Məhkəmə qərarları › İş №2(049)-263/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-263/2023

23.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-263/2023 23.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı7, Cavabdeh Nayib oğlu və onun vəkili Nümayəndə1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 Cavabdeh Nayib oğluna qarşı «ümumi istifadədə olan gediş-gəliş yolunda olan sudaşıyıcı kanalının təmizlənməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nayib oğlu tərəfindən qanunsuz doldurulmuş Lənkəran rayonu, Girdəni kəndində yerləməklə ümumi istifadə üçün nəzərdə tutulmuş gediş gəliş yolunda olan su daşıyıcı kanalın cavabdehin hesabına təmizlənməsi, əvvəlki vəziyyətə gətirilməsi və cavabdeh tərəfindən həmin gediş gəliş yolunda olan su daşıyıcı kanalın üzərində qanunsuz inşa edilmiş daş hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar Lənkəran rayonu, Girdəni kənd sakinləridir. İş üzrə Cavabdeh Nayib oğlu onların yaşadıqları məhəllənin gediş-gəliş yolunda olan su daşıyıcı kanalı qanunsuz dolduraraq üstündə daş hasar hörmüşdür. Nəticədə yağış yağarkən küçə dizə qədər su içində qalır, 10 ailə və məktəb yaşlı uşaqlar məktəbə gedib-gəlməyə çətinlik çəkirlər. İş o yerə gəlib çatıb ki, sakinlər qaz borusunun üstü ilə gedib gəlirlər. Bu barədə dəfələrlə ağsaqqallar cavabdehlə söhbət ediblər, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh öz hərəkətlərindən əl çəkmir deyir ki, gedin əlinizdən nə gəlirsə edin. Bütün bunlardan görünür ki, cavabdeh qanunvericiliyin tələlərini başa düşmür və düşmək fikrində deyildir. Cavabdeh Nayib oğlu iddia ərizəsinə etiraz verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhəllərinin gediş-gliş yolunda heç vaxt sudaşıyıcı kanal olmayıbdır. Əgər iddiaçılar məhəllə daxili xırda su xəndəyini nəzərdə tuturlarsa bununla bağlı olaraq bildirib ki, onlar məhəllə də daxil olmaqla Girdəni kəndindəki məhəllə daxili su xəndəkləri məhəllə gediş-gəliş yolunun sağ tərəfindən qazılmış və istifadə edirlər. Bunun səbəbi ondan ibarətdir ki, yolun sol tərəfində həyətyanı sahələrin hasarlarının qarşısından yerin altı və üstündən iritutumlu məhəllə qaz boru kəmərləri çəkilmişdir. İddiaçılardan biri olan İddiaçı4 qanunsuz və əsassız olaraq 2015-ci ildən etibarən onların məhəllədaxili gediş-gəliş yolumuzun təxminən 80(səksən) metrlik hissəsini zəbt edilərək həyətyanı sahəsinə qatmışdır və bunun nəticəsində 2015-ci ilədək iki tərəfi açıq olmuş gediş-gəliş yolu dalana çevrilmişdir. Gediş-gəliş yolunun həmin 80 metrlik hissəsi bağlanması səbəbindən bütün məhəllə sakinlərinin mal-qarası məcburən bütün Girdəni kəndindən dairə edərək maqistral yola çıxıb əlavə 5 (beş) kilometrədək məsafə getməli olur. Bundan əlavə məhəllə yolunun fərdi şəxs tərəfindən qanunsuz bağlanılması yanğın təhlükəsizliyi tələblərinə də ziddir. Digər tərəfdən, məhəllənin gedişgəliş yolununun həmin hissəsi zəbt ediləndən sonra yol boyu uzanan və su kanalına birləşən məhəllədaxili su xəndəyin də İddiaçı4 tərəfindən özünün ata-baba malı kimi doldurulub həyəyanı sahəsi kimi istifadə edilməkdədir. Buradan isə aydın görünür ki, əsil qanunsuz torpaq zəbt etmiş qanun pozucusu olan İddiaçı4 özünü iddiaçılar sırasında 4-cü göstərsə də əslində elə o, özü məhkəməyə ünvanlandırılmış bu qanunsuz və əsassız iddia tələbinin müəllifi və təşəbbüskarıdır. İddiaçı4 onların məhəlləsinin gediş-gəliş yolunu qanunsuz və əsassız zəbt etdiyinə görə yaxın zamanlarda qanun qarşısında cavab verməlidir. O özünün qanuni mülkiyyətində və istifadəsində olan həyətyanı sahənin kubik matertialından olan daş hasarını nəninki iddiaçıların, ümumiyyətlə heç bir kəsin gediş-gəliş yolunun sudaşıyıcı kanalında tikməmiş və iddiaçıların onun sökülməsi barədə iddiası tamamilə qanunsuz və əsassızdır. İddiaçıların iddia ərizəsinnin mətninin 90 faizi iddia tələbinə heç-bir aidiyyatı olmayan qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin sadalnmasına həsr edilibdir ki, bu da mənasız söz yığımından başqa bir hal kimi qiymətləndirilə bilməz. Hazırda meydana çıxmış mübahisənin həlli ilk növbədə onların məhəlləsinin gediş-gəliş yolunun vətəndaş İddiaçı4 tərəfindən qanunsuz zəbt edilmiş hissəsinin Girdəni bələdiyyəsinə qanunvericiliyimizin tələblərinə müvafiq şəkildə ondan geri qaytarıİmasından sonra həmin gediş-gəliş yolunun sağ tərəfindən elə əvvəldən mövcud olmuş lakin iddiaçıların bir neçəsi tərəfindən qəsdən və tələm-tələsik şəkildə əlavə gətirilmə qum və xırış materialı ilə doldurulmuş su xəndəyinin yenidən təmizlənməsi ilə həll oluna bilər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı7 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh Nayib oğlu iddia tələbini qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmiş, sonuncunun vəkili Nümayəndə1 da eyni məzmunda çıxış etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçılar İddiaçı3, İddiaçı5 və İddiaçı6 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsində göstərilənlərə hüquqi qiymət verərək, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: Lənkəran rayon Girdəni Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Lənkəran rayonu Girdəni kənd sakinləri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 yaşadıqları məhəllədə ümumi istifadə üçün nəzərdə tutulmuş gedişgəliş yolunda olan su daşıyıcı kanalı doldurulmuşdur. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş rəydən görünür ki, JN-772A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» ilə iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan 0,18 ha torpaq sahəsinin sənəd üzrə koordinatları ilə iddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsinin koordinatlarının üstüstə düşməsi müəyyən olunmuşdur. Torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri ilə (yerləşmə və konfiqurasiya fərqləri) faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında (yerləşmə və konfiqurasiya fərqləri) uyğunsuzluğun olması müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin faktiki vəziyyətdə ölçüsünün isə 0,23 ha olması müəyyən edilmişdir. Mövcud baza məlumatlarına əsasən JN-772A «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» ilə iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan 0,18 ha torpaq sahəsinə gediş gəliş yolunun həmin torpaq sahəsinin qərb sərhəddindən olması müəyyən edilmişdir. Mövcud baza məlumatlarına əsasən həmin yolun başlanğıc hissəsinin şimal istiqamətdə kəndin ümumi yola birləşən yerdə olması, son hissəsinin isə cənub istiqamətdə cavabdeh İddiaçı4 mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin giriş qapısına qədər olması müəyyən edilmişdir. Sözügedən yolun yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla ümumi istifadədə olan torpaq sahələrinə aid olması müəyyən edilmişdir. Mövcud baza məlumatlarına əsasən həmin yolun başlanğıc hissəsindən son hissəsinə qədər uzunluğunun orta hesabla 218-220 m olması, eninin isə orta hesabla 5,5-6 m olması müəyyən edilmişdir. Mövcud baza məlumatlarına əsasən sözügedən yolun son hissəsinin cavabdeh İddiaçı4 mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin giriş qapısına qədər olması və həmin yolun da cavabdeh İddiaçı4 və ya digər şəxslər tərəfindən tutulması müəyyən edilməmişdir. Əlavə olaraq bildirilib ki, tədqiqat zamanı iddiaçı Cavabdeh tərəfindən digər yerdə yəni kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri ilə yaşayış məntəqələri torpaqları arasındakı ərazidə yol kimi iddia edilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən gediş-gəliş yolu olması müəyyən edilmiş və həmin gediş-gəliş yolunun da cavabdeh İddiaçı4 və digər şəxs (şəxslər) tərəfindən tutulması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/5391 №-li, 28 iyul 2023-cü il tarixli rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1659/2023 saylı mütəxəsis rəyinə əsasən, JN-772A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan 0.18 ha torpaq sahəsinin sənəd üzrə koordinatları ilə iddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsi müəyyən olunmuşdur. Torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri ilə (yerləşmə və konfiqurasiya fərqləri) faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında (yerləşmə və konfiqurasiya fərqləri) uyğunsuzluğun olması müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin faktiki vəziyyətdə ölçüsünün isə 0.23 ha olması müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1659/2023 saylı mütəxəsis rəyinə əsasən, JN-772A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan 0.18 ha torpaq sahəsinə gediş-gəliş yolunun həmin torpaq sahəsinin qərb sərhəddindən olması müəyyən edilmişdir. Həmin yolun başlanğıc hissəsinin şimal istiqamətdə kəndin ümumi yolu birləşən yerdə olması, son hissəsinin isə cənub istiqamətdə cavabdeh İddiaçı4 mülkiyyətində və istifadəsində olan torpaq sahəsini giriş qapısına qədər olması müəyyən edilmişdir. Sözügedən yolun yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla ümumi istifadədə olan torpaq sahələrinə aid olması müəyyən edilmişdir. Yolun başlanğıc hissəsindən son hissəsinə qədər uzunluğunun orta hesabla 218-220 m olması, eninin isə orta hesabla 5,5-6 m olması müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1659/2023 saylı mütəxəsis rəyinə əsasən, JN-772A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.18 ha torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolunun son hissəsinin cavabdeh İddiaçı4 mülkiyyətində və istifadəsində olan torpaq sahəsini giriş qapısına qədər olması və həmin yolun da cavabdeh İddiaçı4 və ya digər şəxslər tərəfindən tutulmaması müəyyən edilmişdir. Cavabdeh tərəfindən digər yerdə, yəni kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri ilə yaşayış məntəqələri torpaqları arasındakı ərazidə yol kimi iddia edilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən gediş-gəliş yolu olması müəyyən edilmiş və həmin gediş gəliş yolun da cavabdeh İddiaçı4 və digər şəxs (şəxslər) tərəfində tutulması müəyyən olunmuşdur. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia ərizəsindən və iddiaçıların izahatlarından görünür ki, iddiaçılar və cavabdeh Qurbanov X1 rayonu, Girdəni kəndində yerləşən eyni küçədə yaşayırlar. Həmin küçədən yerləşən ümumi istifadədə olan yolun üzərində yağış sularının axıdılması üçün kiçik drenaj kanalı olmuşdur. Cavabdeh Nayib oğlu həmin kanalı doldurulmuş və üzərinə daş hasar inşa etmişdir. Buna görə də həmin küçədə ümumi istifadədə olan drenaj kanalının cavabdehin hesabına təmizlənməsi, əvvəlki vəziyyətə gətirilməsi və cavabdeh tərəfindən həmin gediş gəliş yolunda olan su daşıyıcı kanalın üzərində qanunsuz inşa edilmiş daş hasarın cavabdehin hesabına sökülməsini, yəni cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını xahiş etmişlər. Məhkəmə ilk növbədə iddiaçıların qeyd olunan iddianın verilməsi üçün subyektiv hüquqlarının olub-olmamasına diqqət yetirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti üzrə xx.xx.2012-ci il tarixli və M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarları) mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinin birinci abzasında qeyd olunur ki, ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid torpaqlar hesab olunur. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü bəndində göstərilir ki, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Qeyd olunan hüquq normalarının tələbi baxımından belə müəyyən olunur ki, iddiaçıların ümumi istifadədə olan yollarda yerləşən drenaj kanalları, hidrotexniki qurğular bələdiyyə mülkiyyətində hesab edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyi baxımından da hazırki iş üzrə iddiaçıların subyektiv hüquqünun üç elementindən birinci, yəni öz hərəkətlərinə hüquqi ixtiyar elementi mövcud deyildir. Belə ki, ümumi istifadədə olan gediş gəliş yolunun üzərində yerləşən su ötürücü kanal bələdiyyə mülkiyyətində olduğundan həmin kanala edilən qəsdin aradan qaldırılmasını tələb etmək hüququ da Lənkəran rayonu, Girdəni Bələdiyyəsinin səlahiyyətindədir. İddiaçılar isə cavabdehin hərəkət və ya hərəkətsizliyinin məhz onların subyektiv hüquqlarına ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Digər tərəfdən məhkəmənin təşəbbüsü ilə Lənkəran rayonu, Girdəni kəndində yerləşən gediş-gəliş yoluna baxış keçirilmişdir. Baxış zamanı həmin yolun üzərində ümumiyyətlə su ötürücü kanalın mövcudluğu aşkar edilməmişdir. Halbuki iddiaçılar məhz cavabdeh tərəfindən ona aid hissədə kanalın bağlandığını bildirmişlər. Cavabdehin yaşadığı fərdi yaşayış evi və torpaq sahəsi küçənin ortasında yerləşir, lakin küçənin nə girişində, nə də sonunda vizual qaydada kanalın mövcud olmasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş rəyinə əsasən JN-772A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» ilə iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan 0,18 ha torpaq sahəsinin sənəd üzrə koordinatları ilə iddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsi müəyyən olunmuşdur. Belə olan halda isə cavabdehin ümumi istifadədə ollan gediş gəliş yolunda yerləşən su ötürücü kanalın bağlanması istisna edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla belə nəticəyə gəlir ki, iddianın əsaslılığını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, təqdim edilmiş sübutlar isə iddianın təmin edilməsi üçün kifayət etmədiyindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 Cavabdeh Nayib oğluna qarşı «ümumi istifadədə olan gediş-gəliş yolunda olan sudaşıyıcı kanalının təmizlənməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 Cavabdeh Nayib oğluna qarşı «qanunsuz doldurulmuş Lənkəran rayonu, Girdəni kəndində yerləməklə ümumi istifadə üçün nəzərdə tutulmuş gediş gəliş yolunda olan su daşıyıcı kanalın cavabdehin hesabına təmizlənməsi, əvvəlki vəziyyətə gətirilməsi və cavabdeh tərəfindən həmin gediş gəliş yolunda olan su daşıyıcı kanalın üzərində qanunsuz inşa edilmiş daş hasarın cavabdehin hesabına sökülməsi» barədə iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar