tutaraq alimentin miqdarını ya yaşayış minimumundan aşağı, ya eyni, ya da ki, yuxarı həddə təyin edə bilər. Belə ki, qanunvericilikdə alimentin miqdarının artırılması nəzərdə tutulduğu kimi, onun miqdarının azaldılması və ya ümumiyyətlə alimenti ödəməkdən azad etmə də nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, aliment qət edildiyi 2017-ci ildə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu Respublika üzrə 136.60 manat olmuş, hazırda isə 235 manatdır. Yəni, 2017-ci ilə nisbətdə hazırda həmin minimuimu 98.40 manat, yəni 72 % artmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(049)-1298/2017 nömrəli qətnaməsi ilə 2017-ci ildə müəyyən olunmuş 120 manat miqdarında aliment 72%-i - 86,4 manat təşkil eləyir. 2017-ci ildə təyin edilmiş 120 manat miqdarında alimentin üstünə həmin 86,4 manat məbləği gəldikdə 206,4 manat təşkil eləyir. Əslində hazırda alimentin miqdarının 206,4 manata qədər artırılması əsaslı olardı. Lakin, nəzərə almaq lazımdır ki, ilk aliment qət edildikdən sonra, cavabdeh başqa bir qadınla ailə həyatı qurmuş və həmin münasibətdən onların bir uşaqları doğulmuşdur. Məhz sonrakı nikahdan doğulmuş uşağın da mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, Lənkəran rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul miqdarında alimentin alınıb iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının «X7» Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, hazırda uşağın saxlanması üçün ayda 180 manat miqdarında alimentin tutulması nəzərə alınmışdır. Bu da əvvəlki alimentdən 60 manat artıq deməkdir. Artırılmış alimentin alınması haqqında iddianın bir il ərzində ödəmənin cəmi 720 manat təşkil eləyir (60 manat x 12 aya = 720). Buna görə də cavabdehdən 30 manat dövlət rtüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul miqdarında alimentin alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. X4 saxlanmaları üçün cavabdehdən hər ay uşaq üçün 180 (yüz səksən) manat sabit pul miqdarında alimentin tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar