Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2482/2022 26.08.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək olaraq, xx.xx.2021-ci il tarixli, RBLF-11591 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1022,63 manat məbləğində əsas borcun, 22,65 manat məbləğində faiz borcun, 67,34 manat dəbbə borcunun ümumilikdə cəmi 1112,62 manat borcun və 30,00 manat məbləğində dövlət rüsumunun alınaraq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən "xxxx" ASC -nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 "xxxx" ASC – dən ödəniş cədvəli planı üzrə ödəniş etmək şərti ilə 18,9 faiz dərəcəsi ilə 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Cavabdehlər müqavilə üzrə "xxxx" ASC -yə tələb olunan qaydada ödəniş etməmişlər və iddiaçıya xx.xx.2021-ci il tarixli, RBLF-11591 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1022,63 manat məbləğində əsas borcu, 22,65 manat məbləğində faiz borcu, 67,34 manat dəbbə borcu qalmışdır. Buna görə də iddiaçı "xxxx" ASC -yə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək olaraq, xx.xx.2021-ci il tarixli, RBLF-11591 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1022,63 manat məbləğində əsas borcun, 22,65 manat məbləğində faiz borcun, 67,34 manat dəbbə borcun ümumilikdə cəmi 1112,62 manat borcun və 30,00 manat məbləğində dövlət rüsumunun alınaraq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, RBLF-11591 saylı kredit və zaminlik müqavilələrindən və maliyyə arayışından görünür ki, borclu Cavabdeh2 "xxxx" ASC -dən illik 18,9 faiz dərəcəsi ilə 18 ay müddətinə 2000 manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüş və Cavabdeh1 həmin kredit müqaviləsində zamin olaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə borcun müştərək qaydada ödənilməsinə görə məluliyyət daşıyır. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, "xxxx" ASC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilməlidir. Belə ki, "xxxx" ASC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək olaraq, xx.xx.2021-ci il tarixli, RBLF- 11591 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1022,63 manat məbləğində əsas borcu, 22,65 manat məbləğində faiz borcu, 67,34 manat dəbbə borcu ümumilikdə cəmi 1112,62 manat borcu qalmışdır. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-nin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək olaraq, xx.xx.2021-ci il tarixli, RBLF-11591 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1022,63 manat məbləğində əsas borcu, 22,65 manat məbləğində faiz borcu, 67,34 manat dəbbə borcu ümumilikdə cəmi 1112,62 manat borcu və 30,00 manat məbləğində dövlət rüsumu alınaraq, "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-nin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. MPM-nin 233.1-ci maddəsinə əsasən Bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355- 17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək olaraq, xx.xx.2021-ci il tarixli, RBLF-11591 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1022,63 manat məbləğində əsas borcu, 22,65 manat məbləğində faiz borcu, 67,34 manat dəbbə borcu ümumilikdə cəmi 1112,62 manat borcu və 30 manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" ASC nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov əsli ilə düzdür
Məhkəmə qərarları › İş №2(049)-2482/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2482/2022
26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver