Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2512/2022 26.08.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu iddiaçı M Bulak Bank olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı M Bulak Bank olmayan Kredit Təşkilatı MMC Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, 0501-127753-01nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 1000,0 manat məbləğində əsas borcun, xx.xx.2021-ci il tarixədək hesablanmış 151,80 manat məbləğində faiz borcun və 31,52 manat məbləğində dövlət rüsumunun alınaraq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən M Bulak Bank olmayan Kredit Təşkilatı MMC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə Cavabdeh bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı M Bulak Bank olmayan Kredit Təşkilatı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh M Bulak Bank olmayan Kredit Təşkilatı MMC–dən ödəniş cədvəli planı üzrə ödəniş etmək şərti ilə 1000,00 (bir min manat, 0,00 qəpik) manat məbləğində kredit götürmüşdür. Cavabdeh müqavilə üzrə M Bulak Bank olmayan Kredit Təşkilatı MMC-yə tələb olunan qaydada ödəniş etməmiş və iddiaçıya xx.xx.2020-ci il tarixli, 0501-127753-01nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 1000,0 manat məbləğində əsas borcu, xx.xx.2021-ci il tarixədək hesablanmış 151,80 manat məbləğində faiz borcu qalmışdır. Buna görə də iddiaçı M Bulak Bank olmayan Kredit Təşkilatı MMC Cavabdeh xx.xx.2020-ci il tarixli, 0501-127753-01nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 1000,0 manat məbləğində əsas borcun, xx.xx.2021-ci il tarixədək hesablanmış 151,80 manat məbləğində faiz borcun, gecikməyə görə 0,00 manat cərimə və 31,52 manat məbləğində dövlət rüsumunun alınaraq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 0501-127753-01 nömrəli kredit müqaviləsindən görünür ki, borclu Cavabdeh M Bulak Bank olmayan Kredit Təşkilatı MMC-dən illik 49,9 faiz dərəcəsi ilə 12 ay müddətinə 1000,00 (bir min manat, 0,00 qəpik) manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 0501-127753-01nömrəli nömrəli olan X1 Çıxarışdan görünür ki, M Bulak Bank olmayan Kredit Təşkilatı MMC-i tərəfindən Cavabdeh 1000,00 (bir min manat, 0,00 qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, M Bulak Bank olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 0501-127753- 01nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 1000,0 manat məbləğində əsas borcu, xx.xx.2021-ci il tarixədək hesablanmış 151,80 manat məbləğində faiz borcu vardır. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, M Bulak Bank olmayan Kredit Təşkilatı MMC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilməlidir. Belə ki, M Bulak Bank olmayan Kredit Təşkilatı MMC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 0501-127753-01nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 1000,0 manat məbləğində əsas borcu, xx.xx.2021-ci il tarixədək hesablanmış 151,80 manat məbləğində faiz borcu qalmışdır. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yəni, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, 0501-127753-01nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 1000,0 manat məbləğində əsas borcu, xx.xx.2021-ci il tarixədək hesablanmış 151,80 manat məbləğində faiz borcu və 31,52 manat məbləğində dövlət rüsumu alınaraq, M Bulak Bank olmayan Kredit Təşkilatı MMCnin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 0501-127753-01nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 1000,0 manat məbləğində əsas borcu, xx.xx.2021-ci il tarixədək hesablanmış 151,80 manat məbləğində faiz borcu, gecikməyə görə 0,00 manat cərimə və 31,52 manat məbləğində dövlət rüsumu alınaraq, M Bulak Bank olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2512/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2512/2022
26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver