Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2600/2023 05.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi:X1 İddiaçı, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Lənkəran rayonu, Balıqçılar qəsəbəsi ünvanında, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 saylı Qərarı ilə; JN-304A saylı, KOD 80207027 nömrəli, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında ayrılmış 0,06 ha. həyətyanı torpaq sahəsi və onun üzərində miras əmlak olaraq tikilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarımın mən- İddiaçı adma dövlət qeydiyyatına alınmasından ötrü, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi əməkdaşlarının müayinə keçirilməsi üçün, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəflərindən yaradılan, süni maneələrin 0,06 ha. torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ölçülməsinə və digər qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı- İddiaçı ilə X7 ilə xx.xx.1990-cı il tarixdə rəsmi nkaha daxil olaraq, ona məxsus Lənkəran rayonu, Balıqçılar qəsəbəsi ünvandakı 0,06 ha. həyətyanı torpaq sahəsi üzərindəki l(bir) mərtəbəli, 3(otaqlı), yaşayış sahəsi 60,0 kv.m. ümumi sahəsi isə 76,9 kv.m. olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Gəlin köçdüyü həmin ünvanda həyat yoldaşı X7 ilə birgə nikahdan xx.xx.1990- cı il təvəllüdlü Kamranlı (Nağıyeva) Xatirə Azər qızı, xx.xx.1991- ci il təvəllüdlü X8 və xx.xx.1997- ci il təvəllüdlü X9 anadan olmuşdurlar. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 saylı Qərarı əsasında JN-304A saylı, KOD 80207027 nömrəli, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında Lənkəran rayonu, Balıqçılar qəsəbəsi ünvanında həmin gəlin köçdüyüm 0,06 ha. həyətyanı torpaq sahəsi: qaynanası X2, iddiaçı- İddiaçı, həyat yoldaşı X7, uşaqları Kamranlı (Nağıyeva) Xatirə Azər qızı, X8, X3 ümumbirgə mülkiyyətinə verilmişdir. ********** saylı müraciət, əsasında Lənkəran rayonu, Balıqçılar qəsəbəsi ünvanında, ailə üzvülərinin ümumbirgə mülkiyyətinə verilmiş həmin 0,06 ha. torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair o iddiaçıya çatacaq mülkiyyət pay hüquqlarının dövlət qeydiyyatına alınması məqsədi ilə əlaqədar baxış keçirilməsindən ötrü nümayəndə heyəti təyin olunmuşdur. Odur ki,10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndə heyəti təyin olunmuş zamanda, Lənkəran rayonu, Balıqçılar qəsəbəsi ünvandakı, ailə üzvlərinin ümumbirgə mülkiyyətinə verilmiş həmin 0,06 ha. torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət pay hüquqlarının o iddiaçının mülkiyyətinə dövlət qeydiyyatına alınması məqsədi ilə həmin əraziyə müayinə baxış keçilməsi üşün getmişlər. Lakin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəflərindən, həmin 0,06 ha. torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin müayinə edilməsinə şərait yaradılmamış, yəni, Cavabdeh2 digər cavabdeh əri- Cavabdeh1 ilə telefon əlaqəsi saxladıqdan sonra, Lənkəran rayonu, Balıqçılar qəsəbəsi ünvamndakı həyətə və yaşayış sahəsinə müayinəbaxış keçirməkdən ötrü, həyətə daxil olmuş Lənkəran 10 saylı Ərazi İdarəsinin əməkdaşı- X4 ölçü işlərinin aparılmasına razılıq verilməmiş Həmçinin həyəti tərk etdilməsi tələb etmişlər. Gələn nümayəndə heyətinə 0,06 ha. torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ölçülməsinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəflərindən, bilərəkdən qərəzli olaraq yaradılan sün maneələr, yəni imkan verilməməsi faktı aşkar olundu. Bu səbəblərdən 30 may 2023-cü il tarixli, qeydiyyat nömrəsi № ********** saylı müraciətimi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi- özünün 05 iyun 2023- ci il tarixli, № 3-21-3-43/2-1595/2023 saylı, “Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından, imtina edilməsi haqqında Bildiriş”- lə rədd etmişdir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi 05 iyun 2023- cü il tarixli, cavab məktubunda “Xidmət orqanı olaraq bildiririk ki, miras əmlak olaraq həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair müvafiq qeydiyyatın aparılması üçün tələb olunan mühüm amillərdən sayılan faktiki yerində müayinə keçirilməsi üçün tərəfinizdən şərait yaradılmadığı, habelə tərəflər arasında mübahisə mövcud olduğu səbəbdən, icraatda olan ərizənin icrası təmin olunmamışdır. Gələcəkdə sözü gedən miras əmlaka dair faktiki yerində müayinə keçirilməsindən ötrü aidiyyəti mütəxəssisimizə şərait yaradıldığı təqdirdə hazırki ərizənizin icrasına təkrarən baxıla bilər.” Bu səbəbdən Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq, “Təqdim olunmuş sənədlər əsasında vərəsəlik üzrə yaranmış hüquqlara dair həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsini qanunamüvafiq hesab eməsi”-ni qeyd etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəflərindən, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında ailə üzvülərinin ümumbirgə mülkiyyətinə verilmiş 0,06 ha. torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində valideynlərindən miras qalmış fərdi yaşayış evinin müayinə olunması- ölçülməsinə yaradılmış süni maneçiliklər ucbatından, həmin torpaq sahəsi və fərdi yaşayış evinə dair iddiaçıya çatacaq mülkiyyət pay hüquqlarının dövlət qeydiyyatına alınmasından ötrü müvafiq “Çıxarışı” və “Texniki Pasport” ala bilmir? Belə olduğu halda 0,06 ha. torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin faktiki olaraq naturada müayinə olunmasına ölçülməsinə süni maneələr yaradaraq imkan verməyən cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 ilə mübahisəni məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. Yəni hazırki, vəziyyətdə 0,06 ha. torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mən iddiaçıya çatacaq mülkiyyət pay hüquqlarının iddiaçının adına dövlət qeydiyyatına alınması cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 tərəflərindən yaradılmış maneçiliklər ucbatından pozulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianın iddianı qəbul etdiklərini bildirib iddianın təmin edilməsinə etirazı olmamaları barədə yazılı ərizə ilə məhkəməyə müraciət etmişlər. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış traixli,Az-ll 279354 nömrəli arayışdan görünür ki, X10 27 iyun 2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış traixli,13 dekabr 2022-ci il tarixli 3961 nömrəli arayışdan görünür ki, X5 20 dekabr 2004-cü il tarixdə ölmüşdür. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X12 ilə X6 02 avqust 1990-cı ildə 38 sayla nikaha daxil olmuşlar ərə Naqiev arvada Naqieva soyadıları verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərzai İdarəsinin Mulkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında 3-21-3-43/2-1595/2023 saylı məktubundan görünür ki, İddiaçı yaranmış maneələrlə bağlı mülki qaydada məhkəməyə müraciət olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş mnateriallarını və tərəflərin izahatını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 6.1.7-ci maddəsinin tələbinə görə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. MM-nin 152-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın .Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, eləcə də cavabdehin etirafedici izahatından müəyyən olunur ki, iddiaçı tərəfindən iddia olunur ki, atasından miras kimi qalmış evə və həyətyanı sahəyə mütəxəssislər tərəfindən baxış keçirilməsi zərurəti yaranmış, lakin cavabdeh tərəfindən buna şərait yaradılmamışdır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, cavabdehin iddianı qəbul etməsini işin faktiki halları ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında dindirilmiş tərəfləri, araşdırılmış sübutları, eləcə də cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Lənkəran rayonu, Balıqçılar qəsəbəsi ünvanında, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 saylı Qərarı ilə; JN-304A saylı, KOD 80207027 nömrəli, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında ayrılmış 0,06 ha. həyətyanı torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi əməkdaşlarının müayinə keçirilməsi üçün, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəflərindən yaradılan maneələr- 0,06 ha. torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ölçülməsinə və digər qanunsuz hərəkətləri barədə yaranan maneələr aradan qadırılsın. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2600/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2600/2023
05.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver