Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2445/2023 22.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 7000 (yeddi min) manat məbləğində pulun və 90 manat dövlət rüsumu, ümumilikdə 7090 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmə xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Cavabdeh ilə münasibəti normal olmaqla bir - birlərini tanıyırlar. O, yaşadığı kənddə müəllim işləyir. Cavabdeh ondan ailə vəziyyəti və digər ehtiyaclarını ödəmək üçün borc pul verməyi xahiş etmişdir. Bununla əlaqədar cavabdeh ondan ayrı ayrı vaxtlarda ümumilikdə 7000 (yeddi min) manat borc pul almışdır. O, cavabdehlə aralarında olan münasibətləri nəzərə alaraq və onun səmimiliyinə inanaraq 17 may 2022-ci il tarixində kredit müqaviləsi əsasında notarial qaydada 2000 (iki min) manat, 08 fevral 2022-ci il tarixində kredit müqaviləsi əsasında notarial qaydada 2000 (iki min) manat və 12 may 2022-cı il tarixində aralarında bağlanan şifahi borc müqaviləsinə əsasən 3000 (üç min manat) məbləğində ona borc pul vermişdir. Cavabdeh almış olduğu pulu kredit müqavilələrinə və yazılı öhdəliyinə əsasən 17 iyul 2022-ci il, xx.xx.2023-cii il və 30 iyul 2022-ci il tarixlərində qaytarmağı öhdəsinə götürsə də, bu günə kimi həmin borcu qaytarmamışdır. Aralarında bağlanmış kredit müqaviləsinə və yazılı qaydada götürdüyü öhdəliyə əsasən, Cavabdeh pulu müqavilədə və öhdəlikdə göstərilən tarixlərdə qaytarmalı idi. Lakin borcun ödənilməsi müddətinin keçməsinə baxmayaraq, o, borcu qaytarmamışdır. Dəfələrlə onun 050 *** ** ** nömrəli mobil telefonuna zəng edərək borcun qaytarılmasını tələb etmiş və ona xəbərdarlıq etmişdir. O, isə müxtəlif bəhanələrlə bundan imtina edərək ona olan borcunu qaytarmamışdır. Bu səbəbdən də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin azaldılması ilə əlaqadar ərizə təqdim edərək, Cavabdeh borca 4.000 manat və ödənilmiş dövlət rüsumuna dair vəsaitin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında Lənkəran rayon 1 saylı notariat ofisində bağlanmış 08 fevral 2022-ci il tarixli 3M-99 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı tərəfindən Cavabdeh 2.000 (iki min) manat məbləğində pul borc verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında Lənkəran rayon 1 saylı notariat ofisində bağlanmış 17 may 2022-ci il tarixli 3M-411 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı tərəfindən Cavabdeh 2.000 (iki min) manat məbləğində pul borc verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs(varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin faktiki hallarından görünür ki, tərəflərin arasında kredit müqaviləsi bağlanaraq, iddiaçı tərəfindən cavabdehə 4.000 manat məbləğində pul vəsaiti borc verilmiş, cavabdeh müqavilələrdə qeyd edilən müddətlərdə borcu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 90 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4.000 manat və iddia tələbinin təmin edildiyi məbləğə münasibətdə 51 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4.000 (dörd min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51 (əlli bir) manat, ümumilikdə 4.051 (dörd min əlli bir) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2445/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2445/2023
22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver