Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-232/2025 16.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.000 ( üç min) manat pulun, ödənilmiş 50 manat dövlət rusumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə təxminən 6-7 ay olar ki tanış olmuşlar. Aralarında səmimi münasibət yaranmışdır. Daşqın ona 2 ədəd avtomobil alıb ona icarəyə verməyi təklif etmişdir. O, 2024-cü ilin fevral ayında lizinq yolu ilə 2 ədəd “Şhevrolet Cobalt” markalı avtomobil alıb. Birinin dövlət nişan nömrəsi 77PY330, o birinin isə dövlət nişan nömrəsi 77PE082 olmuşdur. Daşqınla aralarında olan şifahi razılaşmaya görə hər ay hər avtomobilin icarəsinə görə 850 (səkkiz yüz əlli) manat pul verməli idi. O, cavabdehə avtomobili idarə etmək üçün etibarnamə verdirmişdir. Daşqın birinci ay icarə haqqını tam ödəmiş, ikinci ay isə bir avtomobilin icarə haqqını cəmi 200 manat ödəmiş, o biri avtomobilin isə 850 manat icarə haqqını ödəməmişdir. O, cavabdehdən şübhələnindiyi üçün aralarında olan şifahi razılaşmanı yazılı müqaviləyə çevirmək istəmişdir. Daşqın isə müxtəlif bəhanələrlə bundan boyun qaçırırmışdır. Hələ münasibətləri pozulmamışdan öncə birlikdə avtomobil alıb, satmaq istəyirmişlər. Buna görə o, cavabdehin kart hesabına Sumqayıt şəhəri 1-ci mikrorayonda yerləşən “ Seymur” aptekinin içində olan “Million” terminalı vassitəsilə 1.500 (min beş yüz) manat pul ödəmişdir. O, avtomobilləri qaytarandan sonra görmüşdür ki, Daşqının yol-hərəkəti qaydalarını pozduğu üçün bir neçə inzibati qaydada cərimə olunması barədə “elektron qərarları” gəlmişdir. O, avtomaşınların üzərinə həbs qoyulmasın deyə hətta həmin cərimələri, yəni üst-üstə 650 (altı yüz əlli) manat pulu da ödəyib. Beləliklə Cavabdeh ona 3.000 (üç min) manat pul ödəməlidir. Onun ərizəsi əsasında Sumqayıt şəhər Pİ-nin 3-cü PB-də araşdırma aparılan zaman Cavabdeh avtomobilləri ondan icarətə götürdüyünü etiraf etsə də, ona borcunu tam qaytardığını bildirmişdir. Lakin mobil telefonla vidieo çəkiliş zamanı ona olan 3.000 min manat borcunu qaytaracağını bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Cavabdeh icarəyə verdiyi avtomobillər "xxxx" ASC-nin xüsusi mülkiyyətində olmaqla, lizinq obyekti kimi ona icarəyə vermişdir. Bundan sonda o, həmin avtomobilləri hər ay 850 manat icarə haqqı müqabilində cavabdehə icarəyə vermişdir. Buna dair Cavabdeh adına həmin avtomaşınlara dair "xxxx" ASC tərəfindən yol vərəqələri tərtib edilmişdir. Lakin cavabdehlə aralarında avtomobillərin icarəsinə dair heç bir müqavilə və ya digər sənəd tərtib edilməmişdir. Sonradan cavabdeh ona video çəkiliş göndərərək, həmin çəkilişdə ona 3.000 manat borcunun olduğunu etiraf etmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil təmsil etiyi iddaçının iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh hazırda iddiaçıya 3.000 manat borcu qalmışdır. Həmin məbləğdə borcunun olduğunu Daşqın polisdə aparılan araşdırma zamanı verdiyi izahatında da etiaf etmişdir. İdia tələbində cavabdehdən tələb edilən 3.000 manat pul vəsaitinin 1.500 manatını iddiaçı “Milliön” ödəmə terminalı vasitəsilə cavabdehə ödəmişdir, lakin bu barədə qəbz onlarda olmadığından onu sübut kimi məhkəməyə rəqdim edə bilmirlər. 1.500 manat isə 2 ədəd avtomobilin icarəsindən yaranan bordur. Belə ki, hər avtomobilə dair aylıq icarə haqqı 850 manat müəyyənləşdirilmiş, cavabdeh ilkin ayın icarə haqqını ödəmiş, ikinci ayda isə cəmi 200 manat ödəmişdir və 1.500 manat borcu qalmışdır. Həmçinin cavabdehin borcunun olduğunu təsdiq edən video çəkilişi də məhkəməyə təqdim etmişlər. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt ŞRP-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla İddiaçı müraciəti əsasında NK/1-811 nömrəli yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərarın təsviri-əsasladırıcı hissəsində qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək və Sumqayıt ŞPİ-nin 3-cü PB-yə ərizə ilə müraciət edərək Cavabdeh ona olan pul borcunu verməsi üçün ona ucuz avtomobil satdığını bildirdib 3.000 mana pul verməsi, həmin şəxsinn vədinə əməl etməyərək ona qarşı dələduzluq etdiyini bildirmişdir. Həmin qərarın təsviri-əsasladırıcı hissəsində qeyd edilmişdir ki, təhqiqat araşdırmas zamanı izahatı alınmış Cavabdeh izahatında Rəşidi təxminən 5-6 aydır ki tanıdığını və onunla Laçın rayonunda tanış olduğunu bildirmişdir. Onlar dost münasibətimiz yarandıqdan sonra birlikdə iş görmək barədə söhbət etmiş və Rəşid ona 2 ədəd maşını icarəyə verməyi təklif etmişdir. Daşqın onun təklifini qəbul etmiş və aralarında olan sövdələşməyə görə Daşqın ona hər maşına görə 850 manat pul verməli idi və ödənişlərin sonunda maşın ona qalacaqdı. İlkin ayın ödənişlərini etmiş və ikinci ay birinci maşının ödənişini etmişdir. İkinci maşının aylıq vaxtı fevral ayının 6-sı idi. Rəşid hər gün ona zəng edərək maşınları geri gətirməyimi istəmişdir. Daşqın isə bu barədə razılaşdığımızı vo aylıqları verdikdən sonra maşınının ona qalacağı barədə razılaşdığını demişdir. Lakin o yenə də maşınları geri istəyirdi. Daha sonra Rəşid onunla Bakı şəhərində mübahisə etdi və bu barədə 40-cı bölmədə işə baxıldı. Bundan sonra 28-ci PB-də maşınla bağlı araşdırılma aparıldı və o, Rəşidə maşını geri qaytarmışdır. Daşqın onunla maşın alan zaman ona bir maşın almaq istədiyini, maşını aldıqdan sonra pulu geri qaytaracağını bildirmiş və Rəşid ona 1500 manat pul vermişdir. Daşqın ondan aldığı pula maşını almış və satmış və daha sonra Rəşiddən aldığı 1500 manat pulu 1900 manat olaraq artıqlaması ilə ona qaytarmışdır. İş materiallarına əlavə edilmiş polis təhqiqatı araşdırması zamanı Cavabdeh verdiyi izahatında da yuxarıda qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd etdiyi xüsusatlar öz əksini tapmışdır. İş materiallarında olan ********** nömrəli xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia tələbi ilə əlaqadar 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia tələbində cavabdehdən 3.000 manat pul vəsaitini tələb edir. Həmin puldan 1.500 manatını cavabdehə maşın almaq üçün ödəmə terminalı vasitəsilə ödədiyini, 1.500 manatının isə ona icarəyə verdiyi avtomobillərə dair icarə haqqından ödənilməyən məbləğ olduğunu qeyd edir. Cavbdeh Cavabdeh polis təhqiqatı araşdırması zamanı verdiyi izahatda həqiqətən də İddiaçı ona maşın almaq üçün 1.500 manat ödədiyini etiraf edərək, həmin pul vəsaitini ona qaytardığını bildirmişdir. Lakin Cavabdeh qeyd edilən 1.500 manat pul vəsaitini aldığını etiraf etməsinə baxmayaraq, onu İddiaçı qaytarması barədə heç bir sübut təqdim etməmişdir. İddiaçı iddia tələbində qeyd edilən 1.500 manat vəsaitin Cavabdeh icrarəyə verdiyi avtomobillərə dair icarə haqqının ödənilməyən hissəsindən yaranan borc olduğunu qeyd etməsinə baxmayaraq, bu barədə məhkəməyə qeyd etdiyi avtmobillərin ona məxsus olduğuna, həmin avtomobillərun icarəyə verilməsi ilə əlaqadar cavabdehlə aralarında hərhansı müqavilənin bağlanmasına, hər-hansı sənədin tərtib edilməsinə, icarə şərtlərinin və icarə haqqının razılaşdırılmasına, cavabdehin icarə haqqına dair onun qarşısında öhdəliyinin yaranmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İşin məhkəmə baxışında baxış keçirilməklə tədqiq edilən iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilən CD diskdə olan video çəkilişdən görünür ki, bir şəxs alacağı 6.000 manat puldan 3.000 manatını video müraciəti ünvanladığı şəxsə ödəyəcəyini bildirir. Lakin qeyd edilən video çəkilişin nə vaxt və kimin tərəfindən çəkildiyi, video müraciətin kimə ünvanladığı, qeyd edilən pul vəsaitini kimə ödəyəcəyi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Nəzərə alınmalıdır ki, MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Beləliklə də yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, Cavabdeh idddiaçı İddiaçı qarşısında 3.000 manat məbləğində öhdəliyinin yaranmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Cavabdeh polis təhqiqatı araşdırması zamanı verdiyi izahatda həmin vəsaitdən 1.500 manatı maşın almaq üçün iddiaçıdan aldığını etriaf etmiş və qaytardığını bildirmişdir. Belə olan halda qeyd edilən vəsaitin qaytarıldığını sübut etmək vəzifəsi cavadehin üzərində düşür ki, o, da bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda Cavabdeh izahatında avtomobillərin icarəsinə dair iddiaçıya heç bir borcunun olmadığını bildirir ki, bunun əksini sübut etmək vəzifəsi də iddiaçının üzərinə düşür. İddiaçı cavabdehin onun qarşısında həmin öhdəliyinin yarandığını məhkəmə iclasında sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, 1.500 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə, məhkəmə xərclərinə dair hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun 25 manatı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tələblərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.500 (min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-232/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-232/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver