Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2359/2023 06.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X6, iddiaçı: İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borclu olduğu 55.500 manat pulun, eləcə də iddia qaldırarkən ödənilmiş 256 manat 50 qəpik dövlət rüsumunun, cəmi 55,756 manat 50 qəpik pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh həmkəndli və qonşusudur. Uzun illərdir ki, çox yaxın münasibətdə olmaqla bir-birlərinin evlərinə gedib gəlmişlər. Onun əri X2 qeyri rəsmi olsa da Rəqsanənin atası, Lənkəran rayonu Şürük kənd xəstəxanasında uşaq həkimi işləyən Zayir Kərimovun sürücüsü işləmişdir. Bildirmək istəyir ki, Cavabdeh ilə aralarında səmimiyyət olduğundan o, 2022-ci ilin iyun ayının 07-də onlara gəlib yalvararaq qardaşı, yəni Lənkəran rayon Mərkəzi Xəstəxanasında həkim işləyən X13 əlində xəstəxanada uşaq vəfat edib və onu qurtarmaq üçün 20.000 manat pul lazım olduğunu deyərək ondan borc istəmişdir. O da oğlu Sadiq üçün tikdirdiyi evin təmiri və eləcə də oğlunun toyu ilə əlaqədar olaraq topladığı puldan 20.000 manat götürüb Rəqsanəyə qızı Nigarın yanında vermişdir. Həmin vaxt Rəqsanə onun atasının sürücüsü işləyən onun əri Bəxtiyar Ramazanovun idarə etdiyi maşınla onlara gəlmişdir. Bacısı Jalənin oğlu da onunla birlikdə olmuşdur. O, həmin pulu alarkən şəhərdə olan obyektlərini tezliklə sataraq ona qaytaracağını dediyindən pulu inanaraq ona vermişdir. 10 iyul 2022-ci il tarixdə Cavabdeh yenidən onlara gələrək iş yoldaşı, onunla birlikdə Lənkəran şəhəri musiqi məktəbində müəllimə işləyən Günel adlı musiqi müəlliməsinin qızına toy etməsi və eləcə də iş yerində otaqlarını təmir etməklə əlaqədar olaraq 20.000 manat borc istəməsini, toydan sonra pulu qaytaracağını demişdir. Rəqsanə hətta Günel adlı müəllimənin iş otağının təmirə ehtiyacı olan görüntülərinin fotosunu da WHATSAP vasitəsi ilə ona göndərmiş ki, inanıb borcu oun üçün istəmişdir. O da mərhum qardaşı Səfailin arvadı X7 10.000 manat borc almışdır. Həmin vaxt eləcə də onkoloji xəstə olmaqla mütmadi müalicə olunan və müalicəsi üçün kredit götürən bacısı X3 evinə gedərək Naziləyə vəzyyəti demiş və Rəqsanəgilin ziyalı ailə olmalarını, atasının və qardaşının həkim, özünün də müəllimə olduqlarını deyərək ondan borc istəmiş ki, Rəqsanəyə verək və Rəqsanə də tezliklə obyektlərini satıb pulunu qaytarar və Rəqsanənin dediyi kimi imkanı daxilində əlavə pul da verərki, müalicəsini davam etdirər. Bacısı Nazilə də müalicəsi üçün özündə olan 5000 manatı və eləcə də qardaşı Əzimin onun müalicəsi üçün Naziləyə verdiyi 5000 manat pulu toplayıb 10.000 manatı ona vermişdir. Həmin pulu, eləcə də mərhum qardaşı Səfail Əliyevin həyat yoldaşı Humayədən aldığı 10.000 manat pulu əlavə edərək cəmi 20.000 manat pulu gətirib evində Rəqsanə Kərimovaya vermişdir. Rəqsanəyə bir neçə dəfə pulları gətirib qaytarmasını dedikdə, o, narahat olmamağımı, yaxın günlərdə obyekti satacaqlarını, hətta obyektin açarlarının da maklerdə olduğunu demişdir. Nəhayət Cavabdeh sonuncu dəfə təqribən 25 iyul 2022-ci il tarixdə yenidən gəlib ona yalvararaq ev aldıqlarını və evin pulundan 24.500 manat pullarının çatmamasını deyərək həmin məbləqdə pul tapıb ona verməyimi xahiş etmişdir. Ona əvvəlcədən aldığı borcları qaytarmayacağı halda pul verə bilməyəcəyimi dedikdə Rəqsanə obyektlərini tezliklə satıb pulları bir yerdə bütöv qaytaracağını demişdir. O qədər pulunun olmadığını dedikdə təkrarən yalvarmağa başlayaraq, başqa heç kimdən borc ala bilməyəcəyini deyərək ona yaxın qohumlarından borc edib ona verməyimi dönə-dönə xahiş etmişdir. Hətta Rəqsanə ona bacıları Dilarə və Nazilədən, eləcə də qardaşı arvadı Humayədən yenidən borc götürüb ona verməyini, Lənkəran şəhərində hansısa obyekti olduğunu, həmin obyekti satacağını və pulları qaytaracağını, eləcə də hərəsinə ona borc verdiyinə görə əlavə pul verəcəyini bildirmişdir. Onun yalvardığını və çıxılmaz vəziyyətdə olduğunu görüb onda pul olmasa da, gedib həmin şəxslərə deyər, əgər versələr, alıb ona verəcəyini demişdir. Ancaq versələr nə vaxt qaytaracağını dəqiq deməlidir. Rəqsanə də obyekti sataraq dərhal borcu qaytaracağını demişdir. Artıq Rəqsanənin hərəkətlərindən şübhələnib onun qardaşı, həkim işləyən Zaura zəng etmiş və Zaura vəziyyəti izah edərək artıq üçüncü dəfə bacısı Rəqsanənin gəlib borc istəməsini, iki dəfə o özünə və yaxın qohumlarından pul düzəldib hər dəfə 20.000 manat olmaqla 40.000 manat pulu Rəqsanəyə verdiyimi demişdir. Zaur həkim də, narahat olmamağımı, bacısının obyekti satışa qoyduğunu, heç kəsin qarşısında aciz qalmadıqlarını deyərək həqiqətən də Rəqsanənin qiyməti 45.000 manat olan və Lənkəran şəhəri Qala xiyabanı tərəfində olan evi almaq üçün 24.500 manat pulunun çatmadığını deyərək tezliklə obyekti satıb pulunu qaytaracağını dediyindən sonra daha da arxayınlaşaraq qaynı arvadı X1 10.000 manat borc almış, daha sonra Rusiyada yaşamaqla orada sahibkarlıqla məşğul olan qardaşı X8 həyətində oğluna ev tikmək üçün uzun illərdir «Kapital bank» vasitəsi ilə mənə saxlamaq üçün göndərdiyi puldan 10.000 manat götürüb, bacımsı Dilarədən də 4.500 manat borc alıb 15 gün sonra Rəqsanəyə zəng etdim ki, pul hazırdır, Rəqsanə də onun ərinin idarə etdiyi maşınla onların həyətinə gəlmiş və o həyat yoldaşı Bəxtiyarın yanında 24.500 manat pulu Rəqsanəyə əlbə-əl vermiş. O, minnətdarlıq edib pulu alaraq getmişdir. Ümumilikdə Rəqsanəyə cəmi 64.500 manat pul vermiş. Həmin puldan keçən müddət ərzində Rəqsanə ona 9.000 manat qaytarmışdır. Konkret olaraq cavabdeh qaytardığı pulun əlbə-əl olaraq 5000 manatını hissə-hissə əri Bəxtiyara vermiş, kart vasitəsi ilə 2000, 1000, iki dəfə də 500 manat olmaqla 4000 manat pulu da qızım Nigarın kartına atmışdır. O, da həmin göndərdiyi pulun 3500 manatını bacısı Dilarəyə qaytarmış, 5.500 manatı da alıb qızı Nigarın Bakı şəhərində burun çəpərinin əyriliyi ilə edilən əməliyyatına sərf etmişdir. Cavabdeh ondan ümumilikdə 3 dəfəyə cəm olaraq 64.500 manat borc pul alaraq həmin borcu obyektlərini sataraq birdəfəlik verəcəyini bildirdiyindən o əvvəlcə verdiyim pulları geri qaytarmadığı halda sonradan da ona borc vermişdir. Çünki, onu çox yaxından tanıyır və əmin idi ki,onu aldatmaz, düzgün adamdır. Hətta qardaşı Zaur da ona zamin durduğunu ona bu barədə məlumat verərkən bildirmişdir. O keçən müddət ərzində dəfələrlə ondan verdiyi pulları tələb etsə də, hər dəfə obyektlərini satıb verəcəyini bildirərək pulları qaytarmaqdan yayınırdı. Bu səbəbdən də o ona təklif etmiş ki, obyekti sata bilmirsə, banka qoyub kredit götürüb ona qaytarsın, çünki, qohumları ondan öz pullarını tələb edirlər. Cavabdehə hətta təklif etmiş ki, obyekti varsa, o götürüb sat və, öz pulunu götürəndən sonra qalan pul onda qalsın. O, isə dedi ki, obyekt bahadır. Bacısı Naziləyə qardaşı Əzimin verdiyi 5000 manat pulu Əzimin arvadı Samirə bacım Nazilədən geri tələb etmiş, Nazilə də həmin pulu vasit ilə Rəqsanəyə borc olaraq verdiyini dediyindən Əzimin arvadı Samirə Rəqsanənin bəlkə illərdir obyekti satılmayacağını demiş, həmin söz Rəqsanəyə qızım Nigar tərəfindən deyildiyindən Rəqsanə 19 yanvar 2023-cü il tarixdə qızım Nigarın WHATSAP nömrəsinə səs ataraq- «Mənə bax, bəli satdığa qoyulub, mən gedib onlara açot verən deyiləm. Onların, mənim-əxlaqsiz gedib kiməsə açot verim, Allaha and olsun satılır, deyirəm satılırsa satılır. Alah vurmuşdur onları, mən onlar kimi sözü indi deyim, 5 dqiqədən sonra başqa söz deyim, elənçiy yalançılardan deyiləm, mən deyirəmsə satılır, demək satılır. Başa düşdün, inşəallah satılaceydə. Sadəcə olaraq bir az, Allahtəallah səbr edənləri sevir, bir az səbirli olun, inşəallah bunu da həll edib verərik. Bu ayın axırı da mən sənə bir az dəyərəm, inşəallah, indi görüm neyniyirəm. Bu ayın axırı, gələn aya, nə bilməy olur, bəlkə o birisi aya bitdi, gələn aya bitdi, bilməy olmur”. Bundan başqa Rəqsanə Kərimova onunla telefonla danışarkən telefonda olan proqramda səsi qalmışdır ki, həmin danışığı olduğu kimi qeyd edir. Rəqsanə: -Pulları sənə qaytararam. Fəridə:-Yoxdur axı, heç nə verə bilmirsən mənim balam. Rəqsanə-bidənə mənə öz balan kimi mənə qulaq as, sənə söz deyirəm. Həbibə demisən ki, 9 aydır mənə pul vermir. Fəridə gəlin, 9 aydır, 64.500 di düzdü başıva dönüm. Fəridə-hə Rəqsanə.-mən Nigarın kartına da atmışam, bəxti əmiyə də vermİŞƏm, 3X1 mən bu doqquz ayın içində bir az vermişəm. Fəridə-nə qədər pul qalıb? Rəqsanə-deyirəm də, 55.500 qalıb. Fəridə: -Neçə aydır mənə pul vermirsən? 8-9 aydır mənə pul ala bilirəm səndən. Rəqsanə: -Mən keçən ay axı pul vermişəm də. Fəridə: nə pul vermisən, nə qədər vermisən,o puldi? Rəqsanə: -64.500 puldan 55.500 qalıb. (Sözlərini deyərək ondan borc olaraq 64500 manat aldığını, həmin puldan əlbəəl olaraq və karta yükləməklə cəmi 9.000 manat qaytardığını və eləcə də hazırda 55.500 manat mənə borcu qaldığını açıq-aşkar etiraf edir). Cavabdeh ailələrində qardaşı və atası tərəfindən böyük miqdarda özü və rəfiqəsi üçün borc alması ilə əlaqədar söz-söhbət yarandığından qızı Nigarla görüşərək evdə sıxışdırıldığını, ona görə də WHATSAP-da ona pulu guya faizə götürəcəyini valideynlərinə başa salmaq üçün ona mesaj yazacağını, Nigarın da ona 10,12 faiz sözlərini yazmasını xahiş etmişdir ki, əgər yazmasa o qədər pulu qaytara bilməyəcəyini, yoxsa pulu qaytarmaqda valideynlərinin köməklik etməyəcəklərini, bəlkə faiz yazısını görərlərsə kömək edəcəklərini demiş və qızı Nigar da ona inanıb faiz olmadığı halda onun sualına elə bir cavab yazmışdır. Sonradan başa düşmüş ki, cavabdeh bunu məqsədli şəkildə etmişdir ki, gələcəkdə borclu olduğu pulları qaytarmasın və polisə şikayət edərək bizi qorxutsun. Sonuncu dəfə 09 aprel 2023-cü il tarixdə Cavabdeh telefonuna səs ataraq -Gəlin çox xahiş edirəm, gəl sakitcə bunu həll eliyək, mən inşəallah bu həftəyə 5000-i gətirib çatdırıram sənə, yaxşı. İndi bundan sonra o birisiləri də də gətirib çatdıraram sənə, yaxşı. Mən gətirib çatdıraram sənə, narahat olma, 55.000 manat qalıb kökdən, mən kökü, 55.000-ü mən gətirib çatdıraram sənə, sadəcə bu həftəyə mən inşəallah 5000-i həll eliyərəm, yaxşı.» sözlərini deyərək yenidən borclu olduğunu etiraf etmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq müxtəlif bəhanələr gətirməklə pulumu qaytarmaqdan yayınmışdır. Cavabdeh mənim onun üçün qardaşı, mərhum Səfayil Əliyevin həyat yoldaşı Humayə Əliyevadan borc alıb ona verdiyinə inanmadığı üçün Rəqsanə Humayənin telefonuna səs göndərərək Fəridənin, yəni onun Humayədən nə qədər pul alıb ona verdiyimi soruşmuş, həmin danışıqda da Cavabdeh açıq aşkar olaraq ondan borc aldığını və həmin borcların müəyyən hissəsini verdiyini, qalanını da obyekti satıb verəcəyini demişdir, o hər dəfə Rəqsanəyə qardaşı arvadı Humayə və bacıları Dilarə və Nazilədən borc alıb ona verdiyimi demişdir. Cavabdeh ondan ümumilikdə 64.500 manat borc aldığını və həmin puldan cəmi 9000 manatını qaytardığını və hazırda 55.500 manat borcunun qaldığını atdığı səslərlə özü də etiraf edir. Əgər o ona faizə pul vermiş və ondan külli miqdarda faiz pulu almışsa, hansı səbəbdən göndərdiyi səslərdə bir dəfə də bu barədə deməyir. O, özü borc alarkən ona və borc alıb ona verdiyi şəxslərə borcu qaytararkən əlavə hörmət edəcəyini demişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, bacısı İddiaçı 4500 manat borca pul vermiş, sonradan bilmişdir ki, Fəridə həmin pulu Rəqsanəyə vermək üçün ondan istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, bacısı İddiaçı ondan 10.000 manat borca pul istəmiş, o, da vermişdir. Sonradan bilmişdir ki, bacısı həmin pulu Rəqsanayə vermək üçün almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, İddiaçı onun anasıdır. Cavabdeh isə tanımışdır. Anası xx.xx.2022-ci il tarixdə 20.000 manat, xx.xx.2022-ci il tarixdə 20.000 manat, xx.xx.2022-ci il tarixdə 24.500 manat pulu Cavabdeh vermişdir. Lakin Rəqsanə həmin pulu tam qaytarmamışdır. Həmin puldan hazırda 55.000 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Lənkəran rayon Şıxəkəran kənd inzibati ərazi üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki,İddiaçı Lənkəran rayonun Şıxəkəran kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün iddia ərizəsinə görə 258 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin qərarından görünür ki, İddiaçı əməlində Azərbaycan Respublikası CM-nın 192-ci maddəsinin tərkibi əlamətləri müəyyən olunmadığından, barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd olunmuş, İddiaçı əməlində CM-nın 178- ci maddəsinin tərkibi əlamətləri müəyyən olunmadığından, barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd olunmuş, Cavabdeh İddiaçı sələmə götürdüyü 64500 manat müqabilində sonuncuya ödədiyi 150.000 manat pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunması barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı Rusiya Federasiyasından mütəmadi pul göndərilmişdir. İş materiallarında olan CD disklərdəki səs yazılarından, eləcə də vatsap çıxarışlarından aydın olur ki, Cavabdeh İddiaçı ilə telefon danışıları zamanı iddiaçıdan 20.000 manat, 20.000 manat və 24.500 manat borca pul aldığını, həmin borcu tezliklə qaytaracağını bildirmişdir. Məhkəmə tərəfləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, eləcə də cavabdehin etirafedici səs yazılarından müəyyən olunur ki, cavabdeh iddiaçıdan 64.500 manat pulu üç dəfəyə olmaqla borc olaraq almış, qeyd olunan məbləğ iddiaçı tərəfindən cavabdehə verilsə də, cavabdeh öhdəliyin icrasından boyun qaçırmışdır. Məhkəmə, sübutlara qiymət verərkın ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. “ Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut, yəni telefon danışıqları mötəbərlilik kriteriyasına cavab verməklə, iddia tələbini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhz buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən telefon danışığına dair CD disklər və vatsap danışıqlarına dair çıxarışlar işin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı ödənilmiş dövlət rüsumunun tələb edilən hissədi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 55.500 manat borc pul, ödənilmiş 256.50 manat dövlət rüsumu, ümumilikdə 55.756,50 AZN (əlli beş min yeddi yüz əlli altı manat əlli qəpik) pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2359/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2359/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver