Məhkəmə qərarları › İş №2(049)-2595/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2595/2023

13.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2595/2023 13.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmənin iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair» mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən Lənkəran şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evində və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə yerində müayinə keçirilməsi üçün Cavabdeh və onun ailə üzvləri tərəfindən yaradılan maneələrin aradan qaldırılması, Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması və Cavabdeh ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək Qurbanova Lətafət Yüzbaşi qızının müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməsini xahiş etmiş və məhkəmənin 07 avqust 2023-cü il tarixli 2(049)-2595/2023 saylı qərardadı ilə Qurbanova Lətafət Yüzbaşi qızı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə Azərbaycan Respublikasının MPMnin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə yerində müayinə keçirilməsi üçün Cavabdeh və onun ailə üzvləri tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1953-cü il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Onun atası X11, anası isə X9 olmuşdur. Onların birgə nikahından o və qardaşı Mehman anadan olmuşdur. X1 atası X3 əvvəl X13 ilə nikahda olmuş və onların birgə nikahından Rafiq adlı uşaqları anadan olmuşdur. Mərhum X1 və mərhum atası X11 mərhum anasına məxsus Lənkəran şəhəri, Nizami küçəsi, ev 42-də yerləşən fərdi yaşayış evində yaşamışlar. O, qardaşı Mehman da həmin ünvanda dünyaya gəlmişlər və həmin evdə boya-başa çatmışlar. Onun atası X11 xx.xx.1985-ci il tarixdə, X1 isə xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. Atası ilə anası vəfat edəndən sonra həmin evdə o, ailəsi ilə birlikdə yaşamış və miras əmlakı faktiki qəbul etmişlər. Hazırda isə həmin evdə qızı ailəsi ilə birlikdə yaşayır. Həmin evin yerləşdiyi torpaq sahəsində 1 mərtəbəli, 1 otaqlı yaşayış evi də mövcud olmuşdur. Həmin ev isə Qurbanova Lətafət Yüzbaşi qızının adına olmuşdur. Həmin ev hazırda yararsız olduğu üçün orada yaşamış Qurbanova Lətafət Yüzbaşi qızının bacısı qızı X18 öz ailəsi olan Cavabdeh və öz uşaqları ilə birlikdə onların yaşadıqları evin bir otağına köçüb, yaşamışlar. Buna onlar özləri razılıq vermişlər ki, müvəqqəti yaşasınlar. Onlara müvəqqəti sığınacaq versələr də hazırda onlar anasından ona miras qalmış evi tərk etmək istəmirlər. Hazırda mərhum anasından miras qalmış evi vərəsəlik qaydasında öz adına keçirtmək istəyir. Lakin iş üzrə Cavabdeh öz ailə üzvləri ilə birlikdə onların evini tərk etmirlər. Eyni zamanda o, mərhum X1nın adına olan fərdi yaşayış evinə dair çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmiş, həmin İdarənin mütəxəssisləri, onun vəkili və nümayəndəsi həmin evə gəlib, müayinə işləri apararkən cavabdeh və onun ailə üzvləri dava-dalaş salaraq heç kimi həmin evə və həmin evin yerləşdiyi torpaq sahəsinə buraxmamışlar. Ona görə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri mərhum anasına məxsus fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin koordinatlarını müəyyənləşdirə bilməmişlər. Ona görə də mən cavabdehin qanunsuz hərəkətlərinə son qoymaq məqsədi ilə hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, yaşadıqları fərdi yaşayış evi ünvan 5-dir. Həmin fərdi yaşayış evidə xalası Qurbanova Lətafət Yuzbaşi qızına məxsusdur. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdmişdir. Əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs Qurbanova Lətafət Yüzbaşi qızı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli evi ona X12 1991-ci ildə satmış və o, sonradan vəfat etmişdir. Zabitə ilə eyni zamanda və onun ölümündən sonrakı müddətdə aldığı mübahisəli evdə Zabitənin nəvəsi, bacısı Sevincin əri (yeznəsi) X24 arvadı Sevinc və uşaqları ilə birlikdə yaşamışdır. Zabitin 3 bacısı, o, cümlədən X9 və İddiaçı istər Zabitənin sağ olduğu, istərsədə, onun ölümündən sonra 20 il müddətində mübahisəli evdə yaşamamışlar. Təxminən 12 il və ya 13 il bundan əvvəl İddiaçı kürəkəni Vahab Həbibovu, qızı Nərminə ilə birlikdə qısa müddət ərzində aldığı evdə müvəqqəti yaşamasına icazə verməsini xahiş etmişdir. O, da onların evdə müvəqqəti yaşamasına etiraz etməmişdir. Evə köçdükdən sonra onlar evdən çıxmamışlar. Vahab X2 ona sosial yardım düzəltmək adı ilə aldadaraq, evə aid sənədlərinin əslini ondan almışlar. Bu barədə sonradan 2022-ci ilin noyabr ayında vəfat etmiş Rahib Kərimovun audioyazısıda vardır. Sənədlərini Rahibdən ələ keçirmiş Vahab və iddiaçı Mehriban saxta yollarla, hüquqi əsaslar olmadan Rahilənin adına texniki pasport tərtib edilmiş, Rahibin ölümündən dərhal sonra, Zabitədən aldığı hazırki, mübahisəli evi ələ keçirmək məqsədi ilə Lənkəran Rayon Məhkəməsində iddia qaldırmışdır. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdmişdir. Əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs Qurbanova Lətafət Yüzbaşi qızının vəkili və nümayəndəsi Vəkil2 Sadiq oğlu da iddia tələbini qəbul etməyərək müstəqil tələb irəli sürməyən 3-cü şəxs Qurbanova Lətafət Yüzbaşi qızının dediklərinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Qurbanova Lətafət Yüzbaşi qızı heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Qurbanova Lətafət Yüzbaşi qızı və onun vəkili və nümayəndəsi Vəkil2 Sadiq oğlu məhkəməyə vəsatət göndərərək mülki işə aid sənədlərin tələb olunması və məhkəmə-tikinti ekspertizasının təyin edilməsini xahiş etmişlər. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Qurbanova Lətafət Yüzbaşi qızı məhkəməyə teleqramma göndərərək məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Qurbanova Lətafət Yüzbaşi qızının vəkili və nümayəndəsi Vəkil2 Sadiq oğlu məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, elektron məhkəmə vasitəsi ilə verdiyi vəsatətə baxılmasını, vəsatətin təmin edilməsini, növbəti məhkəmə iclasının vaxtını imkan daxilində razılaşdıraraq təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 184.2. İşdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. 184.3. Hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.3. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 185.6. İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Qurbanova Lətafət Yüzbaşi qızı və onun vəkili və nümayəndəsi Vəkil2 Sadiq oğlu məhkəməyə üzürlü səbəbdən məhkəmə iclasına gəlməməsi barədə hər hansı bir sübut təqdim etməmişlər. Ona görə də məhkəmə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Qurbanova Lətafət Yüzbaşi qızının icraatı qəsdən yubandırdığı qənaətinə gələrək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan Lənkəran rayon 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 514 saylı 28 avqust 2023-cü il tarixli məktubdan görünür ki, X4 miras əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Lənkəran rayon 1 saylı Notariat Kontoruna müraciət etmişdir. X4 xx.xx.1983-cü il tarixdə vəfat etməsi və Qanunvericiliyin tələbinə əsasən qızı-İddiaçı miras qoyanın vərəsəsi olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32 10 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında bildirişdən görünür ki, Lənkəran şəhəri, Nizami küçəsində yerləşən miras əmlak olaraq torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair müvafiq qeydiyyatın aparılması üçün tələb olunan mühüm amillərdən sayılan faktiki yerində müayinə keçirilməsi üçün tərəfinizdən şərait yaradılmadığı, habelə tərəflər arasında mübahisə mövcud olduğu səbəbdən icraatda olan ərizənizin icrası təmin olunmamışdır. İş materiallarında olan Lənkəran şəhəri, Kamil Kazımov küçəsi, ev 13-də yaşayan 1957-ci il təvəllüdlü X7 tərəfindən imzalanmış və notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, 1913-cü il təvəllüdlü X10 ilə yaxın qonşuluq münasibətləri olmuşdur. Zabitə xanım X31 (ailəsi və 2 qız övladı ilə) birlikdə ünvan 4-da yaşayıblar. Qəmbərova Zabitənin dəfn mərasimini də nəvəsi Kərimov Rahib öz üzərinə götürmüşdür.Hal-hazırda X16, həyat yoldaşı Cavabdehlər və 3 azyaşlı uşaqları ilə birlikdə ünvan 4-da yaşayırlar. İş materiallarında olan Lənkəran şəhəri, Kamil Kazımov küçəsi, ev 7-də yaşayan 1959cu il təvəllüdlü X14 tərəfindən imzalanmış və notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, 1913-cü il təvəllüdlü X10 ilə qonşuluq əlaqələri uzun zaman olmuşdur. Qəmbərova Zabitə X31 (ailəsi və 2 qız övladı ilə) birlikdə ünvan 4-da yaşayıblar. Zabitə xanımın dəfn mərasimini nəvəsi Kərimov Rahib adət-ənənələrimizə uyğun keçirmişdir. Halhazırda X16, həyat yoldaşı Cavabdehlər və 3 azyaşlı uşaqları ilə birlikdə ünvan 4-da yaşayırlar. İş materiallarında olan Lənkəran şəhəri, Nizami küçəsi, ev 33-də yaşayan X15 tərəfindən imzalanmış və notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, qonşumuş olmuş X10 çox gülərüz, xoş xasiyyət bir xanım olmuşdur. X31 və ailəsi (2 qız övladı ilə) birlikdə yaşayıblar. Hüzn mərasimində X31 keçirmişdir. Hal-hazırda həmin Nizami küçəsi, ev 40-da X16, həyat yoldaşı Cavabdehlər və 3 azyaşlı övladı yaşayır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışın sürətindən görünür ki, ünvan 2 ünvanında 0.03675 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 25.9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Qurbanova Lətafət Yüzbaşi qızına məxsusdur. İş materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun sürətindən görünür ki, ünvan 10 ünvanda yerləşən 420.5 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1900-ci ildə inşa edilmiş ümumi sahəsi 124.9 kv.m olan fərdi yaşayış evinin sahibi X5r. İş materiallarında olan 278/278 saylı qeydiyyat vəsiqəsinin sürətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 45.5 kv.m olan 1 mərtəbəli 1 otaqlı yaşayış evi Qurbanova Lətafət Yüzbaşi qızının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Evlər İdarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin inventar tarixi aprel 1964-cü il, inventar nömrəsi 1258 olan kartoçkanın sürətindən görünür ki, ünvan 5 ünvanda 357.5 kv.m torpaq sahəsində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1961-ci il tarixdə inşa edilmiş ümumi sahəsi 35.9 kv.m olan 1 mərtəbəli 1 otaqlı fərdi yaşayış evinin sahibi X10 olmuş, 08 noyabr 1991-ci il tarixdən isə Qurbanova Lətafət Yüzbaşi qızı olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X32 10 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, mövcud baza məlumatlarına əsasən araşdırma zamanı İddiaçı mərhum X1nın adına verilmiş Texniki pasportda qeyd olunmuş ünvan 6 ünvanının ünvan 7 zamanı daşınmaz əmlak obyektinin sözügedən Texniki pasportda yerləşmə ünvanı ilə faktiki vəziyyətdə yerləşmə ünvanın üst-üstə düşməsi müəyyən olunmuşdur. Təhqiqat zamanı darvaza üzərində mövcud olan ünvan lövhəsinin oxunmaması, sağ tərəfində 40 və sol tərəfində 44 olmasına görə həmin ünvanın 42 ola bilməsi müəyyən edilmişdir. Araşdırma zamanı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla və xx.xx.2023-cü il tarixli, **********22-10301 reyestr nömrəli, 1258 inventar nömrəli Texniki Pasporta əsasən üçüncü şəxs Qurbanova Lətafət Yüzbaşi qızının mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı mərhum X1nın adına verilmiş Texniki Pasportda qeyd olunmuş ünvan 6 ünvanı ilə üst-üstə düşməməsi, Texniki Pasportalara əsasən fərqli ünvanlara (30A və 30 B) aid olması müəyyən olunmuşdur. Araşdırma zamanı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla və xx.xx.2023-cü il tarixli, **********22-10301 reyestr nömrəli, 1258 inventar nömrəli Texniki Pasporta əsasən üçüncü şəxs Qurbanova Lətafət Yüzbaşi qızının mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin Qurbanova Lətafət Yüzbaşi qızının adına verilmiş 08 noyabr 1991-ci il tarixli, 278 inventar nömrəli qeydiyyat vəsiqəsində qeyd olunmuş Lənkəran şəhəri, Nizami küçəsində (Nizami 40 kimi qeyd edilmiş) yerləşən fərdi yaşayış evi ilə üstüstə düşməsi, Texniki Pasportlara əsasən eyni ünvanlara (30B) aid olması müəyyən olunmuşdur.Araşdırma zamanı X4 vərəsəsi İddiaçı olması müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32 10 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06 oktyabr 2023-cü il tarixli ünvanın dəqiqləşdirilməsi barədə məktubdan görünür ki, İddiaçı mərhum X1nın adına verilmiş texniki pasportda qeyd olunmuş ünvan 10 ünvanı, darvaza üzərində və sxematik planda qeyd olunan ünvan 11vandır. Yeni qaydalarla təyin olunacaq nömrə isə Ünvan Reyestri İnformasiya Sisteminə (ÜRİS-ə) əsasən Lənkəran şəhəri, Nizami küçəsi, ev 80-dir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən mütəxəssis rəyinin təqdim edilməsindən ötrü 177 manat məbləğində pul ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq və onlara məcmu halında hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 10 ünvanda yerləşən 420.5 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1900-ci ildə inşa edilmiş ümumi sahəsi 124.9 kv.m olan fərdi yaşayış evinin sahibi X5r. X9 xx.xx.1983-cü il tarixdə vəfat etmiş və Qanunvericiliyin tələbinə əsasən onun qızı-İddiaçı miras qoyanın vərəsəsidir. X9 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X32 10 saylı Ərazi İdarəsinə anasına məxsus ünvan 10 ünvanda yerləşən 420.5 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1900-ci ildə inşa edilmiş ümumi sahəsi 124.9 kv.m olan fərdi yaşayış evini dövlət qeydiyyatına aldırmaq üçün müraciət etmiş, lakin həmin İdarənin mütəxəssisləri, onun vəkili və nümayəndəsi həmin evə gəlib, müayinə işləri apararkən cavabdeh və onun ailə üzvləri dava-dalaş salaraq heç kimi həmin evə və həmin evin yerləşdiyi torpaq sahəsinə buraxmadığından sözügedən daşınmaz əmlakın mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə iddiaçıya təqdim edilmiş bildirişdə Lənkəran şəhəri, Nizami küçəsində yerləşən miras əmlak olaraq torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair müvafiq qeydiyyatın aparılması üçün tələb olunan mühüm amillərdən sayılan faktiki yerində müayinə keçirilməsi üçün tərəfinizdən şərait yaradılmadığı, habelə tərəflər arasında mübahisə mövcud olduğu səbəbdən icraatda olan ərizənizin icrası təmin olunmadığı qeyd edilmişdir.Ona görə də iddiaçı hazırki, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarına məhkəmə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Qurbanova Lətafət Yüzbaşi qızının mübahisəli evin ona X12 tərəfindən 1991-ci ildə satdığını qeyd etsə də, məhkəmə araşdırması zamanı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla və xx.xx.2023-cü il tarixli, **********22-10301 reyestr nömrəli, 1258 inventar nömrəli Texniki Pasporta əsasən üçüncü şəxs Qurbanova Lətafət Yüzbaşi qızının mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı mərhum X1nın adına verilmiş Texniki Pasportda qeyd olunmuş ünvan 6 ünvanı ilə üst-üstə düşməməsi, Texniki Pasportalara əsasən fərqli ünvanlara (30A və 30 B) aid olması, həmçinin,hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla və xx.xx.2023-cü il tarixli, **********22-10301 reyestr nömrəli, 1258 inventar nömrəli Texniki Pasporta əsasən üçüncü şəxs Qurbanova Lətafət Yüzbaşi qızının mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin Qurbanova Lətafət Yüzbaşi qızının adına verilmiş 08 noyabr 1991-ci il tarixli, 278 inventar nömrəli qeydiyyat vəsiqəsində qeyd olunmuş Lənkəran şəhəri, Nizami küçəsində (Nizami 40 kimi qeyd edilmiş) yerləşən fərdi yaşayış evi ilə üst-üstə düşməsi, Texniki Pasportlara əsasən eyni ünvanlara (30B) aid olması müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Qurbanova Lətafət Yüzbaşi qızının mülkiyyətində olmaqla ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi ilə İddiaçı mərhum X1nın adına verilmiş Texniki Pasportda qeyd olunmuş ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi ayrı olduğundan cavabdeh və onun ailə üzvləri tərəfindən İddiaçı mərhum X1na məxsus olmaqla ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən müayinə aparılmasına qarşı törətdikləri maneə qanunsuz və yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 5-ci hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X8 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir, heç kəs cəmiyyətin maraqları naminə, qanuna və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Beynəlxalq hüquq aktlarında İnsan Hüquqları Haqqında ümumi Bəyənnamənin 17-ci maddəsi, “İnsan Hüquqlarının və X8 Haqqında” Konvensiyaya əlavə (1 saylı) protokolun 1ci maddəsi ilə və s. və Azərbaycan Respublikası Konstitusiyasında (29-cu maddə) isə nəzərdə tutulma fundamental insan hüquqları sırasında mühüm yer tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunun hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşları tərəfindən ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evində və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində yerində müayinə aparılması üçün Cavabdeh və onun ailə üzvləri tərəfindən törədilən maneələr aradan qaldırılmalı, ödənilmiş dövlət rüsumunun məbləği və mütəxəssis rəyinin təqdim edilməsindən ötrü iddiaçı tərəfindən ödənilmiş vəsaitin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 72.3-ci maddəsinə əsasən ölmüş və ya müəyyən olunmuş qaydada ölmüş elan edilmiş şəxsin nümayəndəsi qismində iştirak edən vərəsə, vərəsəlik heç kim tərəfindən qəbul edilməmişsə, miras əmlakın saxlanılması və idarə olunması üçün təyin edilmiş şəxs və ya himayəçi iş üzrə varisin nümayəndəsi kimi çıxış edir. Həmin Məcəllənin 72.4-cü maddəsinə əsasən qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər. Onlar öz səlahiyyətlərini bildirən sənədi məhkəməyə təqdim edirlər. Həmin Məcəllənin 72.5-ci maddəsinə əsasən qanuni nümayəndələr məhkəmədə işin aparılmasını nümayəndə sifətində seçdikləri bu Məcəllənin 69.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tapşıra bilərlər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə işdə iştirak edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlarla obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən Məcəllənin 217.3-cü maddəsinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 230 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşları tərəfindən ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evində və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə yerində müayinə aparılması üçün Cavabdeh və onun ailə üzvləri tərəfindən törədilən maneələr aradan qaldırılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və mütəxəssis rəyinin təqdim edilməsindən ötrü ödənilmiş 177 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar