Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2467/2023 05.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında 05 oktyabr 2023-cü il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, Aygün Suleymanovanın vasitəsi ilə tanış olduğum cababdeh Cavabdeh ona qarşı dələduzluq edərək 19670 manat məbləğində zərər vurmuşdur. Bu fakt Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-356/2022 saylı qanuni qüvəyyə minmiş hökmü ilə təsdiq olunur. Belə ki, o, evdə qızıl-zinət və digər əşyaların satışı ilə məşqul olur. 2021-2022ci illərdə ondan 28570 manat dəyərində müxtəlif növdə qızıl zinət əşyalarını nisiyə almışdır. Həmin əşyalara görə ona cəmi 8900 manat ödəmişdir. Uzun müddətdir ki, cavabdehdən pulunu istəyəndə, o, onu cürbəcür formada aldadıb. Ötən müddət ərzində dəfələrlə göstərilən məbləğin ödənilməsi üçün cavabdehə müraciət etsə də, o, müxtəlif bəhanələr gətirməklə ödəmədən qərəzli olaraq yayınıb. Nəticədə də Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-356/2022 saylı hökmü ilə 3 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdehin günahı ucbatından ona həm maddi, həm də mənəvi ziyan dəymişdir və ziyan cavabdehin təqsiri, hüquqa zidd əməlləri nəticəsində vurulduğundan, cavabdeh mülki-hüquq məsuliyyəti daşıyır. Belə ki, cavabdehin öhdəliyi vaxtında icra etməməsi onun işgüzar vaxtına xələl gətirmişdir. Hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etməli olduğundan əlavə xərclər və işgüzar günləri əbəs gedir. Sadalananları nəzərə alaraq, 19670 manat məbləğində pulun, həmin məbləğin illik bank ucot faizini, mənəvi ziyana görə 1000 manat məbləğində pul vəsaiti və 151.7 manat məbləğində olan dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edəsiniz qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı ərizə verərək məhkəməninin növbəti iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh iddia tələbinin mahiyyəti üzrə məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. ƏSASLANDİRİ HİSSƏ: Məhkəmə işdə olan materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi 04 hissədən ibarətdir:
1. mənəvi ziyana görə 1000 manat pul tələbi;
2. 19670 manat məbləğində pul tələbi;
3. həmin məbləğin illik bank ucot faizi tələbi;
4. 151.7 manat məbləğində ödədiyi dövlət rüsumun əvəzinin tələbi. İddiaçının 1-ci tələbi ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələb təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)- 356/2022 saylı qanuni qüvəyyə minmiş hökmünün surətindən görünür ki, Cavabdeh İddiaçı 19670 manat zərər vurmaqla ona və qeyrilərinə qarşı dələduzluq etmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası MPM-nin cəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh tələb etdiyi məbləğ Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-356/2022 saylı qanuni qüvəyyə minmiş hökmündə öz təsdiqini tapdığından, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh 19670 manat məbləğində pul tutularaq, İddiaçı verilməlidir. İddiaçının 2-ci tələbi ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələb təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir İddiaçı iddiasının əsaslandırıcı hissəsində Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən əldən çıxmış faydadan məhrum olunduğunu göstərdiyi halda, tələb hissəsində ona vurulmuş zərər məbləğinin illik bank ucot faizini tələb etmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsinə zərərin əvəzinin ödənilməsinə həsr olunmuşdur. Yəni, iddiaçı hazırki tələblə vurulmuş zərərin illik bank uçot faizi nəzərə alınmaqla cavabehdən alınaraq ona verilməsini deyil, əldən çıxmış faydanın tələbini qoymalı idi. Hətta qəbul olunsa ki, iddiaçı həmin tələbi qoymuşdur, yenə də o, əldən çıxmış fayda ilə bağlı hərhansı bir sübutunu məhkəməyə təqdim etmədiyindən onun tələbi bu hissədə təmin oluna bilməz. İddiaçının 3-cü tələbi ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələb də təmin edilməməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1 maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-ci maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvesiya»-nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsinə ifadə edir. Göründüyü kimi, Qərarın 2-ci bəndinin mənasına görə şəxsin hüquq və azadlıqlarının pozulması nəticəsində onun mənəvi sarsıntı və iztirab keçirməsi vahid kontekstdə olmalı, yəni, şəxs öz hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı keçirməklə bərabər, eyni zamanda müəyyən iztirablara məruz qalmalıdır. Şəxsin öz hüquqlarının pozulmasına qarşı mənfi reaksiya formalarının (mənəvi sarsıntının və iztirabın) bir toplum şəklində mövcud olması, biri digərini tamamlaması mülki mübahisələrin baxılması zamanı «mənəvi zərərin» mövcud olması qənaətinə gəlməyə əsas verir. Plenumun Qərarında daha sonra mənəvi sarsıntının və iztirabın hüquqi anlayışı verilməklə göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüüründa müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yəni, zərərçəkmiş şəxsin mənəvi zərərə məruz qalmasının müəyyən edilməsi üçün, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, eyni zamanda, bu mənfi psixi reaksiya nəticəsində onun sağlamlığının pozulması, bunun nəticəsində sonuncunun fiziki əzab çəkməsi müəyyən edilməlidir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntı və iztirabla məruz qalmasının nədə ifadə olunmasını, bunlar hansı şəraitdə və hansı hərəkət nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirab keçirməsini, zərərçəkənin bunların hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur». Məhkəmə hesab edir ki, mülki-hüquq məsuliyyəti dedikdə, məhkəmə tərəfindən hüquq pozucusuna münasibətdə zərərçəkmiş şəxsin xeyrinə əmlak sanksiyalarının tətbiqi ilə hüquq pozucusunun üzərinə sərfəli olmayan əmlak nəticələrinin qoyulması və zərərçəkmiş şəxsin əmlak hüquqlarının bərpası başa düşülür. Zərər mülki-hüquq məsuliyyətinin yaranmasının əsaslarından biridir. Mülki-hüquq məsuliyyətinin və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçıya real zərərin vurulması, əldən çıxmış faydanın müəyyən edilməsi, həmçinin, onun fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Məhkəmə prosesi zamanı iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsini, xəstəxanada müalicə almasını, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsbiq edən heç bir sübut təqdim etməmişdir. İddiaçının 4-cü tələbi ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələb qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı, iddia vermək üçün 151.7 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasıl MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ümumilikdə cavabdehən 20 670 manat pul tələb etmiş, onun tələbi 19670 manat hissəsində əsaslı hesab edilmişdir. Buna görə də iddia qismən əsaslı olduğundan iddiaçının ödədiyi 151.7 manat dövlət rüsumunun 144.11 manatı cavabdehə, 07.59 manat isə iddiaçıya aid edilməli və cavabdehdən 144.11 manat dövlət rüsumu tutlaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qısmən təmin edilsin. Cavabdeh 19670 (on doqquz min altı yüz yetmiş) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödədiyi 151.7 manat dövlət rüsumunun 144.11 manatı cavabdehə, 07.59 manat isə iddiaçıya aid edilsin və Cavabdeh 144.11 manat dövlət rüsumu tutlaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X2