Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2329/2024 25.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1 və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh haqqında Aəzrbaycan Respublikası adından çıxarılmış hökmün icra olunması ilə bağlı 25000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Bak şəhəri, Xətai rayonu Aşıq Ələsgər 15A ünvanında yerləşən İddiaçı MMC ilə əmək müqaviləsi əsasında satış təmsilçisi vəzifəsində çalışan Cavabdeh işlədiyi müddət ərzində İddiaçı MMC-yə məxsus olan məhsulları təyin olunmuş satış məntəqələrinə təhvil vermiş, əldə olunan 35073.79 manat pul vəsaitlərini İddiaçı MMC-nin kassasına təhvil verməmiş, şəxsi ehtiyaclarına sərf etmişdir. Dəfələrlə mənimsədiyi vəsaiti qısa zaman ərzində kassaya ödəyəcəyini üzərinə öhdəlik götürüb amma həmin məbləği ödəməmişdir. Cavabdeh aid sənədlər Xətai Rayon Prokurorluğuna təqdim olunmuşdur. İstintaq orqanı tərəfindən ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki Cavabdeh 01,12.2021-ci il tarixindən “Pacific Bread“ MMC-də satış təmsilçisi işləyərkən maddi məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək ona təhkim olunan məhsulları mağazalara təhvil vermək adı ilə xx.xx.2021-ci il tarixinədək olan müddət ərzində həmin MMC-nin Çörək zavodundan ümumilikdə 35073,79 manat məbləğində məhsulun pulu MMC-nin Bakı şəhəri Xətai rayonu, Aşıq Ələsgər küçəsi ev 15də yerləşən kassasına mədaxil etməyib əmlak sahibi hüquqi şəxs “Pacific Bread“ MMC-yə xeyli miqdarda maddi ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir. Təqsirləndirilən şəxsin qismən ödəniş etməsini, qalan ziyanı yaxın tarixdə ödəyəcəyini öhdəsinə götürmüşdür . Bu əsasla İddiaçı MMC ilə Cavabdeh arasında razılaşma olmuşdur. Xətai Rayon Məhkəməsinin №1(011)-511\2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı Cavabdeh ilə dəfələrlə danışıq aparmağımıza baxmayaraq o, ödəniş etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23000 (iyirmi üç min) manat məbləğ pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini etiraf edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazının olmadığını bildirdi. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-511/2023 nömrəli hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilərək Cavabdeh əlavə cəza olaraq 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmişdir. İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubundan ondan MMC-yə ödəməli olduğu 25000 manat məbləğində pulu 03 gün müddətində ödəməsi tələb edilərək əks halda məhkəməyə müraciət edilcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli, ********** №-li mədaxil qəzbindən görünür ki, iddiaçı tərəfindən 165 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbinin qanuni əsasını Mülki Məcəlləsinin 1097.1-ci maddəsidir. Həmin maddənin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsində mülki hüquq pozuntusunun anlayışı verilmişdir. Həmin normada qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Hazırki işin hallarından göründüyü kimi Cavabdeh cinayət əməli, yəni mənimsəmə cinayətini törətməsi nəticəsində İddiaçınə 23000 manat ziyan vurulmuşdur. İddiaçının nümayəndəsi həmin məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir. Cavabdehin nümayəndəsi isə iddia tələbini etiraf edərək iddianın təmin edilməsinə etirazının olmadığını bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 23000 (iyirmi üç min) manat manat pul tutularaq İddiaçınə ödənilməli, ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş maddi ziyana görə 23000 (iyirmi üç min) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-2329/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2329/2024
25.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver