Məhkəmə qərarları › İş №2(049)-2633/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2633/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2633/2023 03.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək 1400 manat pulun və dövlət rüsumuna görə 35 manat ümumilikdə 1435 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2023-cü ilin yanvar ayında Lənkəran rayon Gərmətük qəsəbəsində olan ikinci əl ikinci əl satışı ilə məşğul olan mağazaya getmişdir. Həmin obyekdə mebel və divanlara baxmış, lakin bəyənmədiyinə görə evinə qayıdıb. İki-üç gündən sonra arvadı instaqram sosial şəbəkəsində Nərmin Əlizadə adlı qadın ilə Lənkəran rayon Gərmətük qəsəbəsində olan ikinci əl satışı obyektində mebel və divanlara sifariş qəbul etdiyini bildiyindən onlara yazmışdır. Onlar da ev üçün masa, 10 ədəd stol və 2 ədəd kamod sifariş etmək istədiyi üçün buna razı olmuşdur. Arvadı elanda yerləşən mobil telefon nömrəsinə zəng edərək həmin xanıma masa, 10 ədəd stol və 2 ədəd kamod sifariş etmiş, sifarişin qiymətinin 1580 manat olduğunu deyərək özlərinə məxsus hesab nömrəsinə pul köçürülməsini demişdir. O, xx.xx.2023-cü il tarixdə həmin cavabdehin kart nömrəsinə E-manat vasitəsi ilə 500 manat, sonradan 350 və 150 manat pul köçürmüşdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Veravul kəndində yaşadığı evə gəlib Bakı şəhərindən mebelərini gətirilməsi üçün 270 manat pul lazım olduğunu demişdir. Arvadı oğlunun vasitəsi ilə ona 270 manat pul vermişdir. Bu barədə qəbz almışdır. Cavabdeh evinə gəlib mebel yerinin ölçüsünü götürmüşdür. Həmin vaxt ona 130 manat pul vermişdir. Yerdə qalan 200 manat pulu mebel gətirən zaman verməsini bildirmişdir. Lakin cavabdehə dəfəflərlə xəbərdarlıq etsə də heç bir əhəmiyyət verməmişdir. Cavabdeh onun pulunu və mebeli qaytarmaqdan yayınır. Bu barədə Lənkəran polis şöbəsində araşdırma olmuşdur. Lənkəran rayon polis şöbəsində qərar qəbul olunmuşdur. Cavabdehə hisə-hissə 1400 manat mebelə görə manat pul vermiş. Bu səbəbdən də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran Rayon Polis X1 təhqiqatçısı polis kapitanı X2 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü ci il tarixli qərardan görünür ki, Lənkəran rayonun Veravul kənd sakini İddiaçı Azərbaycan Respublikası dövlət orqanlarına çoxsaylı müraciətləri üzrə tərəfindən aparılan HK-1- 1649 nömrəli materialın araşdırılması ilə əlaqədar qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilən ödəniş qəbzlərinin surətindən görünür ki, e-manat, million və M10 ödəmə sistemləri vasitəsilə müştəri: soyadı: Ə......, adı: E...... və ata adı R..... adlı müştəriyə xx.xx.2023-cü il tarixdə 350 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 150 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş qaiə fakturanın surətindən görünür ki, Cavabdeh adlı şəxsə masa dəstinə xx.xx.2023-cü il tarixdə 270 manat ödəniş edilmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, iş materiallarında olan ödəniş qəbzlərində qeyd edilən müştəri adı ilə iddiaçının iddia ərizəsində qeyd edilən xüsusatlar, yəni onun tərəfindən cavabdeh X3 pul ödənişləri faktı öz təsdiqini tapır. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 1270 manat pul vəsaiti ödənilmişdir. İddiaçının iddia tələbində qeyd etdiyi 130 manat məbləğində olan ödənişə dair isə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs(varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 35 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1400 manat və 35 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1270 (bir min iki yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 (otuz beş) manat, cəmi 1305 (bir min üç yüz beş) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar