Məhkəmə qərarları › İş №2(049)-255/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-255/2023

07.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-255/2023 07.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, iddiaçı: İddiaçı, cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2230 manat pulun və 44 manat dövlət rüsumu cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 21:59 radələrində Ələt-Astara yolunun Lənkəran rayon ərazisindən keçən 192-ci km-də 1 baş iribuynuzlu heyvan yol kənarında nəzarətsiz olmuş və nəticədə heyvan asfalt örtüklü yola çıxmışdır.O, idarə etdiyi CHEVROLET CRUZE markalı, ** CG *** d.q n-lı avtomibilə 2230 manat ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, həqiqətən də onun heyvanının nəzarətsiz qalması nəticəsində iddiaçının avtomobilinə ziyan dəymiş, o, ilk vaxtıar iddiaçı ilə razılaşsa da, daha sonra pulu olmadığı üçün razılaşmamışdır. Hazırda da pulunun olmadığına görə iddianın qəbul etmədiyini və rədd olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmədə araşdırılmış xx.xx.2022-ci il tarixli Lənkəran rayon məhkəməsinin 3(049)-884/2022 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xətanı törətməklə təqsirli bilinərək 80 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılmış sənədlərdən görünür ki, Cavabdeh 10 sentyabr 2022-ci il tarixli İXP 338.7-ci maddəsi ilə ******* saylı protokol tərtib olunmuşdur. İş materialında olan və məhkəmədə araşdırılmış sənədlərdən görünür ki, Lənkəran şəhərində fəaliyət göstərən "xxxx" MMC-nin rəyinə əsasən Gülqsımlı Şamil oğluna 2230 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 44 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 1110-cu maddəsinin tələbinə görə, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, müəyyən olunur ki, cavabdehə məxsus heyvan nəzarətsiz qaldığı üçün iddiaçı avtomobili ilə həmi heyvanı vurmuş və nəticədə iddiaçının avtomobilinə ziyan vuruluşdur. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, cavabdehin mahiyyəti üzrə izahatında iddianın qəbul etməsini, yəni heyvanı nəzarətsiz qoymasını və bunun nəticəsində iddiaçının avtomobili ilə həmin heyvanı vurraraq avtomobilə maddi ziyan vurulmasını bildirməsini nəzərə alaraq hesab edir ki, cavabdeh iddianı qəbul etmişdir. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında dindirilmiş tərəfləri, araşdırılmış sübutları, hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi xidmət dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2230 manat məbləğində maddi ziyan və 44 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar