Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-245/2023 25.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 6.545,36 manat əsas, 383,28 manat faiz, 84,89 manat cərimə borcu olmaqla, ümumillikdə cəmi 7.013,53 manat məbləğində borcun və 90,14 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahış etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən X4 İddiaçı ASC-dən illik 18 faizlə 36 ay müddətinə 6800 manat məbləğində kredit götürmüşdür. Ədliyyə Nazirliyinin Lənkəran Rayon 1 saylı Notariat ofisi tərəfindən verilmiş 134 N-li 06 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın ona çatası hissəsinə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə ilə Notariat ofisinə müraciət etmişdir. 2022-ci ilin iyulun 15-dək Cavabdeh banka 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 6.545,36 manat əsas, 383,28 manat faiz, 1682.37 manat cərimə borcu olmaqla, ümumillikdə cəmi 14102.68 manat borcu vardır. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 169.77 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqavilsəində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 84,89 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş məhkəməyə gəlməmiş, teleqramla məhkəməyə müraciət edərək, xəstə olduğundan məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə gəlməməsinin səbəbi kimi xəstə olmasını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, məhkəmə cavabdehin müraciətini işin lüzumsuz uzadılmasına yönəldilmiş hərəkət kimi qəbul edir və işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 24 yanvar 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə Standart şərtlərə dari 5 №-li əlavə razılaşmadan görünür ki, X3 İddiaçı ASC tərəfindən illik 18% dərəcəsi tətbiq edilməklə 36 ay ərzində qaytarmaq şərtilə 6800 manat məbləğində kredit verilmişdir. Kassa məxaric qəbzindən görünür ki, 6800 manat məbləğində pul X3 ödənilmişdir. Lənkəran Rayon 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-614 reyestrlə təsdiq edilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsələri Lənkəran rayonu Ləj kəndində qeydiyyatda olan Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Lənkəran RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD207300 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WBACB61090AP30053, mühərrikin nömrəsi 33971290 və buraxılış ili 1996-cı il olan BMW 320 MİNİK markalı 90UZ035 nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi təklif olunmuşdur. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X2 həmin tarixə 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 6.545,36 manat əsas, 383,28 manat faiz, 84,89 manat cərimə borcu olmaqla, ümumillikdə cəmi 7.013,53 manat borcu vardır. Hökümət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 90,14 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən X4 İddiaçı ASC-dən illik 18 faizlə 36 ay müddətinə 6800 manat məbləğində kredit götürmüşdür, xx.xx.2022-ci il tarixdə isə vəfat etmişdir. Cavabdeh məhrum İltifat Məmmədovdan miras qalan ban nömrəsi WBACB61090AP30053, mühərrikin nömrəsi 33971290 və buraxılış ili 1996-cı il olan BMW 320 MİNİK markalı ** UZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən miras əmlak kimi qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinəəsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması vəya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından məhkəmə qeyd edir ki, mərhum X4 iddiaçı qarşısında borclu olduğundan, ondan qalmış miras əmlak da Cavabdeh tərəfindən qəbul edildiyindən iddia tələbində qeyd olunan kredit müqaviləsi üzrə yaranmış borc məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə yaranmış öhdəliklər mərhum X4 tərəfindən lazımınca icra edilmədiyindən və sonuncudan miras qalmış əmlak Cavabdeh tərəfindən qəbul edildiyindən iddia təmin edilməli, Cavabdeh 6.545,36 manat əsas borc, 383,28 manat faiz borcu, 84,89 manat cərimə borcu olmaqla, ümumilikdə 7.013,53 manat pul və 90,14 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 6.545,36 manat əsas borc, 383,28 manat faiz borcu, 84,89 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7.013,53 manat və 90,14 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-245/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-245/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver