Məhkəmə qərarları › İş №2(049)-26/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-26/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-26/2023 01.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi»tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 103244,16 manat məbləğində əsas, 27698,13 manat məbləğində faiz borcu olmaqla, cəmi 130942,29 məbləğində borc, hüquqi xidmətə görə ödənilmiş 1000 manat, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumun tutulması, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 337.4 kv.m ümumi, 133.0 kv.m yaşayış, 204.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evindən, Cavabdeh3 Lənkəran şəhəri, X4 küçəsi ev 3 ünvanında yerləşən 264.0 kv.m ümumi, 85.9 kv.m yaşayış, 178.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evindən, Cavabdeh4 Lənkəran şəhəri, X6 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və həmin evlərin cavabdehlərin hesabına tam boşaldılaraq iddiaçıya təhvil verilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, Lənkəran şəhəri, X4 küçəsi ev 3 ünvanında yerləşən və Lənkəran şəhəri, X6 küçəsi ev 6a ünvanında yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh2, Lənkəran şəhəri, X4 küçəsi ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh3 və Lənkəran şəhəri, X6 küçəsi ev 6a ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh4 alınaraq açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına 130942,29 məbləğində borc, hüquqi xidmətə görə ödənilmiş 1000 manat, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “İnşaatçı” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 015/14-K saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 110000 manat məbləğində kredit verilmişdir.Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bağlanmış 18 mart 2014-cü il tarixl, 010/14-İM nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 337.4 kv.m ümumi, 133.0 kv.m yaşayış, 204.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi, 18 mart 2014-cü il tarixl, 011/14-İM nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Lənkəran şəhəri, X4 küçəsi ev 3 ünvanında yerləşən 264.0 kv.m ümumi, 85.9 kv.m yaşayış, 178.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi, 18 mart 2014-cü il tarixl, 012/14-İM nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh4 mülkiyyətində olan Lənkəran şəhəri, X6 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh1 müqavilə şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Nəticədə onun banka 103244,16 manat məbləğində əsas, 27698,13 manat məbləğində cərimə borcu olmaqla, cəmi 130942,29 məbləğində borcu yaranmışdır. Bundan əlavə, İddiaçı ASC pozulmuş hüquqlarının müdafiə və bərpa edilməsi məqsədi ilə "xxxx" Hüquq Şirkəti ilə müqavilə bağlayaraq sonuncudan hüquqi yardım almışdır. Şirkət tərəfindən məsləhətlər verilmiş, həmçinin iddia ərizəsi, ərizələr, vəsatətlər hazırlanmış, habelə məhkəmədə İddiaçı ASC hüquqlarının "xxxx" Hüquq Şirkətinin əməkdaşları tərəfindən təmsil edilməsi öhdəliyi qəbul olunmuşdur. Göstərilən bu hüquqi xidmət müqabilində 1000 manat məbləğində pul "xxxx" Hüquq Şirkətinə ödənilmişdir. Cavabdehin öhdəliyin vaxtında icra etməməsi nəticəsində iddiaçıya əlavə 1000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh1 nməhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin ştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Belə ki, iş materiallarından olan: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 015/14-K saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 110000 manat məbləğində kredit verilmişdir. Kassa mədaxil Orderlərindən görünür ki, İddiaçı ASC tərəfindən 11000 manat məbləğində pul Cavabdeh1 verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 18 mart 2014-cü il tarixl, 010/14-İM saylı ipoteka müqaviləsindən və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək üçün Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 337.4 kv.m ümumi, 133.0 kv.m yaşayış, 204.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 18 mart 2014-cü il tarixl, 011/14-İM saylı ipoteka müqaviləsindən və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək üçün Cavabdeh3 mülkiyyətində olan Lənkəran şəhəri, X4 küçəsi ev 3 ünvanında yerləşən 264.0 kv.m ümumi, 85.9 kv.m yaşayış, 178.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 18 mart 2014-cü il tarixl, 012/14-İM saylı ipoteka müqaviləsindən və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək üçün Cavabdeh4 mülkiyyətində olan Lənkəran şəhəri, X6 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 16 mart 2017-ci il tarixli 16899 saylı rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2016-cı il tarixə banka 103295,51 manat əsas, 27711,89 manat faiz, cəmi 131007,40 manat borcu olduğu müəyyən edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 103244,16 manat əsas, 27698,13 manat faiz, cəmi 130942,29 manat borcu yaranmışdır. "xxxx" MMC-nin 10 noyabr 2017-ci il tarixli 404/ZB, 405/ZB və 406/ZB saylı rəylərindən görünür ki, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 337.4 kv.m ümumi, 133.0 kv.m yaşayış, 204.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 80 000 manat,Cavabdeh3 mülkiyyətində olan Lənkəran şəhəri, X4 küçəsi ev 3 ünvanında yerləşən 264.0 kv.m ümumi, 85.9 kv.m yaşayış, 178.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 55 000 manat, Cavabdeh4 mülkiyyətində olan Lənkəran şəhəri, X6 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 35 000 manat müəyyən edilmişdir. Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişdən, ərizədən və elektron portal qeydlərindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2016-cıil tarixdə həmin idarədə qeydə alınmışdır.İddiaçı ASC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Xəbərdarlıq məktublarından görünür ki, borcun ödənilməsi cavabdehlərə təklif edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertizanın dəyəri 50 (əlli) manatdır. Arayışdan görünür ki, Cavabdeh4 12 dekabr 2014-cü il tarixdə ölmüşdür. EMİS-dən görünür ki, Cavabdeh3 15 aprel 2020-ci il tarixdə ölmüşdür. Ölüm haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh2 26 iyul 2021-ci il tarixdə ölmüşdür. Lənkəran 1 saylı notariat ofisinin məktublarından görünür ki, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 vərəsəsinin müəyyən edilməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 015/14-K saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 110000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsinin tələbini pozaraq kredit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Nəticədə Cavabdeh1 xx.xx.2016-cı il tarixə banka 103244,16 manat əsas, 27698,13 manat faiz, cəmi 130942,29 manat borcu yaranmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə 18 mart 2014cü il tarixl, 010/14-İM nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 337.4 kv.m ümumi, 133.0 kv.m yaşayış, 204.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi, 18 mart 2014-cü il tarixl, 011/14-İM nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Lənkəran şəhəri, X4 küçəsi ev 3 ünvanında yerləşən 264.0 kv.m ümumi, 85.9 kv.m yaşayış, 178.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi, 18 mart 2014-cü il tarixl, 012/14-İM nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh4 mülkiyyətində olan Lənkəran şəhəri, X6 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka qoyanlar Cavabdeh4 12 dekabr 2014-cü il tarixdə, Cavabdeh3 15 aprel 2020-ci il tarixdə, Cavabdeh2 isə 26 iyul 2021-ci il tarixdə ölmüşdür. Notariat ofisində Cavabdeh1 və X2 vərəsəsinin müəyyən edilməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.). Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (maddə 427.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin cavabdeh tərəf, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və və ümumiyyətlə, bu halı mübahisələndirmir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddia tələbinin həddi nəzərə alınmaqla iddianın «kredit borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə» hissəsi əsaslıdır. Məhkəmə bildirir ki, iddia tələbinə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbi də daxildir və bununla bağlı qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Qeyd edilən maddi hüququ normalarının tələbindən çıxış edən məhkəmə hesab edir ki, müzakirə olan hissədə iddia əsaslıdır və iddiaçı Bankın tələbi üzrə tutma ipoteka predmeti olan və yaşayış sahəsindən ibarət fərdi yaşayış evinəyönəldilməli və həmin mənzil açıq hərracdan satışa çıxarılmalıdır. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə görə, Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, şəxsin ipoteka müqaviləsindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, ipoteka qoyanın öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan əmlak öhdəliyidir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir.Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddi aicraatı qaydasında baxılmalıdır. Məhkəmə ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evlərinin ilkin satış qiyməti ilə əlaqədar qeyd edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC tərəfindən verilmiş hesabata əsasən həmin evlərin - Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 337.4 kv.m ümumi, 133.0 kv.m yaşayış, 204.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 80 000 manat,Cavabdeh3 mülkiyyətində olan Lənkəran şəhəri, X4 küçəsi ev 3 ünvanında yerləşən 264.0 kv.m ümumi, 85.9 kv.m yaşayış, 178.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 55 000 manat, Cavabdeh4 mülkiyyətində olan Lənkəran şəhəri, X6 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 35 000 manat müəyyən edilmişdir. Tərəflər "xxxx" MMCnin qeyd olunan hesabatını mübahisələndirmədiyindən məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti "xxxx" MMC tərəfindən verilmiş hesabata əsasən əmlakın bazar dəyərinə uyğun müəyyən edilməlidir. Məhkəmə iddianın qalan hissəsi ilə bağlı qeyd edir ki, «İpoteka haqqında» Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin qanunun 59.4-cü maddəsinin tələbinə görə, isə nəzərdə tutulmuş 1 ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri ilə və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılır. Göründüyü kimi Qanunda ipoteka predmeti satıldıqdan sonra əmlakın boşaldılması nəzərdə tutulmuşdur. Bu baxımdan Məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakların satıldığı halda əmlaklar ən geci 1 ay ərzində boşaldılmalı, orada yaşayan və qeydiyyatda olan ipoteka qoyanın ailə üzvləri həmin evdən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə ödənilən 1000 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə göstərilən hüquqi yardıma görə məbləğin 200 manat həddində müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə də, Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı Bank və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 015/14-K saylı kredit müqaviləsi üzrə 103244,16 manat məbləğində əsas, 27698,13 manat məbləğində faiz borcu olmaqla, cəmi 130942,29 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 337.4 kv.m ümumi, 133.0 kv.m yaşayış, 204.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə, Cavabdeh3 mülkiyyətində olan Lənkəran şəhəri, X4 küçəsi ev 3 ünvanında yerləşən 264.0 kv.m ümumi, 85.9 kv.m yaşayış, 178.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə, Cavabdeh4 mülkiyyətində olan Lənkəran şəhəri, X6 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməli və həmin evlər açıq hərracdan satışa çıxarılmalı, əmlakların ilkin satış qiyməti müvafiq olaraq 80000 manat, 55000 manat və 35000 manat məbləğində müəyyən edilməli, həmin əmlak hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 015/14-K saylı kredit müqaviləsi üzrə 103244,16 manat məbləğində əsas, 27698,13 manat məbləğində faiz borcu olmaqla, cəmi 130942,29 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 337.4 kv.m ümumi, 133.0 kv.m yaşayış, 204.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə, Cavabdeh3 mülkiyyətində olan Lənkəran şəhəri, X4 küçəsi ev 3 ünvanında yerləşən 264.0 kv.m ümumi, 85.9 kv.m yaşayış, 178.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə, Cavabdeh4 mülkiyyətində olan Lənkəran şəhəri, X6 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evləri açıq hərracdan satışa çıxarılsın. İpoteka predmetlərnin ilkin satış qiyməti - ünvan 1 ünvanında yerləşən 337.4 kv.m ümumi, 133.0 kv.m yaşayış, 204.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 80 000 manat, Lənkəran şəhəri, X4 küçəsi ev 3 ünvanında yerləşən 264.0 kv.m ümumi, 85.9 kv.m yaşayış, 178.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 55 000 manat, Lənkəran şəhəri, X6 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 35 000 manat məbləğində müəyyən edilsin. Həmin əmlaklar hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat Cavabdeh1 tutulub dövlət büdcəsinin X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar