Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2444/2023 16.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X5, iddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən təyin edilmiş aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən təyin edilmiş aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 29 mart 2011-ci il tarixli, 2(049)-677/2011 saylı qətnaməsinə əsasən Cavabdeh tutulan alimentin miqdarı artırılmaqla xx.xx.2005-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alınıb və mediasiya xərci olaraq ödənilmiş 55 manat məbləğində pulun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsi iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci il tarixdə Cavabdeh nikaha daxil olub ailə qurmuşdur. Faktik nikahdan xx.xx.2005-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X9 adlı uşağlarımızı olmuşdur. Uşağlar hazırda sağ və salamat onun himayəsindədir. Cavabdeh ilə ailə quranda ilk vaxtlar münasibətləri yaxşı olmuşdur. Sonrada münasibəti pis olmuş, Lənkəran rayon məhkəməsinin 29 mart 2011-ci il tarixli 2(049)-677/2011 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Cavabdeh xx.xx.2005-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 76 manat olmaqla cəmi 152 manat qət edilmişdir. Lakin həmin vaxtdan 12 il müddət keçmişdir və hazırkı dövrə münasibətdə həmin məbləği uşaqın saxlanması üçün real hesab etmək olmaz. Artıq qiymətlər həmin dövrə nisbətdə 3 dəfədən də çox artmışdır. Ərzağın qiyməti və geyimlərin qiyməti artmışdır. Əmək haqqları artırılmışdır. Eyni zamanda uşaqlar artıq böyüyüblər, məktəblidirlər və aylıq tələbatları qat-qat artmışdır. Beləliklə uşaqların saxlanması üçün xərc hər ayda hər uşaq üçün 400 manat həddindən çox olur. O, tək həmin xərci ödəyə bilmir. Özü heç bir yerdə işləmir. Cavabdehin özü şəxsi fərdi əməklə məşğuldur. Cavabdeh Lənkərandan Bakı şəhərində sərnişin aparmaqla məşğuldur. Onun aylıq gəlir 800 manat çoxdur. Cavabdeh bir valideyin kimi tələb olunan xərci ödəməkdən imtina edir. Hətta uşağları bir valideyin kimi axtarmır. Mediasiya prossesində iştirak etmədi. Ona görə də hazırkı iddia ərizəsi ilə alimentin artırılmasına dair məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddi tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmənin yeri və vaxtı barədə cavabdehə rəsmi məlumat verlməsinə baxmayaraq məhkəmə iclasınına gəlməmiş, gəlməməsi barədədə rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon məhkəməsinin 29 mart 2011-ci il tarixli, 2(049)-677/2011 saylı qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh arasında nikah pozulmuş, Cavabdeh xx.xx.2005-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 76 manat olmaqla cəmi 152 manat qət edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış X4 İştirak edilməsi barədə verilmiş xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-01051 saylı arayışdan görünür ki iddiaçı tərəfindən 55 manat mediasiya xərci ödənilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-ll 784105 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, 11 fevral 2009-cu il tarixdə X9 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Ləkəran Rayon Qeydiyyat Şöbəsinin 25 may 2023-cü il tarixli, 1682 saylı arayışdan görünür ki, 30 iyul 2005-ci il tarixdə X8 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, ötən on iki il ərzində iqtisadi fəallığın artması, yeni bazar qiymətlərinin müəyyən edilməsi, habelə yaşayış minimumunun da hər il müəyyən faiz məbləğində artırılması hazırda da məhkəməyə alimnetin miqdarını artırmağa əsas verir. Məhkəmə hesab edir ki, alimentin artırılmasına məqsəd əlavə xərcləri deyil, məhz iqtisadi dinamika ilə əlaqədar minimum dolanacaq xərcələrinin qarşılanmasıdır. Məhkəmə bu qənaətə gələrkən, Konstitusiya Məhkəməsinin Plenum qərarlarını əsas götürmüşdür. Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında göstərirlir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunanları, o cümlədən uşaq üçün müəyyən olunmuş yaşayış minimumum keçən on iki il ərzində dəfələrlə artmasını, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə göstərilənlərlə yanaşı qeyd edir ki, aliment tələb edilən uşaqlardan biri X6 artıq yetkinlik yaşına çatdığı üçün hazırkı iddia ona münasibətdə təmin edilə bilməz. Belə ki, yuxarıda şərh olunan arayışla müəyyən edilir ki, X8 30 iyul 2005-ci il tarixdə doğulmuşdur. Alimentin təyin edilməsində məqsəd isə yetkinlik yaşına çatmayan şəxsin dolanacaq xərclərinin valideynlər tərəfindən qarşılanmasından ibarətdir. Məhkəmə tərəfindən təyin edilmiş aliment miqdarının artırılması tələb edilən X8 hazırda yetkinlik yaşına çatdığından ona təyin edilmiş aliment dəyişdirilə bilməz. Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndini rəhbər tutaraq 2023-cü il üçün yaşayış minimumu haqqında qanunda qeyd olunduğu kimi əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Aliment məbləğinin müəyyən edilməsi zamanı məhkəmə, həmçinin cavabdehin maddi imkanını, aliment məbləğini ödəmə qabiliyyətinin mütəmadiliyi və fasiləsizliyinin təmin edilməsi üçün ağlabatan miqdarın müəyyən edilməsini əsaslı sayır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 112.1.3-cü maddəsinin tələbinə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-nin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ödənilməli olan dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş subutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 29 mart 2011-ci il tarixli, 2(049)-677/2011 saylı qətnaməsi ilə 11 fevral 2009-cu il tarixdə doğulmuş X7 təyin edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 11 fevral 2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Hazırkı iş üzrə ödənilməli olan 72 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 55 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddian qalan hissəsi rədd edilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2444/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2444/2023
16.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver