Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-268/2025 13.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon məhkəməsinin 21 oktyabr 2011-ci il tarixli 2(049)-1750/2011 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının artırılmaqla, ondan xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 01 sentyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahdan 29 mart 2011-ci il tarixdə Güloğlan adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında olan narazılıqlara görə ayrılmışlar. Lənkəran Rayon Məhkəməsinin 21 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə cavabdehdən uşağa görə hər ay əmək haqqının 1/4 hissəsi və 40 manat sabit pul məbləğində alimentin tutularaq Güloğlanın yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıya verilməsi qət edilmişdir. Hazırda qətnamənin qəbul edildiyi tarixdən 13 ildən çox bir müddət keçmiş, qiymətlər artmış və uşağın saxlanması üçün xərc hər ayda 300-400 manat həddində olur. Həmin xərcləri tək ödəyə bilmir. Cavabdeh isə bir valideyn kimi tələb olunan xərcləri ödəməkdən imtina edir. Yaşayış minimumunun artması üzrə qəbul edilmiş qanunlarla 2017-ci il üzrə yaşayış minimumu uşaqlar üçün 155 manat, 2019-cu il üçün 160 manat, 2022-ci il üçün 193 manat, 2023-cü il üçün isə 220 manat, 2024-cü il üçün isə 235 manat və 2025-ci il üçün isə 246 manat müəyyən edilmişdir. Odur ki, aliment məbləğinin artırılmasını istəyir. İşin məhkəmə baxışında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək uşağın saxlanması üçün xərclərin artdığını, 2025-cü il üzrə yaşayış minimumunun uşaqlar üçün 246 manat müəyyən olunduğunu bildirib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışının vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1750/2011 saylı 21 oktyabr 2011-ci il tarixli qətnməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X4 və Cavabdeh arasında nikah pozulmuş, xx.xx.2011-ci il tarixdə anadan olmuş X6 iddiaçı X1 yanında saxlanmış və Cavabdeh yetkinlik yaşına çatanadək Güloğlan Bayramovun saxlanması üçün hər ay əmək haqqının ¼ hissəsi və 40 (qırx) manat sabit pul məbləği tutularaq X7 verilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir və qanuni qüvvəyə minmişdir. İş materiallarında olan AZ-İİ № 658495 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə doğulmuş, atası Cavabdeh, anası X3r. İş materiallarında olan mediasiya arayışından görünür ki, Cavabdeh ilkin mediasiya seansında iştirak etməmişdir. İş materiallarında olan nikahın pozulması haqqında AZ-İ № 149690 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh və X5 arasında nikah pozulmuş, nikah pozulduqdan sonra qadına İmanova soyadı Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1 madəsinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin qərarın 8.4-2 maddəsinə əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Həmin qərarın 8.4-3 maddəsinə əsasən, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi iddiaçı öz iddia tələbində ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artırıldığını əsas götürərək aliment məbləğinin artırılmasını tələb etmişdir. Belə ki, iddia tələbinin mahiyətindən müəyyən edilir ki, həmin tələb həmçinin minimum əmək haqqı məbləğinin artımına əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1 maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin məcəllənin 261.0.1 maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.1 maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin məcəllənin 262.4 maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin məcəllənin 262.5 maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Odur ki, məhkəmə hesab edir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iş üzrə icrata xitam verilməlidir. Həmçinin iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə müvafiq olaraq “alimentin indeksasiyası” ilə əlaqadar icraya nəzarət edən aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə müvafiq olaraq “alimentin indeksasiyası” ilə əlaqadar icraya nəzarət edən aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-268/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-268/2025
13.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver