Məhkəmə qərarları › İş №2(049)-2494/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2494/2022

26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2494/2022 26.08.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran rayon məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 24 may 2021-ci tarixli, PRL- 147-0034-21 saylı kredit müqaviləsinin ləğv edilməsini və həmin müqavilə üzrə Cavabdeh MJ FİNANCİAL SERVİCES BOKT QSC-nin xeyrinə 531,28 manat əsas kredit borcun, 20,98 manat cərimə borcun, cəmi 552,80 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı MJ FİNANCİAL SERVİCES BOKT QSC ilə Cavabdeh arasında bağlanmış 24 may 2021-ci il tarixli, PRL-147-0034-21 saylı kredit müqaviləsinə əsasən cavabdehə 19 ay müddətinə illik 1044,00 manat məbləğində kredit verilmişdir. Lakin, kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor MJ FİNANCİAL SERVİCES BOKT QSC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan MJ FİNANCİAL SERVİCES BOKT QSC ilə Cavabdeh arasında bağlanmış 24 may 2021-ci il tarixli, PRL-147-0034-21 saylı kredit müqaviləsindən görünür ki, 19 ay müddətinə 1044,00 manat məbləğində kredit verilməsinə dair 24 may 2021-ci il tarixli müqavilə bağlanmışdır. İş materiallarında olan MJ FİNANCİAL SERVİCES BOKT QSC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş maliyyə arayışından görünür ki, Cavabdehnun 24 may 2021-ci il tarixli, PRL-147-0034-21 saylı kredit müqaviləsinə əsasən banka 531,28 manat əsas kredit borcu, 20,98 manat cərimə borcu, cəmi 552,80 manat borcu vardır. İş materiallarında olan 24 may 2021-ci il tarixli, PRL-147-0034-21 saylı Girov müqaviləsindən görünür ki, Giirov ilə təmin olunmuş öhdəliyin yaranma əsası MJ FİNANCİAL SERVİCES BOKT QSC ilə borclu arasında yazılı formada başlanmış və məbləği 1044,00 manat, müddəti 19 ay olan, 24 may 2021-ci il tarixli, PRL-147-0034-21 saylı kredit müqaviləsidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı MJ FİNANCİAL SERVİCES BOKT QSC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30.40 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Yuxarıda qeyd olunanları Məhkəmə nəzərə alaraq belə nəticəyə gəlir ki, İddia təmin edilməli, MJ FİNANCİAL SERVİCES BOKT QSC ilə Cavabdeh arasında olan 24 may 2021-ci tarixli, PRL-147-0034-21 saylı kredit müqaviləsi ləğv edilməli və Cavabdeh 531,28 manat əsas kredit borcun, 20,98 manat cərimə borcu, cəmi 552,80 manat borcu və 30.00 manat ödənilmiş dövlət rüsumu tutularaq, MJ FİNANCİAL SERVİCES BOKT QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə iddiaçı tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. MJ FİNANCİAL SERVİCES BOKT QSC ilə Cavabdeh arasında olan 24 may 2021-ci tarixli, PRL-147-0034-21 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 531,28 manat əsas kredit borcun, 20,98 manat cərimə borcu, cəmi 552,80 manat borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq, MJ FİNANCİAL SERVİCES BOKT QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar