Məhkəmə qərarları › İş №2(049)-2674/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2674/2023

06.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2674/2023 06.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X6, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi barədə tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Azəriqaz” X4 X7 İdarəsinin Lənkərar rayonu üzrə Xidmət Sahəsinin istismarında olan, ünvan 1 ünvanında yaşayan X3 məxsus fərdi yaşayış evinin qapıs qarşısından küçə kənarı ilə keçən orta təzyiqli, yerüstü D-57 mm-lik küçə qaz kəmərinir mühafizə zonasında X5 tərəfindən inşa edilmiş beton-metlax örtüyı öz vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş 100,40 manat dövləı rüsümunun cavabdehdən tutularaq Lənkəran RQİl-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia əsaslandırılmışdır ki, “Azəriqaz” X1 Regional Qaz İsfisTirarH-darəsinin LəffRəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən 20 aprel 2023-cü il tarixdə küçə qaz kəmərlərinə baxış keçirilərkən ünvan 2 ünvanında yaşayan X3 məxsus fərdi yaşayış evinin qapısı qarşısından küçə kənarı ilə keçən, Lənkəran RQİİ-nin Lənkəran Xidmət Sahəsinin balansında və istismarında olan orta təzyiqli, yerüstü D-57 mm-lik küçə qaz kəmərinin L=4,0 p/m hissəsinin üzərinin qanunsuz olaraq Cavabdeh tərəfindən qanunsuz olaraq beton-metlax örtüyü ilə örtülməsi müəyyən edilmişdir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə ziddir. Belə ki, həmin Qaydaların 2.13-cü yarımbəndinə əsasən “Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən orta təzyiqli, yerüstü qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 2(iki) metr müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsində qeyd olunur ki, “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr olmadan və ya şəhərsalma və tikinti normalarını, qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər”. Tikilinin qaz kəmərinin mühafizə zonasında olması qaz xəttinə texniki baxış və profilaktik xidmət işlərinin həyata keçirilməsini də qeyri-mümkün hala gətirmişdir. Bu da qaz kəmərində baş verə biləcək hər hansı sızma və ya zədələnmə anında və ya kəmərin korroziyaya uğrayaraq yararsız hala düşməsi nəticəsində təbii qazın havaya sovrulması və s. kimi hallar zamanı kəmərə operativ şəkildə müdaxilə edilərək xidmət göstərilə bilməməsinə səbəb olur. Cavabdeh tərəfin səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla qaz kəmərinin üstünü örtməsi və mühafizə zonasını pozması fiziki şəxslərin həyatı və sağlamlığı üçün böyük təhlükə yaradır. Qa kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlük yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bu səbəbdən də daşıyıcı qaz kəmərinin mühafizə zonası cavabdeh X5 tərəfindən öz vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməlidir. “Azəriqaz” X1 X7 İdarəsi tərəfindən cavabdehə qanunsuz inşa etdiyi tikintinin qaz kəmərinin mühafizə zonasından 10 gün müddətində şəxsi vəsaiti hesabına sökülüb çıxarılması barədə rəsmi qaydada xəbərdarlıı edilmiş, lakin cavabdeh tərəfindən hərəkətsizlik nümayiş etdirilərək adı çəkilən qanunsuz tiki hazırkı vaxtadək mühafizə zonasından sökülüb çıxarılmamışdır. Məhkəmə iclasında iştirak eddən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2023 tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə qanunsuz inşa etdiyi tikintinin qaz kəmərinin mühafizə zonasından 5 gün müddətində şəxsi vəsaiti hesabına sökülüb çıxarılması barədə rəsmi qaydada xəbərdarlqı edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2023-cü il tarixli aktda görünür ki, ünvan 2 ünvanında yaşayan X3 məxsus fərdi yaşayış evinin qapısı qarşısından küçə kənarı ilə keçən, Lənkəran RQİİ-nin Lənkəran Xidmət Sahəsinin balansında və istismarında olan orta təzyiqli, yerüstü D-57 mm-lik küçə qaz kəmərinin L=4,0 p/m hissəsinin üzərinin qanunsuz olaraq Cavabdeh tərəfindən qanunsuz olaraq beton-metlax örtüyü ilə örtülməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış məhkəmə tikintitexniki eskpertizasının 17 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6404 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin giriş qapısının önündə (səkinin kənarında) 57 mm diametrli, orta təzyiqli, yerüstü, daşıyıcı qaz kəmərinin üstünün semet məhlulu ilə örtüldüyü müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 1998-ci il tarixdə təsdiq etdiyi “Qa: təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsiniı tələblərinə görə qaz kəmərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına icazı verilmir. Həmin qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslə Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Həmçinin “Əhalinin və İqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılmas haqqında” Azərbaycan Respublikası Prezidentinin 356 saylı 29 iyun 2000-ci il tarixi Fərmanının 10-cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin aparılmas hallarının qarşısının qəti şəkildə alınması şəhər(rayon) İcra hakimiyyəti orqanlarına tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə ziddir. Belə ki, həmin Qaydaların 2.13-cü yarımbəndinə əsasən “Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən orta təzyiqli, yerüstü qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 2(iki) metr müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr olmadan və ya şəhərsalma və tikinti normalarını, qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli və ünvan 1 ünvanında yaşayan X3 məxsus fərdi yaşayış evinin qapısı qarşısından küçə kənarı ilə keçən orta təzyiqli, yerüstü D-57 mm-lik X5 tərəfindən inşa edilmiş beton-metlax örtüyü öz X2 öz hesabına sökülməldir. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100.40 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən iş üzrə 50 manat məbləğində ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yaşayan X3 məxsus fərdi yaşayış evinin qapısı qarşısından küçə kənarı ilə keçən orta təzyiqli, yerüstü D-57 mm-lik X5 tərəfindən inşa edilmiş beton-metlax örtüyü X2 öz vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilsin. İş üzrə ödənilmiş 100.40 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Azəriqaz” X4 X9 İdarəsinin hesabına ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar