Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-264/2024 07.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdüel oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili Vəkil oğunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsi binasında 07 avqust 2024-cü il tarixdə, məhkəmə açıq iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia verərək cavabdehdən ona vurduğu 6473 manat məbləğində maddi zərərin, 118.94 manat məbləğində xidmət haqqı və ödənilmiş 86.22 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6708.16 manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizə verərək cavabdehin nümayəndəsindən 2500 manat pul aldığını və iddiadan imtina etdiklərini bildirib mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. Məhkəmə iddsiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb hesab edir ki, onun iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bununla əlaqədar, məhkəmə iddiadan imtinanı qəbul edərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. İşdə olan xx.xx.2023-cü il tarixli 9227 saylı qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 86,22 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən iddianın verilməsi üçün ödənilmiş 86,22 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehə aid edilməlidir. Belə ki, işə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə bağlı məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-9/2063/2024 saylı ekspert rəyinə əlavə edilmiş bildirşdən görünür ki, ekspertriza xərci 50 manat təşkil eləyir. Ekspertiza, cavabdeh tərəfindən mübahisənin məhkəmədən kənar həll olunmadığı üçün keçirildiyindən, həmin ekspertiza xərci ondan tutularaq Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261-262, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. İddianın verilməsi üçün xx.xx.2023-cü il tarixli 9227 nömrəli qəbzlə ödənilmiş 86,22 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Ekspertriza xərci 50 manat Cavabdeh aid edilsin və ondan tutlaraq aşağıdakı hesdaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verə bilər. X2
Məhkəmə qərarları › İş №2(049)-264/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-264/2024
07.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver