Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2534/2022 26.08.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu iddiaçı SOLİTON MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı SOLİTON MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019cu il tarixli, LNK5748847 saylı müqaviləsi üzrə 441,00 manat əsas borcun və xx.xx.2020-ci tarixli, LNK ******* saylı müqaviləsi üzrə 720,00 manat əsas borcun, hər iki müqavilə üzrə hesablanmış 500,00 manat faiz borcunun və 37,00 manat dövlət rüsumunun, cəmi 1698,00 manat pul vəsaitinin alınaraq, SOLİTON MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən SOLİTON MMC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə Cavabdeh bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı SOLİTON MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh SOLİTON MMC–dən xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə 15 ay müddətinə alqı-satqı qiyməti 1019,00 manat olan məişət avadanlığını nisyə əldə etmişdir. Cavabdeh müqavilə üzrə qismən ödənişlər etdikdən sonra, bu müqavilə üzrə iddiaçıya 441,00 manat borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq, hər gün üçün 1 faiz ödəməlidir. Beləki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1984,00 manat faiz borcu yaranmışdır. (441 manat x 450 gün x 1 faiz = 1984). Bundan başqa iş üzrə cavabdeh ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixli müqavilə üzrə 12 ay müddətinə alqı-satqı qiyməti 750,00 manat olan məişət avadanlığını nisyə əldə etmişdir. Cavabdeh müqavilə üzrə qismən ödənişlər etdikdən sonra, bu müqavilə üzrə iddiaçıya 720,00 manat borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq, hər gün üçün 1 faiz ödəməlidir. Beləki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1944,00 manat faiz borcu yaranmışdır. (720 manat x 270 gün x 1 faiz = 1944). İddiaçı faiz borcunu cavabdehdən cəmi 500,0 manat məbləğində tələb edərək və yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehdən xx.xx.2019-cu il tarixli, LNK5748847 saylı müqaviləsi üzrə 441,00 manat əsas borcun və xx.xx.2020-ci tarixli, LNK ******* saylı müqaviləsi üzrə 720,00 manat əsas borcun, hər iki müqavilə üzrə hesablanmış 500,00 manat faiz borcun və 37,00 manat dövlət rüsumunun, cəmi 1698,00 manat pul vəsaitinin alınaraq, SOLİTON MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh hissə-hissə ödəmək şərti ilə 15 ay müddətinə alqı-satqı qiyməti 1019,00 manat olan məişət avadanlığını nisyə əldə etmişdir. Cavabdeh müqavilə üzrə qismən ödənişlər etdikdən sonra, bu müqavilə üzrə iddiaçıya 441,00 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh hissə-hissə ödəmək şərti ilə 12 ay müddətinə alqı-satqı qiyməti 750,00 manat olan məişət avadanlığını nisyə əldə etmişdir. Cavabdeh müqavilə üzrə qismən ödənişlər etdikdən sonra, bu müqavilə üzrə iddiaçıya 720,00 manat borcu qalmışdır. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, SOLİTON MMC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilməlidir. Belə ki, SOLİTON MMC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdehxx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələri üzrə məişət avadanlığı əldə etmiş, lakin, müqavilələr üzrə öhdəliyi lazımınca icra etməmiş, ödənişlər etdikdən sonra iddiaçıya xx.xx.2019-cu il tarixli, LNK5748847 saylı müqaviləsi üzrə 441,00 manat əsas borcu və xx.xx.2020-ci tarixli, LNK ******* saylı müqaviləsi üzrə 720,00 manat əsas borcu, hər iki müqavilə üzrə hesablanmış 500,00 manat faiz borcu və 37,00 manat dövlət rüsumu, cəmi 1698,00 manat borcu qalmışdır. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1 və 600.4-cü maddələrinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi cavabdeh bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə müəyyən edilən vəzifəsini icra etməyərək almış olduğu malın dəyərini satıcıya razılaşdırılmış müddətdə tam ödəməmiş və buna görə iddiaçının ondan verilmiş malın ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə təmin edilməli, xx.xx.2019-cu il tarixli, LNK5748847 saylı müqaviləsi üzrə 441,00 manat əsas borcu və xx.xx.2020-ci tarixli, LNK ******* saylı müqaviləsi üzrə 720,00 manat əsas borcu, hər iki müqavilə üzrə hesablanmış 500,00 manat faiz borcu və 37,00 manat dövlət rüsumu, cəmi 1698,00 manat pul vəsaitinin alınaraq, SOLİTON MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən Bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. qət etdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, LNK5748847 saylı müqaviləsi üzrə 441,00 manat əsas borcu və xx.xx.2020-ci tarixli, LNK ******* saylı müqaviləsi üzrə 720,00 manat əsas borcu, hər iki müqavilə üzrə hesablanmış 500 manat faiz borcu və 37,00 manat dövlət rüsumu, cəmi 1698 manat pul vəsaitinin Cavabdeh alınaraq SOLİTON MMC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2534/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2534/2022
26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver