Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2500/2024 04.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət nəticəsində vurulmuş maddi ziyana görə Cavabdeh 3200 manat və ödənilmiş dövlət rüsumunun məbləği olan 53 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(099)-348/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Hökm üzrə Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmışdır, ona görə ki, o, 2022-ci ilin yanvar ayının əvvəlində Lənkəran rayonunun Digah kəndində həmin kəndin sakini olan tanışı İddiaçı övladı X4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Lənkəran rayon şöbəsində işə düzəltdirmək niyyətində olduğunu bildikdən sonra, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə özünü guya Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəhbər vəzifəli şəxsləri ilə yaxın əlaqələri olan yüksək vəzifədə işləyən tanışının vasitəsilə sonuncunun oğlunu həmin Xidmətin Lənkəran rayon şöbəsinə işə qəbul etdirmək iqtidarında olduğunu yalandan vəd edərək İddiaçı özünə inandıraraq, bundan sonra sonuncunun ona olan inam və etibarından suiistifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə 2022-ci ilin yanvar aymm əvvəlində Bakı şəhəri, Qaradağ rayonunda fəaliyyət göstərən “Meyvəli bazarı”nm yaxınlığında görüşərək 700 manatı İddiaçı və 2022-ci ilin yanvar aymm sonunda İddiaçı tapşırığı ilə Lənkəran rayonu Digah kəndində yol kənarında görüşərək sonuncunun X15dan 6000 manatı qəbul edib, İddiaçı xeyli miqdar təşkil edən ümumilikdə 6700 (altı min yeddi yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2022-ci ilin mart ayının əvvəlində Lənkəran rayonunun Şürük kəndində Lənkəran şəhər sakini olan tanışı X2 özünü guya ayrı-ayrı şəxslərin vəzifəyə təyin edilməsində vasitəçilik edən şəxs kimi tanıtdıqdan sonra, sonuncu ona əvvəllər işlədiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinə rəis müavini vəzifəsinə işə bərpa olunmaq niyyətində olduğunu bildirdikdə, guya Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin rəhbər vəzifəli şəxsləri ilə yaxın əlaqələri olan yüksək vəzifədə işləyən tanışının vasitəsilə onu hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin rəis müavini vəzifəsinə işə qəbul etdirmək iqtidarında olduğunu yalandan vəd edərək, bu məqsədlə əvvəlcə Nicat Ramazanovun etibarını qazanmaq üçün onun tanışı X3 vasitəsi ilə 2022-ci ilin mart ayının əvvəlində Lənkəran rayonu, Şürük kəndində fəaliyyət göstərən sonuncuya məxsus mağazada 5000 manat məbləğində pulunu ələ keçirsə də, niyyəti Nicat Ramazanovdan daha böyük məbləğdə vəsait ələ keçirmək olduğuna görə guya işinin alınmadığı bəhanəsi ilə 2022-ci ilin iyun ayının əvvəlində həmin məbləğdə vəsaiti tam şəkildə Nicat Ramazanova qaytarıb, niyyətinə nail olmaq üçün 2022-ci ilin iyun ayının sonunda yenidən X7 rayonu, Şürük kəndində görüşərək guya Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin rəhbər vəzifəli şəxsləri ilə yaxın əlaqələri olan yüksək vəzifədə işləyən tanışının vasitəsilə onu hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinin rəis müavini vəzifəsinə işə qəbul etdirmək üçün əlverişli məqamın yarandığını və bu səbəblə səlahiyyətli vəzifəli şəxsin onu işə qəbul edilməsinə görə maddi nemət olan 15 000 (on beş min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruriliyini əminliklə bildirib, Nicat Ramazanovu özünə inandıraraq, bundan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin iyun ayının ortalarında X1 xeyli miqdar təşkil edən 15 000 (on beş min) manat məbləğində pul vəsaitini Lənkəran rayonu Şürük kəndi ərazisində sonuncudan qəbul edib ələ keçirərək təkrar xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cii il tarixli 1(099)- 348/2023 saylı hökmünün 3-cü səhifəsinin sonuncu abzasında göstərilir: “Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, 2022-ci ilin yanvar ayının əvvəlində X15 ona bildirmişdir ki, Lənkəran rayonu Girdəni kənd sakini Cavabdeh onu Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Lənkəran rayon şöbəsinə işə düzəldəcəkdir və ona müəyyən məbləğdə pul verəcəkdir. O, da Yusifə demişdir ki, Cavabdehla görüşüb danışar. 2022-ci ilin yanvar ayının 10-da Cavabdehla əlaqə saxlayıb Lənkəran rayonu Digah kəndi ərazisində yerləşən çayxanada görüşüb söhbət etmişlər, Cavabdeh ona bildirmişdir ki, əvvəllər də çox adamı işə düzəltmişdir, X15u da Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Lənkəran rayon şöbəsinə işə düzəldə bilər. O, Fəriddən soruşmuşdur ki, Yusifin işə düzəlməsi üçün nə etmək lazımdır. Fərid ona bildirmişdir ki, Yusifi işə düzəltmək üçün ümumilikdə 6700 manata yaxın pul vermək lazımdır və lazım olan sənədləri (sağlamlıq haqqında arayış, məhkumluq haqqında arayış, kənd icra nümayəndəliyindən arayış, xasiyyətnamə və s) müvafiq dövlət orqanlarından almaq lazımdır. Fərid bildirmişdir ki, işə düzəldəcəyi halda Yusif 750 manat əmək haqqı alacaqdır. O, da Fəridlə razılaşmışdır. Fərid bildirmişdir ki, ondan aldığı pulu vəzifədə işləyən tanışma verəcəkdir. Təxminən 2 gün keçdikdən sonra Cavabdeh zəng vuraraq bildirmişdir ki, ilkin olaraq 700 manat pul verməlidir ki, müəyyən sənədlər almalıdır. O, da həmin vaxtı Bakı şəhərində olduğu üçün Fəridlə Qaradağ rayonunda yerləşən “Meyvəli Bazaf’m yanında görüşüb 700 manat pulu ona vermişdir. Fərid təxminən 10 gün keçdikdən sonra yəni 2022- ci ilin yanvar ayının təxminən 22-23-də ona zəng vuraraq Yusifin işə düzəlməsi üçün razılaşdığı puldan 6000 manatını yenidən verməyini xahiş etmişdir. O, həmin vaxtı Bakı şəhərində olduğu üçün oğlu Yusiflə əlaqə saxlayıb bildirmişdir ki, evdən 6000 manat pulu götürüb Fəridə versin. X15 2022-ci ilin yanvar ayında Lənkəran rayonu Digah kəndi ərazisində Cavabdehla görüşmüş və işə düzəlməsi üçün 6000 manat pulu Fəridə vermişdir. Bundan sonra oğlu Yusif sənədlərini hazırlamış və bir neçə dəfə Bakı şəhərinə getmiş, həmin sənədləri Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə təqdim etmişdir. Həmin sənədləri hara təqdim etməsini isə Cavabdeh ona bildirmişdir. Fərid hər dəfə oğlu Yusiflə və onunla əlaqə saxlayarkən Yusifin yaxın vaxtlarda işə düzələcəyini bildirmişdir. 2022-ci ilin avqust ayında Yusif Bakı şəhərinə sənədlərini bir neçə dəfə təqdim etməkdən ötrü gedib gəldikdən sonra Cavabdeh bildirmişdir ki, Yusifin peşə təhsili ilə bağlı diplomu olmalıdır. Həmin diplomu Yusifin adma özü alacağını və onun 1000 manat məbləğində pul verməli olduğunu bildirmişdir. O, da Fəridə bildirmişdir ki, hazırda 1000 manat pulu vermək üçün imkanı yoxdur, qızma toy edir və toydan sonra yaxın vaxtda verəcəkdir. 2022-ci ilin oktyabr ayında Yusifin diplomunun alınması üçün 500 manat pulu oğlu Yusif Fəridin dediyi kimi Lənkəran rayonu ərazisində Girdəni kəndində yerləşən mağazaya vermişdir ki, Fərid götürəcəkdir. Təxminən 10 gün keçdikdən sonra Fərid Yusifin adma tərtib edilmiş orta-ixtisas diplomunu Yusifə təqdim etmişdir. Sonra Fərid yenə də səbrli olmağını və yaxın vaxtlarda Yusifin işinin düzələcəyini bildirmişdir. Artıq çox vaxt keçdiyindən və Yusifin işinin düzəlmədiyindən Fəriddən verdiyi pulu geri istəməyə başlamışdır. 2022-ci ilin noyabr ayında Fərid hər dəfə yaxın günlərdə pulu geri qaytaracağını bildirib onu və oğlunu aldatmağa başlamışdır. O, 2022-ci ilin noyabr aymda Fəridin atası İmran Qubadovun yaşadığı Lənkəran rayonu Girdəni kəndindəki evinə getmiş və Fəridin onun oğlunu işə düzəltmək adı ilə aldadaraq pul aldığını bildirmişdir. İki gün sonra Fərid ona zəng vuraraq bildirmişdir ki, atası İmranla görüşsün və 4000 manat pulu ona İmran verəcəkdir. O, da İmran Qubadovun yaşadığı Lənkəran rayonu Girdəni kəndindəki evinə getmiş və İmran Qubadov 4000 manat pulu ona vermişdir. Hazırda Fərid ona 3200 manat da pul qaytarmalıdır. Təxminən 2022-ci ilin noyabr ayının axırlarında yenidən İmran Qubadovun evinə qalan pulu almaq üçün getmiş və həmin vaxtı Cavabdeh anası bildirmişdir ki, onların verməyə pulu yoxdur, şikayət etsin və qalan pulunu Fəriddən alsın. 2022-ci ilin yanvar ayına qədər Fərid yenə oğluna qalan pulu yaxın vaxtlarda qaytaracağını bildirmiş, lakin qaytarmadığı üçün oğlu Yusif və özü ərizə ilə şikayət etmişdir. İddiaçı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh iş düzəltməsi ilə bağlı rayon sakinlərindən eşitmiş, buna görə də ona inanmışdır. Onun X15 İİ Qarabağ müharibəsində iştirak edib medallar aldığından, Cavabdeh fikirləşmişdir ki, Yusifi işə götürəcəklər, buna görə də hər hansı şəxsə heç nə demədən ondan pul almışdır. Bəzi şəxslərdən eşitmişdir ki, onun tanışı Müdafiə Nazirliyində generalın sürücüsüdür, həmçinin Fərid o qədər inandırıcı danışmışdır ki, ona tam inanmışdır. Hər dəfə Fəridlə danışanda Fərid ona “əmi narahat olma” demişdir. 2022ci ilin noyabr aymda artıq əmin olmuşdur ki, Fərid onu aldatmışdır, buna görə şikayət etmişdir. Onun oğlu X14 Qubadovu Lənkəran şəhər sakinlərinin sözlərindən tanımışdır. Cavabdeh ona demişdir ki, pulu X8 birinci müavini Etibar müəllimə verəcəkdir, lakin o, həmin şəxsi tanımamışdır. Cavabdehla iki dəfə görüşmüş, birinci dəfə onunla işə düzəltmə barədə söhbət edib razılaşmış, ikinci dəfə isə ona 700 manat pul vermişdir. Hazırda pulun qalan hissəsini qaytarmadığı üçün Cavabdeh barəsində şikayəti vardır, barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir”. Həmin hökmün 10-cu səhifəsinin sonuncu abzasında göstərilir: 11 fevral 2023-cü il tarixli X5 məxsus “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, X5 məxsus 051- ***-**-** saylı mobil nömrə ilə Cavabdeh məxsus ***-***-**-** saylı mobil nömrələr arasında “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə yazışmalar qeydə ahnmış, həmin protokolda Yusif Qafarovun yazışmaları şərti olaraq В hərfi ilə, Cavabdeh yazışmaları isə şərti olaraq A hərfi ilə işarə edilmişdir. Həmin protokoldan görünür ki, ilk öncə xx.xx.2022-ci il tarixdə X14 Qafarova ismarıc yazmış və bundan sonra xx.xx.2023-cü il tarixədək birbirinə yazılı və səsli ismarıclar göndərmişlər Həmin yazışmalarda X10 Hallar Nazirliyində işə düzəlməsinin təmin edilməsi üçün müxtəlif sənədləri Cavabdeh göndərir, sonuncuyla bu mövzuda danışıqlar aparır, Cavabdeh isə Yusif Qafarova narahat olmamasını, işinin düzələcəyini, səbrli olmağını, daha sonrakı yazışmalarda isə yaxın günlərdə pulunu qaytaracağını bildirmişdir. Protokoldan görünür ki, həmin səs yazıları CD diskə köçürülərək protokola əlavə edilmişdir. Hökmün 11-ci səhifəsinin 9-cu abzasında göstərilir: “Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs Cavabdeh özünü Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bildiyini qeyd edərək öz müdafiəsi üçün hər hansı dəlil irəli sürməmişdir”. Məhkəmə iclasında iddiaçı X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2700 manat məbləğ pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsinə məhkəmə bildirişi, habelə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər göndərilsə də, cavabdeh iddiaya qarşı yazılı etirazını təqdim etməmiş, həmçinin məhkəmə iclasında iştirak etmək istəyi ilə bağlı müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(099)- 348/2023 saylı hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 16 yanvar 2023-cü il tarixdən hesablanması, Cavabdeh barəsində olan həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Lənkəran ŞİHB-nın Şiləvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarxili arayışdan görünür ki, İddiaçı hal-hazırda Lənkəran rayonunun Digah kəndində yaşayır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 53 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbinin qanuni əsasını Mülki Məcəlləsinin 1097.1-ci maddəsidir. Həmin maddənin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsində mülki hüquq pozuntusunun anlayışı verilmişdir. Həmin normada qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Hazırki işin hallarından göründüyü kimi cavabdeh Fərid Qafarovun cinayət əməli, yəni dələduzluq etməsi nəticəsində İddiaçı 2700 manat ziyan vurulmuş, o vurulmuş ziyandan ödəniş etməmişdir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2700 manat manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 53 manat pul alınaraq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş ziyana görə 2700 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 53 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-2500/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2500/2024
04.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver