Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2423/2025 07.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X23 Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Ərazi İdarəsinin (bundan sonra DƏDKR PHŞ-in Lənkəran 10 saylı Ərazi İdarəsi) əməkdaşlarına törədilən maneənin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə atası və ailə üzvlərinə verilmiş Lənkəran rayonunun Yuxan Nüvədi kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin və X4 alqı-satqı ilə aldıqları 0.10 ha torpaq sahəsinin naturada tanıdılması (yerində müayinəsi) və ölçmə işlərinin aparılması üçün DƏDKR PHŞ-in Lənkəran10 saylı Ərazi İdarəsinin əməkdaşlarına törədilən maneənin aradan qaldırılması və Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddıaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci il tarixdə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olmuş və hal hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə atası və ailə üzvlərinə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində 0.07 ha torpaq sahəsi ayrılmış və buna uyğun olaraq atası və ailə üzvlərinin Torpağın mülkiyyətə verilməsinə dair JN-160F kod 80218028 nömrəli şəhadətnamə verilmişdir. Həmkəndlisi və qonşusu X11 mərhum ərindən ona miras qalan və Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində yerləşən, DƏDKR PHŞ-in Lənkəran 10 saylı Ərazi İdarəsi tərəfindən verilmiş arayışla tam mülkiyyət hüququ ilə ona məxsus olan 0.10 ha torpaq sahəsinin satdığını bildikdə o, həmin torpaq sahəsinin alınması ilə bağlı onunla razılığa gəlmişdir. Buna görə də xx.xx.2025-ci il tarixdə X24 xidmət mərkəzində qonşusu X11 ilə daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlamış və həmin müqavilə AN-İ ******* nömrə ilə rəsmiləşdirilmişdir. Bundan sonra o həm Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə atası və ailə üzvlərinə verilmiş 0.07 ha torpaq sahəsi, həm də ki, alqı-satqı ilə aldığı 0.10 ha torpaq sahəsinin naturada tanıdılması və DƏDKR PHŞ-in ünvan 1 ərizə ilə müraciət etmişdir. Çünki, o və ailə üzvləri atasına ayrılmış həyətyanı torpaq sahəsinin və alqı-satqı ilə aldıqları 0.10 ha torpaq sahəsinin dəqiq olaraq naturada harada yerləşməsi, yəni qonşu torpaqlarla döngə nöqtələrinin haradan keçməsini bilmir. Odur ki, o, DƏDKR PHŞ-in ünvan 1 ərizə ilə müraciət edərək qeyd edilən 0.07 ha və 0.10 ha torpaq sahələrinin naturada tanıdılması, harada yerləşməsini və buna uyğun olaraq çıxarışın götürülməsi üçün xahiş etsə də Cavabdeh DƏDKR PHŞ-in Lənkəran10 saylı Ərazi İdarəsinin əməkdaşlarına yaratmış olduğu maneələrə görə torpağın naturada və harada yerləşməsini göstərmək mümükün olamamışdır. DƏDKR PHŞ-in Lənkəran10 saylı Ərazi İdarəsi ona xx.xx.2025-ci il tarixli, 3- 21-3-43/2-1570/2025 nömrəli imtina məktubunda göstərmişdir ki, həmin ərazidə mübahisə yaranması səbəbindən sözügedən torpaq sahəsinin naturada yerinin tanıdılması mümükün olmamışdır. Halbuki, o özünə və ailəsinə ayrılmış torpaq sahəsinin harada yerləşməsini istəmiş və buna görə də DƏDKR PHŞ-in ünvan 1 ərizə ilə müraciət etmişdir. Göründüyü kimi, cavabdehin DƏDKR PHŞ-in Lənkəran10 saylı Ərazi İdarəsinin əməkdaşlarına maneə yaratmaq və qanunsuz hərəkətlər etməsi səbəbindən sözügedən torpaq sahəsinin naturada yerinin tanıdılması mümükün olmadığından məcbur qalıb məhkəməyə ərizə ilə müraciət edir. xx.xx.2025-ci il tarixdə Cavabdehin məhkəməyə iddiaya qarşı etiraz daxil olmuşdur. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçının ona qarşı maneənin aradan qaldırılması və onun qanunsuz hərəkətlərinə dair iddia ərizəsində göstərilmiş iddiaları tam əsassızdır. 13 may 2025-ci il tarixdə ona heç bir xəbərdarlıq olmadan bir polis işçisi, sahə müvəkkili olmadan bələdiyyənin sədri, İcra Nümayəndələrndən ərazi dairəsi üzrə İddiaçı ilə birlikdə öz həyətyanı torpaq sahəsində qalaraq onu polis ilə hədələyərək çəpərinin dağılmasını tələb etdilər. O isə onlara bildirib ki, öz ailə üzvləri ilə 57 il yaşayıb heç vaxt eşitməmişdir və dövlət orqanları tərəfindən ona bildirilməyib ki, X7 əri Məmmədov Mirkazımdan miras qalmış torpağı vardır. Reyestr xidmətinin əməkdaşı da onu eşidəndən sonra onun həyətyanı sahəsinə daxil olmasına etiraz etmişdir. Amma oraya polis işçisi gəlməsinə baxmayaraq onu hədələyirdilər. Bu hadisədən sonra o, babası X9 məxsus olduğu evdən nə qədər və hansı ailə üzvləri ilə yaşadığını aidiyyatı orqanlara müraciət etməyə başlamışdır. X17 hansı formada babasının evinin yerləşdiyi torpaq sahəsinə sənəd alması heç vaxt onlara məlum olmamışdır. Babasının 6 uşağı olduğunu qonşular və kənd sakinlərin xəbərdardırlar. Gələcəkdə əldə olunan həmin torpaq sahəsinin sənədləri məhkəməyə təqdim olunacaqdır. Onun 57 il əvvəl doğulduğu, sonradan istifadələrində olan yaşadığı həyətyanı evin torpaq sahəsinə nə əmisi Mirkazım və arvadı Nigarın həmin sözügedən torpaq sahəsinin sənədləşməsini hansısa səbəblərə görə onlardan gizlin saxlanılmışdır. Hətta İddiaçı ilə Məmmədov Nigar arasında alqı-satqı müqaviləsinin bağlandığı ondan və ailə üzvlərindən gizlin saxlanılmışdır. Müqaviləni bağlamamışdan qabaq bir qonşu kimi sözügedən torpaq sahəsinin alınması ondan gizlin saxlanılmışdır. xx.xx.2004-cü il tarixindən X12 verilmiş JN-160F KOD80218028 nömrəli şəhadətnamədə qonşu torpaqlar qeydə alınanda X5 adı qeydə alınmamışdır. Məmmədov Mirkazımdan arvadı Məmmədova Nigara qalan miras torpaq sahəsinin sənədləri onlara heç vaxt heç kim tərəfindən bildirilməmişdir. Hal-hazırda yaşadığı atasının və anasının adına qeydə alınmış xx.xx.2004-cü ildə UN 162 A KOD 80218028 nömrəli şəhadətnamə 08 hektar torpaq sahəsi sənədləşdirilmişdir. 1972-ci ildə atası babasının evində qeydiyyatda olmaqla ona ayrılmış torpaq sahəsində ev tikərək yaşamağa başlamışdır. X19 yaşadığı palçıqlı ev yararsız vəziyyətə düşdükdən sonra babası onlar ilə bir evdə yaşayıb 1987-ci il fevral ayında vəfat etmişdir. Amma əmisi 1982-ci ildən Lənkəran şəhərində yaşamağa köçmüş, babasının sökülmüş evinin yerləşdiyi torpaq sahəsi onların istifadəsində hal-hazırki vaxta kimi olmuşdur. Yazdıqlarını nəzərə alaraq İddiaçı iddia ərizəsinin qaytarılması barədə qətnamə çıxarılmasını və X5 babasının həyətyanı, istifadələrində olmuş torpaq sahəsinə aldığı şəhadətnaməni mübaisələndirməyə dair Şirvan İnzibati Məhkəməsinə iddia qaldırdırmağa şərait yaradılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək qeyd etdi ki, Nigar Məmmədova həmin torpağın ona məxsus olduğunu bildirmiş və o, torpağı alqı-satqı əsasında Nigardan almışdır. Torpağın kordinatlarını müəyyən etmək üçün reyestrdən adam gətirmiş və öz həyətindən girib çəpəri açanda, qonşusu Cavabdeh reyestrdən gələn əməkdaşı həyətə qoymamışdır. Onunla Nigar arasında çəpəri olmayıb. Ona görə həyəti ölçdürmək istəyib. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, ölçmə işlərinin aparıldığı yerin lap qədimdən onun babasına məxsus olduğunu, buna görə də DƏDKR PHŞ-in Lənkəran10 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərin aparılmasına razılıq vermədiyini bildirib iddianın təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, 57 ildir orada yaşayır və Nigarın torpağı satması barədə məlumatı olmamışdır. Tədqiq olunmuş sübutlar: X24 Xidmət Mərkəzinin Notariat X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı DƏDKR PHŞ-in ünvan 1 ünvanladığı məktubun məzmunundan görünür ki, X10 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və vərəsələrin dairələri müəyyən edilmişdir. Qanunvericiliyə əsasən arvadı X11 miras qoyanın vərəsəsi olması barədə məlumat və X6 məxsus olan əmlak barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən notariat ofisinə arayış göndərilməsi xahiş olunur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ünvan 2 ünvanladığı xx.xx.2025-ci il tarixli cavabından görünür ki, sonuncunun onlara ünvanlanmış ünvan 3ndən alqı-satqı üzrə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyat ilə bağlı xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi ilə əlaqədar olaraq bildirirlər ki, hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sözügedən torpaq sahəsinin faktiki yerində olan vəziyyəti ilə bağlı mübahisə səbəbindən müayinə (çöl-ölçmə işləri) təmin olunmadığından ərizənin icrası mümkün olmamışdır. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Səpnəkəran kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində 0.07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evində yaşayır. Daşınmaz Əmlakın Alqı-satqısı müaviləsindən görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin Lənkəran ərazi idarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə X8 verilmiş **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reysetrindən çıxarışa əsasən 0.10 ha torpaq sahəsinin alqı satqısı barədə satıcı X11 ilə alıcı İddiaçı arasında xx.xx.2025-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-160F KOD 80218028 nömrəli şəhadətnamənin surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat komissiyasının 27 mart 1998-ci il tarixli 05 saylı qərarı ilə 0.07 ha torpaq sahəsi Lənkəran rayonu Yuxarı Nüvədi kənd sakini X15 və onun ailə üzvləri X16 və X13 mülkiyyətinə verilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddianın verilməsi üçün Kaptal Bank ASC vasitəsi ilə 100 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yartmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Qeyd edilən hüquq normalarının mənasına görə mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs çəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı Lənkəran rayonu Yuxarı Nüvədi kəndində 0,10 hektar həyətyanı torpaq sahəsini satın almış, aldığı torpaq sahəsinə mülkiyyət hüququnu müəyyən edən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış almaq məqsədilə DƏDKR PHŞ-in ünvan 1 müraciət etmiş, cavabdeh iddiaçının aldığı torpaq sahəsində DƏDKR PHŞ-in Lənkəran10 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmalarına maneə yaratdığından, DƏDKR PHŞ-in Lənkəran10 saylı Ərazi İdarəsi mübahisənin olduğunu göstərərək daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Buna görə də iddiaçı pozulmuş hüququnun bərpası məqsədilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikas Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 15 oktyabr 2012-ci il tarixli, 2012-ci il tarixdə, 06 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 02 noyabr 2012-ci il tarixdə **********0006 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestriə daxil edilmiş “ Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci madəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatların dövlət reyestrinə daxil edilməsi və ( və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri Reyestrə təqdim edənədək öldükdə həmin sənədlər notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydadada çıxarış verilir. Qanunvericiliyin qeyd edilən müddəasından göründüyü kimi, iddiaçı ona verilmiş hüquqdan istifadə edərək Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində yerləşən 0.10 ha torpaq sahəsini sənədləşdirmək üçün DƏDKR PHŞ-in ünvan 1 müraciət etmişdir. Lakin, cavabdeh sənədləşmə aparmaq istəyən şəxsləri mübahisəli əraziyə buraxmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, torpaq sahəsinin sənədləşdirilməsini aparan şəxslərə torpaq sahəsində ölçmə işlərinin aparılması üçün şərait yaradılmalı, cavabdehin torpaq sahəsində ölçmə işlərinin aparılmamasına maneə törətməsi qadağan olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunana əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbi əsasl olduğundan həmin tələbin təmin edilməsi haqqında qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi 100 manat dövlət rüsumunu cavabdehə aid edilməli və sonuncudan tutularaq iddiaçıya verilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 27.03.1 998-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı ailə üzvlərinə verilmiş Lənkəran rayonunun Yuxan Nüvədi kəndində yerləşən, JN- 160F kod 80218028 nömrəli şəhadətnamədə göstərilən 0.07 hektar və iddiaçının X2 aldığı, Lənkəran rayonunun Yuxan Nüvədi kəndində yerləşən 0.10 hektar həyətyanı torpaq sahələrində DƏDKR PHŞ-in 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşları tərəfindən yerində müayinə və ölçmə işlərinin aparılmasına cavabdeh İddiaçı tərəfindən mane törədilməsi qadağan edilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh aid edilsin və sonuncudan tutularaq iddiaçıya verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X25
Məhkəmə qərarları › İş №2(049)-2423/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2423/2025
07.08.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver