Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-260/2025 04.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X2, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə. müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10774,80 manat borc pulun və 122,32 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 19 iyun 2024-cü il tarixdə “instaqram” sosial şəbəkəsində Lənkəran şəhər sakini olan Cavabdeh ilə ailə qurmaq məqsədilə tanış olmuşdur. Tanış olduqdan bir müddət sonra onlar ilk dəfə Bakı şəhərində tanımadığı çay evində görüşüb söhbət etmişlər. Çaydan sonra Cavabdeh onu Bakı şəhərində kirayə yaşadığı evə ötürmüşdür. Həmin tarixdən onların münasibətləri yaranmışdır. Yəni 19 iyun 2024-cü il tarixdən 2024-cü ilin sentyabr ayına kimi onların arasında sevgi münasibətləri olduğundan onlar müxtəlif yerlərdə görüşmüşlər. Cavabdeh Qasımzadə X1 qeydiyyatda olsa da, Bakı şəhərində işlədiyi üçün orada kirayədə yaşayırmış. Cavabdeh Bakıda dükanlara şirniyyat paylayırmış. Cavabdeh anası Aidə xanım Lənkəran şəhər dörd saylı orta məktəbdə müəllimə işləyir. Cavabdeh ona demiş ki, guya onların təhsil sahəsində yaxşı tanışları vardır. Cavabdeh ona vəd vermiş ki, onun iş yerini Bakı şəhərinə müəllimə kimi dəyişəcəkdir. Cavabdeh bu məqsədlə ondan 22 iyun 2024-cü il tarixdə 2 dəfəyə olmaqla 500 manat və 450 manat, 02 iyul 2024-cü il tarixdə 1000 manat, 13 iyul 2024-cü il tarixdə 300 manat, 18 iyul 2024-cü il tarixdə 1970 manat, 25 iyul 2024-cü il tarixdə 4000 manat, 05 avqust 2024-cü il tarixdə isə 2400 manat pul almışdır. O, qeyd edilən məbləğləri özünə məxsus olan 4127-2044-4614-5912 saylı kart hesabından Cavabdeh məxsus olan 5234********6262 saylı kart hesabına göndərmişdir. Cavabdeh onu sevdiyini deyərək ona evlilik vədi verdiyi üçün o da Cavabdeh inanmışdır. O, Cavabdeh ilk dəfə pulları Bakı şəhərində versə də, sonradan qalan pulları Lənkəran şəhərində olduğu zaman Cavabdeh ona zəng edib ondan müxtəlif bəhanələrlə pul istəyəndə vermişdir. Cavabdeh həmişə ona demiş ki, “Bakı şəhərində işini düzəltmək üçün pulu gərək o ödəsin”. O, Cavabdeh sevdiyim üçün ona inanırmış. Lakin sonradan Cavabdeh məndən əlavə pul istəyəndə və mənim Cavabdeh verməyə pulunun olmadığını dedikdə Cavabdeh ondan soyumağa başlamış, 2024-cü ilin sentyabr ayından etibarən onunla münasibətini tam kəsmişdir. O, da Cavabdeh bu hərəkətindən belə nəticəyə gəlmiş ki, cavabdeh onu sevməmiş, onun puluna görə ondan istifadə etmişdir. O, Cavabdeh pulları ona məxsus olan ABB tam kredit kartından göndərdiyi üçün və kartında olan limit bitdiyi üçün Cavabdeh əlavə pul verə bilməmiş və münasibətləri Cavabdeh tərəfindən pozulmuşdun. Daha sonra o, Cavabdeh pullarımı tələb edəndə Cavabdeh ona müxtəlif növ böhtanlar ataraq pulu ona qaytarmaqda imtna edilmişdir.O, da bu səbəbdən məcbur qalıb əvvəl polisə, sonra isə məhkəməyə müraciət etək qərarına gəlmişdir.O, cavadehhə göndərdiyi pullaı,ona məxsusu olan ABB tam kredit kartından göndərdiyi üçün hər göndərdiyi pulun məbləğinə görə bank tərəfindən ondan komissiya haqqı tutulmuşdur. Odur ki, həmin komissiya məbləğlərini Cavabdeh tələb edir. Həmçinin iddia ərizəsi verilərkən tərəfindən 122.32 manat dövlət rüsumu ödənilmişdi. Ona görədə həmin məbləğin cavadeh Cavabdeh alınmasını tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin yeri və vaxtı barədə Cavabdeh qeydiyyat yeri olan ünvan 1 ünvanına rəsmi bildiriş göndərilmiş, lakin cavabdeh həmin ünvanda olmadığından bildiriş və əlavə edilmiş sənədlər məhkəməyə geri qaytarılmış və məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 147-ci maddəsinə əsasən bildiriş və əlavə edilmiş sənədləri cavabdehin sonuncu yaşayış yeri üzrə icra nümayəndəliyinə göndərmiş və Lənkəran ŞİHB-nın Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında qəraradan görünür ki, İddiaçı şikayəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Tərəflər arasında pul tələbi ilə bağlı mübahisəni mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, Cavabdeh kart vasitəsi ilə İddiaçı 10620 maant pul göndərmişdir. Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmə müraciət etmək üçün 122.32 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddia tələbini, məhkəməyə sübut kimi təqdim edilmiş sənədləri araşdırıb, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə, sübutlara qiymət verərkən ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. “ Məhkəmə, qeyd olunan normalara, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut, Lənkəran ŞRPŞ-nin 31 oktyabr 2024-cü il tarixli qərarı işin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilməlidir. Belə ki, qeyd olunan qərardan da cavabdehin Cavabdeh borcu olması tam təsdiq edilmişdir, habelə həmin qərar cavabdeh tərəfindən mübahisləndirilməmişdir. Məhkəmə, MPM-nin 82.4-cü maddəsinin imperativ normasına əsasən hesab edir ki, qanuni qüvvəyə minmiş qərarda göstərilən hal məcburi əhəmiyyətə malik olduğundan iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə, iş üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş, göndərilmiş pul məbləğlərinin cəminin 10620 manat etməsini, habelə yuxarıda qeyd olunan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda da həmin məbləğin qeyd edilməsini nəzərə alaraq hesab edir ki, iddia həmin həcmdə təmin edilməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumun 121.86 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə, qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 10620 manat borc pul və dövlət rüsumu olaraq ödənilmiş 121.86 manat alınaraq İddiaçı ödənilsin. İddianın qalan hissəsi rədd edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-260/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-260/2025
04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver