Məhkəmə qərarları › İş №2(049)-230/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-230/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-230/2024 07.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi: X4, X8, ilk iş üzrə iddiaçı birləşdirilmiş iş üzrə cavadeh İddiaçı, nümayəndəsi: X5, nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə, ilk iş üzrə cavabdeh birləşdirilmiş iş üzrə iddiaçı: Cavabdeh və onun nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil, mübahisə premdeti barədə müstəqil tərəb irəli sürməyən üçüncü şəxs Lənkəran Rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair, Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bahadır qızı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100.000 manat məbləğində beh üzrə pulun, iddia qaldırılması ilə əlaqədar ödənilmiş 390.40 manat dövlət rüsumunun, cəmi 10039.40 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bahadır qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olan İddiaçı iş üzrə cavabdeh Lənkəran şəhəri. Qala Xiyabaı küçəsi, ev 28, mənzil 6-da qeydiyyatda olan Cavabdeh ona məxsus olan və ünvan 1 ünvanında yerləşə ümumi sahəsi 51.3 kv.m olan 2 otaqlı, 6 saylı mənzili (çıxarış MA 000172 qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********87-05101-09300. almaq istəmişdir və onlar həmin mənzili aralarında 65000.00 manat dəyərində qiymətləndirilmişlər. Bununla bağlı onların arasında Lənkəran rayon 1 say notariat ofisində xüsusi notariusu X3 tərəfindən 2 dekabr 2022-ci il tarixli 3M-1172 reyestr nömrəli beh müqaviləsi bağlanılmış həmin məbləğin 45.000 manatı satılan tərəfə (Cavabdeh Əliba qızına) notariusun depozit hesabı vasitəsi ilə beh olaraq ödənilmişdir. Həmin beh müqaviləsini iş üzrə cavabdeh olan Cavabdeh əvəzinə Lənkəran rayonu, Şıxəkəran kənd sakini X9 imzalamışdır. Həmin beh müqaviləsində mənzilin dəyərinin qalan 20.000 manatını isə alqı-satqı müqaviləsini rəsmiləşdirdiyi günədək Birinci tərəfə (satıla tərəfə) ödənilməsi barədə öhdəlik götürmüşdür. Bundan sonra tərəflər arasında 07 fevral 2023-cü il tarixdə 22 dekabr 2022-ci il tarixdə 3M-1172 reyestr nömrəsi ilə bağlanmış beh müqaviləsinə əlavə müqavilə bağlanaraq həmin müqavilənin 1-ci bəndində nəzərdə tutulmuş qalan 20.000 manat ödəniş məbləğinin 5.000 manatı da iş üzrə İddiaçı Bahadıir qızı tərəfindən notariusun depozit hesabı vasitəsi ilə Cavabdeh qızma ödənilmişdir. Həmin müqavilədə də mənzilin dəyərinin qalan 15.000 manatının isə alqı-satqı müqaviləsini rəsmiləşdirdiyi günədək Cavabdeh ödənilməsi barədə öhdəlik götürülmüşdür. Hazırda beh müqaviləsinin bağlanmasından 11 aya yaxın bir müddət keçmişdir. İddiaçı mənzilin dəyərinin qalan 15.000 manatını ödəmək istəsə də, iş üzrə Cavabdeh alqı-satqı müqaviləsini bağlamaqdan imtina edir və iddiaçı tərəfdən əlavə olaraq 25.000 manat məbləğində pul tələb edir. Baxmayaraq ki, həmin mənzili tərəflər 65.000 manat dəyərində qiymətləndirmişlər və bu beh müqaviləsində də təsdiqini tapır. Bununla bağlı Cavabdeh qızma pretenziya göndərilsə də, o,beh müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınır. Odur ki, hazırki. iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbinin həcmini artıraraq Cavabdeh 100.000 manat məbləğində pulun, 327 manat məbləğində beh müqaviləsinin bağlanması ilə bağlı ödədiyi dövlət rüsumunun, 75 manat məbləğində beh müqaviləsinə əlavənin bağlanması ilə bağlı ödədiyi dövlət rüsumunun, X2 və vəkil Nümayəndə verdiyim etibarnamə üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi xidmətə görə ödədiyi 300 manat məbləğində pulun və 390.40 manat məbləğində ödədiyi dövlət rüsumunun, cəmi 101122.40 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh İddiaçı arasında bağlanmış 22 dekabr 2022-ci il tarixdə 3M-1172 reyestr nömrəsi ilə bağlanmış beh müqaviləsinin və 07 fevral 2023-cü il tarixli 22 dekabr 2022-ci il tarixdə 3M- 1172 reyestr-nömrəsi ilə bağlanmış beh müqaviləsinə əlavə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, özünə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51.3 kv.m olan 2 otaqlı, 6 saylı mənzili (çıxan MA 0001729, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********87 05101-093005) satmaq istəyirmiş. Lənkəran rayonu, Kərgəlan kənd sakini İddiaçı ona məxsus mənzili almaq istədiyini bildirmişdir. O, mənzil 90.000 manat dəyərində razılaşdırılmışdır. Həmin vaxtı o xəstə olduğu üçün notariusa gedə bilmədiyi üçün notariusa onun tanışı Lənkəran rayon, Şıxəkəran kənd sakini X7 getmişdir. Həmin vaxt İddiaçı 90.000 manat pulu olmadığı üçün bildirmiş ki, mənzilin pulunun 45.000 manatını avans kimi indi versin, qalan hissəsini isə nə vaxt verər, onda mənzilin satılması barədə aralarında alqı-satqı müqaviləsi bağlayar. Lakin cavabdeh həmin vaxtı bildirmişdir ki, bəs müqavilədə 90.000 manat qeyd olunsa, vergi çox verməlidir, ona görə də razılaşmışdır ki, müqavilində məbləği 65.000 manat qeyd etsinlər. Buna görə də o, tanışı Lənkəran rayom Şıxəkəran kənd sakini X6 etibarnamə vermiş ki, əvəzində notariusa gedib, avans müqaviləsi bağlasın. Lakin Lənkəran rayon 1 saylı notariat ofisində xüsusi notariusu X3 avans müqavilə əvəzində 22 dekabr 2022-ci il tarixdə 3M-1172 reyestr nömrəli beh müqavilə bağlamış və mənzilə görə cavabdeh tərəfindən ödənilməli olan həmin məbləği 45.000 manatı ona, yəni satılan tərəfə (Cavabdehn; notariusun depozit hesabı vasitəsi ilə ödənilmişdir. Yuxarıda qeyd etdiyi həmin müqaviləni onun əvəzinə tanışı olan Lənkəran rayonu, Şıxəkəran kər sakini X7 imzalamışdır. Həmin mənzilin dəyərinin qalan 45.000 manatını isə alqı-satqı müqaviləsini rəsmiləşdirdiyi günədək ona, yəni birinci tərəfə (satılan tərəfə) ödənilməsi barədə cavabdeh öhdəlik götürmüşdür. Bundan sonra cavabdeh yenə də onun yanına gələrək bildirmiş ki, 5.000 manatda düzəldib, həmin məbləği də notarius vasitəsi ilə ona ödəsin. Onalar notariusa gedib və aralarında 07 fevral 2023-cü il tarixdə 22 dekabr 2022-ci il tarixdə 3M-1172 reyestr nömrəsi ilə bağlanmış müqaviləyə əlavə müqavilə bağlanaraq həmin müqavilənin 1-ci bəndində nəzərdə tutulmuş qalan 20.000 manat ödəniş məbləğinin 5.000 manatı da iş üzrə cavabdeh İddiaçı tərəfindən notariusun depozit hesabı vasitəsi ilə ona, yəni Cavabdeh qızma ödənilmişdir. Həmin müqavilədə də mənzilin dəyərinin qalan 15.000 manatının isə alqı-satqı müqaviləsini rəsmiləşdirdiyi günədək ona, yəni Cavabdeha ödənilməsi barədə cavabdeh öhdəlik götürmüşdür. Hazırda həmin müqaviləsinin bağlanmasından 11 aya yaxın bir müddət keçmişdir. Hazırda cavabdeh İddiaçı mənzilin dəyərinin qalan 40.000 manat məbləğini ona ödəmək əvəzinə, cəmi 15.000 manatını ödəmək istəyir. Lakin o, aralarında mənzili 90.000 manat məbləğində razılaşdığını desə də, ona sənəddə 65.000 manat qeyd edilibdir, ona görə də o, həmin məbləğdən artıq ödəməyəcəkdir. O, cavabdehlə aralarında avans müqaviləsi bağlamaq istəsə də, notarius müqaviləni beh kimi qeyd etmişdir. Hesab edir ki, həmin beh müqaviləsi ləğv edilməlidir. Çünki cavabdehin verdiyi 50.000 manat beh ola bilməz, behin məbləği 1000 manat ola bilərdi. Odur ki, hazırki, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iş üzrə iddiaçı birləşdirilmiş iş üzrə cavadeh İddiaçı (bundan sonra iddiaçı) iddia tələbini müdafiə edərək MPM-nin 53-cü maddəsinə əsasən verdiyi ərizəsi nəzərə alınmaqla təmin olunmasını, Cavabdeh isə iddiasının rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək MPM-nin 53-cü maddəsinə əsasən verilmiş ərizəsi nəzərə alınmaqla təmin olunmasını, Cavabdeh iddiasının rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iş üzrə cavabdeh birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh (bundan sonra cavabdeh) izahatında iddia tələbini müdafiə edərək təmin edilməsini, İddiaçı iddiasının isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələblərini müdafiə edərək təmin edilməsini, İddiaçı iddiasının isə rədd edilməsini xahiş etdi. Mübahisə premdeti barədə müstəqil tərəb irəli sürməyən üçüncü şəxs Lənkəran Rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi: X1 izahatında bildirdi ki, hazırkı mübahisə üzrə tərəflər notariat ofsinə yaxınlaşaraq beh müqaviləsi bağlamaq istədiklərini bildirmişlər və notariusun depozit hesabına ödənilməklə tərəflər arasında beh və daha sonra beh müqaviləsinə əlavə tərtib edilmişdir. Müqavilənin necə adlanması tərəflərin iradə ifadəsidir və notariusun buna müdaxilə etməyə heç bir səlahiyyəti yoxdur. Eyni zamanda tərəflər arasında alğı-satqı müqaviləsi deyil, beh müqaviləsi imzalandığından mənzilə dair forma 1 tələb edilməmişdir. Eyni zamanda müqavilə üzrə həmin mənzilin ipoteka ilə yüklü olmağı da beh müqaviləsinin imzalanmasına mane deyidir. Mülki işin materiallarında olan 22 dekabr 2022-ci il tarixli beh müqaviləsindən müəyyən olunur ki, Cavabdeh (onun əvəzinə X7) dəyəri 65.000 manat olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 51.3 kvm olan 2 otaqlı 6 saylı mənzili İddiaçı Bahadır qızına satmaq müqabilində 45.000 manat məbləğində beh almışdır. Mülki işin materiallarında olan 07 fevral 2023-cü il tarixli 22 dekabr 2022-ci il tarixli beh müqaviləsinə əlavədən görünür ki, 22 dekabr 2022-ci il tarixli beh müqaviləsində göstərilən qalan borcunun 20.000 manat pulun 5000 manat pulu Notariusun depozit hesabı vasitəsi ilə Cavabdeh verilmiş, qalan 15.000 manat məbləğində borc pulu alğı-satqı müqaviləsinin rəsimləşdirildiyi günədək Cavabdeh Əlibaal qızına verilməsiylə bağlı İddiaçı Bahadır qızı ilə razılığa gəlmişlər. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 iyul 2019-cü il tarixli RX seriyalı ********** nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Lənkəran şəhəri, Qala Xiyabanı,ev 28 ünvanında yerləşən ümumi sahəsi 51.3 kvm olan 2 otaqlı 6 saylı mənzil Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 1 nömrəli reyestr kitabının 156 nömrəli səhifəsində müvafiq tarixdə qeydiyyat aparılmışdır. Mülki işin materiallarında olan pretenziya məktubundan görünür ki, İddiaçı 10 oktyabr 2023-cü il tarixdə Cavabdeh müraciət edərək beh müqavilələri üzrə öhdəliyin icra edilməsi, əgər öhdəliyi yerinə yetirməzsə ödənilmiş 50.000 manat məblğində pulu qaytarılmasını, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmiş və 11 oktyabr 2023-cü il tarixdə Cavabdeh çatdırmışdır. Mülki işin materiallarından müəyyən olunur ki, İddiaçı Bahadır qızı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 21 noyabr 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki işin materiallarında olan 20 noyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, vəkil xidməti olaraq İddiaçı Bahadır qızı tərəfindən Nümayəndə 300 (üç yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Mülki işin materiallarında olan 20 noyabr 2023-cu il tarixli ödəniş qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı Bahadır qızı tərəfindən 390 manat məbləğində dövlət rüsumu, 0.59 manat xidmət haqqı ödəmişdir. . Mülki işin materiallarında olan 03 oktyabr 2023-cu il tarixli və 20 dekabr 2023-cü il tarixli Etibarnamələrdən görünür ki, İddiaçı Bahadır qızı tərəfindən X2 və Nümayəndə etibarnamə vermişdir. Mülki işin materiallarında olan 30 noyabr 2023-cu il tarixli ödəniş qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün Cavabdeh tərəfindən 100 manat məbləğində dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia təmin edilməli, Cavabdeh iddiası isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; MM-nin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; MM-nin 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.[ MM-nin 421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-nin 423.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. MM-nin 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. MM-nin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; MM-nin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; MM-nin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-nin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; MM-nin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; MM-nin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. MM-nin 491.2-ci maddəsinə əsasən Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. MM-nin 491.3-cü maddəsinə əsasən Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. MM-nin 492.1-ci maddəsinə əsasən Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. MM-nin 492.2-ci maddəsinə əsasən Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. 3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, 22 dekabr 2022-ci il tarixli beh müqaviləsindən müəyyən olunur ki, Cavabdeh (onun əvəzinə X7) dəyəri 65000.0 manat olan Lənkəran şəhəri Qala Xiyabanı,ev 28 ünvanında yerləşən ümumi sahəsi 51.3 kvm olan 2 otaqlı 6 saylı mənzili İddiaçı Bahadır qızına satmaq müqabilində (X7) oğlundan 45000.0 manat məbləğində beh almışdır. 07 fevral 2023-cü il tarixdə 22 dekabr 2022-ci il tarixli beh müqaviləsində göstərilən qalan borcunun 20000 manat pulun 5000 manat pulu Notariusun depozit hesabı vasitəsi ilə şəxsən Cavabdeh Əlibal qızına verilmiş, qalan 15000 manat məbləğində borc pulu alqı- satqı müqaviləsinin rəsimləşdirildiyi günədək Cavabdeh verilməsi ilə bağlı İddiaçı Bahadır qızı ilə razılığa gəlmişlər. Qeyd olunan müqavilələrin məzmunundan görünür ki, beh müqaviləsi yuxarıda şərh olunan MM-nin 491.2-ci maddəsinə əsasən notariat qaydasında təsdiq edilmiş və müqavilələr bağlanan zaman tərəflərə MM-nin 492.2-ci maddəsinin tələbi konkret olaraq - Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir- müddəası izah edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbinə uyğun olaraq ilk növbədə beh müqavilələrinin icra edilməməsinin məsuliyyətini cavabdehdə olduğunu sübut etməli idi. İddiaçı beh müqavilələrinin icra edilməməsinin məsuliyyətini cavabdehdə olduğunu qeyd edərək, alqı-satqının baş tutmamasının səbəbi cavabdehin müxtəlif bəhanələrlə mənzillərin alqı-satqı üçün tələb olunan müvafiq sənədlərinin hazır olmaması, ondan əlavə pul tələb etməsi olmuşdur. Bundan sonra, iddiaçı şəxs tərəfindən beh müqavilələri üzrə ödədiyi müvafiq beh məbləğlərinin qaytarılması tələb edildikdə, həmin məbləğlər cavabdeh şəxs tərəfindən qaytarılmamışdır. Eyni zamanda, məhkəmədə Cavabdeh bildirmişdir ki, aralarında müqaviləni 90.000 manat razılaşmışlar və İddiaçı əlavə qalmış 40.000 manatı ödəmədiyi üçün müqavilə bağlanmamışdır. Bununla bağlı məhkəmə bildirir ki, 22 dekabr 2022-ci il tarixli beh müqaviləsində və 07 fevral 2023-cü il tarixli beh müqaviləsinə əlavədən aydın şəkildə görünür ki, tərəflər arasında razılaşdırılmış qiymət 65.000 manat olmuşdur. Göründüyü kimi, tərəflər arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı beh müqavilələri bağlanmışdır. Eyni zamanda, müqavilənin icra edilməsi üçün beh alan məsuliyyət daşıyarsa, o beh verənə behin iki mislini ödəmək barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh müxtəlif bəhanələrlə həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, aldığı behin iki mislini, yəni 100.000 manatı (50.000x2) iddiaçıya qaytarmalıdır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, Cavabdeh 22 dekabr 2022-ci il tarixli beh müqaviləsində və 07 fevral 2023-cü il tarixli beh müqaviləsinə əlavədlərin İddiaçı tərəfindən icra edilməməsi əsasına görə ləğv edilməsi barədə iddiasına münasibət bildirərək göstərməyi zəruri hesab edir ki, qeyd olunan müqavilələrin məhz İddiaçı hərəkətləri nəticəsində pozulması və icra edilməməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh müqavilə üzrə qiyməti 90.000 manata razılaşdıqlarını bildirsə də, bu halı təsdiq edə biləcək məhkəməyə hər hansı sübut təqdim etməmiş, əksinə elə yuxarıda qeyd olunan beh müqaviləsindən də aydın görünür ki, tərəflər arasında razılaşma məbləği məhz 65.000 manat olmuşdur. Eyni zamanda, məhkəmə, Cavabdeh “50.000 manat məbləğində beh ola bilməzdi, bu avans olmalı idi” fikirinə münasibətdə qeyd edir ki, qanunvericilikdə behin miqdarının nə qədər olmasına dair tələb və ya qadağa yoxdur. Məhkəmə, MM-nin 491.3-cü maddəsininin tələbləri baxımından qeyd edir ki, hazırda tərəflər arasında bağlanmış müqavilənin beh meqaviləsi olması hıər hansı şübhə doğurmur. Belə ki, tərəflər arasında ilk müqavilə 22 dekabr 2022-ci il tarixdə beh müqaviləsi altında bağlanmış və bundan təxminən bir ay yarımdan sonra yenidən müqavilə bağlanmış və tərəflər bu yeni müqaviləni əvvəl bağlanmış beh müqaviləsinə əlavə kimi rəsmiləşdirmişlər. Məhz bu baxımdan, yəni tərəflər arasında bir dəfə deyil, iki dəfə müqavilə bağlanması, müqavilələr arası müddətin kifayət qədər uzun müddətdə olması, eləcə də beh müqaviləsinin daşınmaz əmlakla bağlı olduğu üçün notariat qaydasında bağlanmaqla MM-nin 491.2-ci maddəsinə riayət edilməsi məhkəməyə Cavabdeh iddiasını əsassız hesab etməyə əsas verir. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh İddiaçı qarşı “beh müqaviləsinin və beh müqaviləsinə əlavənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Məhkəmə iddia ərizəsinin 327 manat məbləğində beh müqaviləsinin bağlanması ilə bağlı ödədiyi dövlət rüsumunun, 75 manat məbləğində beh müqaviləsinə əlavənin bağlanması ilə bağlı ödədiyi dövlət rüsumunun, X2 və vəkil Nümayəndə verdiyim etibarnamə üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi xidmətə görə ödədiyi 300 manat məbləğində pulun və 390.40 manat məbləğində ödədiyi dövlət rüsumunun İddiaçı Bahadır qızı xeyrinə tutulması” hissəsinə hüquqi qiymət verərkən qeyd edir ki, məhkəmə xərcləri kimi çəkilmiş xərclərə mütənasib olduğundan, məhkəmə həmin xərcləri ağlabatan məbləğ hesab edir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun tələb olunan hissəsi də MPM-nin 119-cu maddəsinə əsasən Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İş üzrə Cavabdeh tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu isə özünə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 100.000 manat məbləğində beh müqaviləsi üzrə pul vəsaiti, 300 manat məbləğində vəkil xidməti xərci, 327 manat beh müqaviləsinin bağlanması üçün xidmət haqqı, 75 manat beh müqaviləsinə əlavə müqavilənin bağlanması üçün xidmət haqqı, 30 manat etibarnamələrin verilməsi üçün xidmət haqqı və 390.40 manat məbləğində dövlət rüsumu olmaqlqa, cəmi 101.122,40 AZN (bir yüz bir min yüz iyirmi iki manat qırx qəpik) məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh İddiaçı qarşı “beh müqaviləsinin və beh müqaviləsinə əlavənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar