Məhkəmə qərarları › İş №2(049)-26/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-26/2025

17.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-26/2025 17.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş ümumi gediş-gəliş yolunun zəbtdən azad edilməsi və həmin yolun üzərində qoyulmuş dəmir qapının cavabdehin öz hesabına sökülməklə həyətə girməyə edilən maneənin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 24 may 2013-cü il tarixli Çıxarışa əsasən ona məxsus olmaqla ünvan 1-də olan fərdi yaşayış evinə gedən ümumi piyada yolunun Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt etdiyi 218,6 kv.metr hissəsindən çıxarılmaqla həmin ümumi piyada yolunun açılması, eləcə də cavabdeh tərəfindən həmin yolun üzərində olan ona məxsus dəmir qapının sonradan yol bağlanarkən qaynaqlanmış hissəsinin cavabdehin öz hesabına sökülməsi və ona məxsus dəmir ara qapıya cavabdeh tərəfindən qoydurulmuş açarın sökülərək əvvəlki vəziyyətə qaytarılaraq həmin ümumi piyada yoldan istifadəyə cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, hazırda ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqribən 60 il əvvəl valideynləri tərəfindən Lənkəran şəhərində, yuxarıda göstərilən ünvanda yaşamış Kornev Aleksandr adlı rus vətəndaşından 0,05 ha torpaq sahəsi alınmışdır. Atası həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş və onlar də həmin evdə anadan olmuşlar. Kornev Aleksandr həyəti satarkən onlara yola çıxmaq üçün 50 metr uzunluğunda olmaqla 1,5 metr enində gediş-gəliş yolu da vermişdir ki, uzun illər ərzində həmin yol ümumi yol olmaqla istifadələrində olmuşdur. Daha sonra təqribən 1994- 1995-ci illərdə böyük qardaşı Cavabdeh də həmin torpağa bitişik olan 0,064 ha torpaq sahəsini alaraq orada öz ailəsi üçün ev tikdirmişdir. Cavabdeh 25 avqust 2010-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarış verilmişdir. Tofiqin gediş-gəlişi birbaşa yola çıxır. O, və ailə üzvlərinin uzun illər ərzində gediş-gəliş etdiyi həmin piyada yolu 02 iyun 2024-cü il tarixdə qardaşı Tofiq tərəfindən bağlanılmışdır. Belə ki, həmin gün o, evə gələrkən həmin piyada yolun üzərində qoyduğu dəmir qapının arxadan bağlı olduğunu görüb maraqlandıqda qardaşı Tofiq bildirmişdir ki, qapının açarını o dəyişmişdir və bundan sonra oradan keçməyə heç kimə imkan verməyəcək və bu barədə müvafiq sənəd düzəltdirəcəkdir. O, dəfələrlə həmin yolun ümumi yol olduğunu, yolu açmağı ona təklif etsə də, Tofiq yolu açmamış və əksinə 08 iyun 2024-cü il tarixdə usta gətirərək onun həyəti ilə öz həyəti arasında olan, ona məxsus dəmir qapını da svarka ilə bağlatdırmışdır. Göstərilən halın təsdiqi olaraq vidieogörüntünü özündə əks etdirən SD diski iddiasına əlavə edir. Qardaşının qanunsuz hərəkətindən o, ilk olaraq DİN-in 102 xidmətinə zəng etmiş və 03 iyun 2024-cü il tarixdə onları Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. Orada təhqiqatçı tərəfindən hər ikisindən izahat alınmış və qardaşı Tofiq təhqiqatçıya demişdir ki, güya onun sənədində həmin piyada yolu zəbt kimi göstərilmişdir, ona vaxt verilsin, əgər həmin yola dair sənəd ala bilməsə 1 ay müddətində həmin yolu açacaqdır. O, cavabdehin böyük qardaşı olduğunu və bu vaxta kimi mehriban yaşadığıqlarını nəzərə alaraq müəyyən müddət səbr etsə və onun fikrindən daşındığını fikirləşsə də cavabdeh hərəkətlərindən əl çəkməmişdir. Qardaşı Tofiq qeyd edilən həyəti dövlətdən deyil, fərdi şəxsdən almışdır. Belə olan halda necə ola bilər ki, vətəndaş ona torpaq satarkən artıq torpaq vermiş ki, o, hazırda həmin torpağı zəbt kimi qeyd etdirir. Heç vaxt belə hal olmamışdır. X10 tərəfindən ölçülərək cəmi 0,064 ha torpaq sahəsi satılmışdır. Mübahisə predmeti olan 1,5x50 metr uzunluğunda olan torpaq sahəsi ümumi yoldur. Cavabdeh həmin torpaqla əlaqədar verilmiş 21 avqust 2010-cu il tarixli Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, sözügedən yol ümumi yol olmaqla ştrixləndirilmiş və həmin 218,6 kv.metr torpaq sahəsi zəbt kimi göstərilmişdir. Həmin ümumi yol uzun illər ərzində onun tərəfindən təmir edilmiş, girişdə dəmir qapı qoyulmuş, yerinə daş plitələr döşətdirilmiş, divarları suvatdırılmış, emusiya vurulmuşdur. Həmin yol həmişə açıq olmaqla ailə üzvlərinin toylarında, xeyir-şər məclislərində həmin ümumi yoldan istifadə edilmişdir. Uzun illərdir ki, övladları da həmin yoldan məktəbə gedib gəlirdilər. Sözügedən yolun bağlanılması ilə əlaqədar uşaqlar digər alternativ yol ilə məktəbə getməyə məcburdurlar ki, həmin yol bərbad vəziyyətdə, işıqlandırma olmamaqla onlar hər dəfə təqribən 2 kilometrə kimi artıq yol qət edirlər ki, həmin hal da onların vaxtında dərsə çatmalarına mane olur. Bundan başqa həyətinə gələn kommunikasiya xətləri, yəni elektrik və telefon xətləri, internet də sözügedən yolda yerləşir. Arxiv sənədlərində və eləcə də şəhər memarlıq sənədlərində də həmin yol ümumi yol kimi qeyd edilmişdir. Məhkəmənin qərardadı ilə Lənkəran bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, sözügedən yol kimi iddia etdiyi torpaq sahəsi onun və ailə üzvlərinin istifadəsində olmuşdur. Sonradan Cavabdeh həmin yolu bağlamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iş materiallarında olan müətxəssis rəyində və ekspert rəyindən də görünür ki, İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsi iddiaçının istifadəsində olmaqla onun adına qeydə alınmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə təqdim ediyi iddia ərizəsinə qarşı etiraz ərizəsində və məhkəmə iclasındakı izahatında ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, qeyd etmişdir ki, hesab edir ki, hazırkı iddia tələbinə dair iddiaçının subyektiv hüququ yoxdur, iddia əsasızdır və göstərdiyi xüsusatlara görə rədd edilməlidir. Belə ki, İddiaçı onun qardaşıdır. Aralarında heç bir düşmənçilik olmamışdır. Bu günə qədər onun varlanmasında böyük iş adamı olmasında müstəsna əməyi vardır. Evinin arxasında ata evi olduğuna görə aralarında hasar saxlamamışlar və bununla da mehribançılığıqlarını sərhədsiz nümayiş edirmişlər. Lazım gəldikdə o, ata həyətindən giriş-çıxış edirmiş, onlar da onun həyətindən. Bunun da səbəbi hansı ünvana daha tez çatmaq məqsədi idi. Aralarında heç bir vaxt ümumbirgə istfadə yolu məfhumu olmamışdır. Arakəsmənin dəmir hasarla qaynaqlanması öz mülkiyyəti üzərində apardığı işdir, eyni zamanda öz həyatı təhlükəsizliyini iddiaçının hiiquqa zidd əməllərindən müdafiə etmək məqsədi daşıyır. İddiaçının övladlarının məktəbli formasında onun həyətindən gedib-gəlmə fotosuna gəldikdə isə uşaqların əmisi olaraq əlbəttə onun həyətinə girməyə, oynamağa və sair işlər üçün gəlməyə icazə verir. Lakin bu onların ümumbirgə istifadə yoluna dəlalət edə bilməz. Ona məxsus ünvan 3 ünvanında xüsusi mülkiyyətində olan 0.086 ha torpaq sahəsində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evini 1996-cı ildə inşa etmişdir. Həmin tarixdən də ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Həmin gündən bu günədək onun həyətində ümumbirgə istifadədə yol mövcud olmamışdır. İddiaçının hazırkı mülkiyyətində olan Lənkəran şəhəri, M.Əsədov küçəsi döngə 1 ev 22 onların vəfat etmiş atalarına məxsus ev olmuşdur. Lakin iddiaçı vərəsəlik işində saxta yollarla həmin evi özünküləşdirmişdir. Həmin fərdi yaşayış evinin vərəsəlik şəhadətnaməsinin və mülkiyyət hüququnun ləğvi ilə bağlı Lənkəran rayon məhkəməsinə yaxın vaxtlarda müraciət olunacaq. İddiaçının mülkiyyətində olan Lənkəran şəhəri, M.Əsədov küçəsi döngə 1 ev 22 hazırda giriş hissəsi tamamilə yeni asfalt örtüyü ilə təmin olunmuş digər döngəyə açılır. Ümumi birgə istifadə yolu tərəflər arasında rəsmi razılaşma yolu ilə müəyənləşir vəya DƏDRX tərəfindən tərtib edilmiş mülkiyyət sənədlərinin situasiya planında öz əksini tapır. Həm iddiaçının, həm də onun mülkiyyət sənədlərinə baxış keçirilsə onların heç birinin planında ümumbirgə istfadədə olan yola rast gəlinməyəcək. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. İddiaçının onun qanuni istifadəsində olan torpaq sahəsindən gediş-gəliş yolunun olmasını sübut etmək üçün torpaq məcəlləsi ilə müəyənləşən planının olması zəruridir. İddiaçı həyətində gedən yol layihədə ona bitişik ərazidə yerləşir. İddiaçı isə həmin yolun deyil, hazırda iddia etdiyi torpaq sahəsinin onun istifadəsinə veriməsini istəyir. İddiaçı yol kimi iddia etdiyi torpaq sahəsi hər zaman onun istifadəsində olduğu üçün həyətinin texniki pasportunda da istifadəsində olan torpaq sahəsi kimi qeydə alınmışdır. Belə ki, həmin sahə bələdiyyə mülkiyyətinə aid olduğundan və texniki pasportda onun istifadəsində olması qeydə alındığından o, həmin sahəni bələdiyyədən alqı-satqı yolu ilə almağı da planlaşdırır. İddiaçı həmin torpaq sahəsinə heç bir hüququ olmadan o, belə bir iddia irəli sürmüşdür. Odur ki, iddia tələbinin rədd edilməsini məhəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran bələdiyyəsinin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, Lənkəran şəhər sakini İddiaçı Cavabdeh qarşı tələbinə dair mülki iş üzrə mübahisələndirilən ünvan 4 ünvanındakı qeyd olunan gediş- gəliş yolu bələdiyyə mülkiyyətinə aiddir. Uzun illər gediş-gəliş yolu kimi istifadə olan həmin yol hal-hazırda Cavabdeh tərəfindən zəbt edilmişdir. Həmin yol üzərində dəmir qapı olmaqla onunla üzbəüz İddiaçı həyətinə giriş üzərində dəmirdən hasarla bağlanılmış və evə giriş məhdudlaşdırılmışdır. Mübahisəli yol üzərində heç bir tikinti mövcud deyildir. Ekspert araşdırmasında torpaqların kadastr uçotu informasiya sisteminə əsasən sözügedən yol İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi kimi qeyd edilmişdir. Qeyd edilən mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyətinə aid olmasına baxmayaraq Lənkəran bələdiyyəsi hələ ki, həmin sahə ilə əlaqadar məhkəməyə iddia tələbi təqdim etmək niyətində deyildir. Mütəxəssis qismində məhkəmə iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11nin 10 saylı Lənkəran Ərazi İdarəsinin şöbə müdiri X4 iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X11 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 3-21-3-43/2-3661/2024 saylı, 16 noyabr 2024-cü il tarixli mütəxəssis rəyinin və 21 yanvar 2025-ci il tarixli, 10/9469 saylı ekspert rəyinin məzmununa uyğun izahat verdi. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən yol kimi iddia edilən torpaq sahəsi hazırda Cavabdeh istifadəsindədir. Həmin torpaq sahəsinin girişində darvaza quraşdırılaraq, qapısı qıfıllanmışdır. Darvazanın giriş qapısının açarı da Cavabdeh istifadəsindədir. İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh torpaq sahələri bitişikdir. İddiaçı torpaq sahəsindən iddia edilən torpaq sahəsinə olan çıxış Cavabdeh tərəfindən dəmir lövhələr quraşdrılaraq məhdudlaşdırılmışdır. İddiaçı tərəfindən iddia edilən torpaq sahəsi ilə Cavabdeh mülkiyyətinə aid torpaq sahəsi arasında hər-hansı hasar, çəpər mövcud deyildir. Kompleks quruluş layihəsində yol kimi nəzərdə tutulan torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan torpaq sahəsi arasında daş hasar tikilisi mövcuddur və həmin sahə digər şəxslərin istifadəsindədir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin, cavabdehin, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin və mütəxəssisin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən : Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi, dalan 1, ev 22 ünvanında 0.05 ha ölçüdə torpaq sahəsində yerləşən ümumi sahəsi 118,2 kv.m. olan yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 5 ünvanında 0.064 ha ölçüdə torpaq sahəsində yerləşən ümumi sahəsi 73,6 kv.m. olan yaşayış sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 21 yanvar 2025-ci il tarixli, 10/9469 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki,: Mülki iş üzrə mübahisə predmeti olan, Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi, dalan 1, ev 22 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla və xx.xx.2013-cü il tarixli, **********79-10301 reyestr nömrəli Texniki Pasporta əsasən İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə yerində baxış keçirilməklə koordinatları müəyyən edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla və xx.xx.2013-cü il tarixli, **********79-10301 reyestr nömrəli Texniki Pasporta əsasən İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı şimal istiqamətdən (mübahisəli ərazi istiqamətindən) gediş-gəliş yolunun nəzərdə tutulması müəyyən olunmuşdur. - Həmin gediş-gəliş yolunun bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. - Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin Cavabdeh və digər şəxslər tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. - İddiaçı tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia edilən (iddia edilən torpaq sahəsinin ölçüsünün 0,01 ha olması müəyyən edilmiş) torpaq sahəsinin koordinatları müəyyənləşdirilmiş və araşdırma zamanı gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin faktiki koordinatlarının kompleks yerquruluşu layihəsində nəzərdə tutulan həmin (yuxarıda qeyd edilən) gediş-gəliş yolunun koordinatlarına uyğun olmaması müəyyən olunmuşdur. Kompleks yerquruluşu layihəsində əsasən gediş-gəliş yolunun hazırda İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin şərq sərhəddindən (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir) nəzərdə tutulması və həmin yolun digər şəxslərin faktiki istifadəsində olması müəyyən olunmuşdur. Belə ki, kompleks yerquruluşu layihəsində nəzərdə tutulan həmin gediş - gəliş yolunun faktiki olaraq X5, X7 və X6 tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı kompleks yerquruluşu layihəsində nəzərdə tutulan həmin gediş-gəliş yolunun olduğu yerin iddiaçı tərəfindən iddia edilməməsi də müəyyən olunmuşdur. İddiaçı faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaq sahəsi olması müəyyən olunmuşdur. - Araşdırma zamanı İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin faktiki koordinatlarının Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinə dair tərtib edilmiş **********86-10301 reyestr nömrəli Texniki Pasporta əsasən Cavabdeh istifadəsinə verilmiş (zəbt olunmuş) bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşməsi və iddia olunan torpaq sahəsinin faktiki vəziyyətdə Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur. - İddiaçı tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin faktiki koordinatlarının kompleks yerquruluşu layihəsində nəzərdə tutulan həmin (yuxarıda qeyd edilən) gediş-gəliş yolunun koordinatlarına uyğun gəlməməsi müəyyən olunmuşdur. Kompleks yerquruluşu layihəsinə əsasən gediş-gəliş yolunun hazırda İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin şərq sərhəddindən (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir) nəzərdə tutulması və kompleks yerquruluşu layihəsində nəzərdə tutulan gediş-gəliş yolunun faktiki olaraq X5, X7 və X6 tərəfindən istifadə olunması və X5, X7 və X6 tərəfindən həmin yolun əsas yola (küçəyə) giriş-çıxış hissəsində dəmir darvazanın quraşdırılması müəyyən olunmuşdur. - “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq, Lənkəran rayonu ərazisində mövcud olan mülkiyyətçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və Lənkəran rayonu, Lənkəran şəhərinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsvir edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia olunan torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi kimi təsvir edilməsi müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmağa subyektiv hüququn sahibi olub-olmamasını müəyyən etmək vacibdir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsi ərazinin kompleks quruluşu layihəsində onun torpaq sahəsinə gediş-gəliş yolu kimi nəzərdə tutulmamışdır. Kompleks quruluşu layihəsinə əsasən iddiaçının torpaq sahəsinə gediş-gəliş yolu kimi nəzərdə tutulmuş torpaq sahəsi onun iddia etdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür, Cavabdeh istifadəsində deyil və digər şəxslərin istifadəsindədir. Həmin torpaq sahəsi (yol kimi nəzərdə tutulmuş) Cavabdeh istifadəsində olan torpaq sahəsindən daş hasarla təcrid olunmuşdur. İddiaçı kompleks quruluşu layihəsində nəzərdə tutulmuş torpaq sahəsinə dair iddia etməmişdir. Həmçinin İddiaçı yol kimi iddia etdiyi torpaq sahəsi Lənkəran bələdiyyəsinin mülkiyyətindədir. Lənkəran bələdiyyəsi işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsinə baxmayaraq həmin torpaq sahəsi ilə əlaqədar məhkəməyə iddia təqdim etməmişdir. İddiaçı yol kimi iddia etdiyi torpaq sahəsi Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş Texniki pasportda onun tərəfindən zəbt edilmiş ərazi kimi qeyd edilmişdir. Beləliklə məhkəmə araşdıması zamanı müəyyən edildi ki, İddiaçı iddia etdiyi torpaq sahəsi kompleks quruluşu layihəsində onun mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolu kimi nəzərdə tutulmamış və Lənkəran bələdiyyəsinin müıkiyyətindədir. Lənkəran bələdiyyəsi tərəfindən həmin torpaq sahəsi ilə əlaqadar məhkəməyə idia təqdim edilməmişdir. Eyni zamanda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə ged-gəliş yolu kimi nəzərdə tutulmuş sahəsi ilə əlaqədar məhkəməyə onun tərəfindən iddia verilməmişdir. Belə ki, İddiaçı iddia edilən sözügedən torpaq sahəsi ilə əlaqadar məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, torpaqların elektron kadastr uçotu informasiya sistemində iddia edilən torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi kimi təsvir edilməsi də onun həmin torpaq sahəsi ilə əlaqadar məhkəməyə iddia verməyə dair subyektiv hüququnu yaratmır. Ona görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin edildiyinə görə İddiaçı aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************,10SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu və iş üzrə mütəxəssis rəyinin verilməsi üçün 95 manat xidmət haqqı ödənilmişdir. İddia tələbi təmin edilmədiyindən həmin xərclər iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş ümumi gediş-gəliş yolunun zəbtdən azad edilməsi və həmin yolun üzərində qoyulmuş dəmir qapının cavabdehin öz hesabına sökülməklə həyətə girməyə edilən maneənin aradan qaldırılması tələbinə dair” iddiası təmin edilməsin. İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinə dair 95 manat xidmət haqqı onun özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar