Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-243/2025 14.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ İddiaçı Hirkan Milli Parkının Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi ilə bağlı kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Hirkan Milli Parkı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Lənkəran rayonun Bürcəli kənd sakini Cavabdeh Hirkan Milli Parkına eyni zamanda təbiətə vurmuş olduğu 260.32 manat miqdarında ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2024-cü il tarixdə cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilməklə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Hirkan Milli Parkın Seyfidor meşəbəyliyin 30 saylı dolayın 49-cu kvartalın ərazisində mühafizə rejiminə əməl olunmasını yoxlayan zaman 1-ədəd 56 sm diametrli fıstıq ağacı kəsilməsini müəyyən edildi. İlkin araşdırma zamanı məlum oldu ki, həmin ağacı Lənkəran rayonun Biləsər kənd sakini Cavabdeh gecə saatlarında kəsərək içlik material şəkilində doğramış və həmkəndlisi X1 ilə özünə məxsus UAZ markalı maşına yükləyərək ərazidən aparmışdır. Bu faktı Cavabdeh verdiyi izahatında bu qanunsuz əməlini etiraf etmişdir. Fakt qanunvericiliyə uyğun olaraq sənədləşdirilərək sözügedən vətəndaş barəsində xx.xx.2024-ci il tarixli 000248 nömrəli akt və ******* nömrəli protokol tərtib edilmişdir. Cavabdeh 56sm diametrli fıstıq ağacın kəsilməsi nəticəsində təbiətə 260,32 manat (iki yüz altmış manat 32 qəpik) miqdarında ziyan vurmuşdur. xx.xx.2024-cü il tarixlərində rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh Lənkəran rayonun Biləsər kənd sakini Cavabdeh təbiətə vurduğu 260,32 manat (iki yüz altmış manat 32 qəpik) miqdarındakı ziyan pulunu könüllü olaraq bu günə kimi ödəməmişdir. xx.xx.2024-cü il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilməsinə və onun tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilməsinə baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sahə müfəttişləri Ramin Abbasov və Mais İbrahimov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AA 000248 №-li Aktdan görünür ki, Hirkan Milli Parkın Seyfidor meşəbəyliyin 30 saylı dolayın 49-cu kvartalın ərazisində mühafizə rejiminə əməl olunmasını yoxlayan zaman 1-ədəd 56 sm diametrli fıstıq ağacının Lənkəran rayonun Biləsər kənd sakini Cavabdeh tərəfindən kəsilməsi müəyyən edilmişdir. İş materiallarında olan, hazırki iş üzrə Cavabdeh xx.xx.2024-cü il tarixli izahatından (ərizəsindən) qeyd edilmişdir ki, o, xx.xx.2024-cü il tarixində saat 21:00, 22:00 aralığında Hirkan Milli Parkının 30 saylı dolayın Daştatük-Biləsər avtomobil yolunun sağ tərəfində ki, ərazidə bir ədəd fıstıq cinsindən olan ağacı mişarla kəsmişdir. İş materiallarında olan, iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, cavabdehin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunmuşdur. İş materiallarında olan, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, ******* №-li qərardan görünür ki, Muradov X3 Milli Parkın Seyfidor meşəbəyliyin 30 saylı dolayın 49-cu kvartalın ərazisinə daxil olaraq 1 ədəd fıstıq cinsindən ağacı yaş kök üstə kəsdiyi və ərazidən apardığı üçün İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Hirkan Milli Parkının Seyfidor meşəbəyliyin 30 saylı dolayının 49-cu kvartalında xx.xx.2024-cü il tarixdə aparılmış yoxlama zamanı aşkar olunmuş qanunsuz qırıntılara dair həcm-qiymət cədvəlindən görünür ki, qanunsuz kəsilmiş bir ədəd fıstıq cinsindən olan ağacın hər birinin dəyəri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 30 nömrəli qərarın 7 nömrəli əlavəsinə əsasən maddi zərər cəmi 260.32 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 260.32 manat maddi ziyan məbləğinin ödənilməsi ondan tələb olunmuşdur. Hazırda iddiaçı cavabdehdən 260.32 manat maddi ziyan məbləğinin ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi tərtib edilmiş akta, həcm-qiymət cədvəlinə, inzibati xəta haqqında protokola və xəbərdarlıq məktubuna istinad etmişdir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, 260.32 manat maddi ziyan məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hazırki iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 260.32 manat maddi ziyan məbləği tutularaq iddiaçı Hirkan Milli Parkının hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-243/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-243/2025
14.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver