Məhkəmə qərarları › İş №2(049)-274/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-274/2023

24.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-274/2023 24.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, iddiaçı 1 saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsinin Cavabdeh qarşı «təbiətə vurulmuş zərərə görə 509 manat miqdarında ziyan məbləğinin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 1 saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsi iddia ərizəsi ilə müraciət edərək, Lənkəran rayonu Göyşaban kəndində yaşayan Cavabdeh tərəfindən təbiətə vurulmuş 509 manat 60 qəpik miqdarında ziyan məbləğini 1 saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsinin benefisiar (alan) bank DXA kod:210005, VÖEN **********, müxbir hesab AZ 41NABZ**********00003944, S.W.İ.F.T BİK CTREAZ 22 alan müştəri saylı Regional Ekologiya və X2 heasb: AZ02CTRE******************** VÖEN **********, təsnifat kodu 142582, səviyyə kodu 3 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, idarənin əməkdaşları tərəfindən keçirilən xidməti reyd zamanı Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən MN-nin balansında olan torpaq sahəsində qazıntı apararaq UAZ markalı **-BA-*** dövlət nömrə nişanlı maşın qum yüklədiyindən saxlanılmışdır. Faktla əlaqədar xx.xx.2021-ci il tarixli 72865 saylı akt tərtib edilmiş və təbiətə vurulmuş ziyanın məbləği 509.60 manat müəyyən edilmişdir. Vətəndaş Cavabdehyazılmış ziyan məbləğindən 2021-ci il tarixi ərzində ödəməmişdir. Həmin ziyan məbləğinin könüllü şəkildə ödənilməsinə dair Cavabdeh xx.xx.2021-ci il tarixli C-İM/4021-007 saylı məktub ünvanlanmış, lakin ziyan məbləğinin ödənilməsi haqqında bu günədək İdarəyə heç bir məlumat daxil olmamışdır. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddia tələbini qəbul edib, iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı 1 saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsinin nümayəndəsi heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: 06 oktyabr 2021-ci il tarixli 72865 saylı aktdan görünür ki, idarənin 30 sentyabr 2021ci il tarixli 00166 saylı sərəncamının icrası ilə əlaqədar tərəflərindən xidməti reyd keçirilmişdir. Xidməti reyd zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan Lənkəran rayonu Göyşaban kəndində yerləşən torpaq sahəsində qazıntı aparılaraq VAZ markalı **-BA-*** dövlət nömrə nişanlı avtomobilə yüklənməsi aşkar edildi. Əraziyə yaxınlaşıb özünü təqdim etdikdən sonra məlum oldu ki, qazıntı aparan şəxs Lənkəran rayonu Göyşaban kənd sakini Cavabdehdur. Məsələ ilə bağlı Cavabdeh qazıntı aparılmasının qanunsuz olduğu izah edilsədə o şifahi olaraq qazıntı aparılması üçün icazə verildiyini bildirmiş, lakin ərazidə qazıntı aparılmasına dair heç bir sənəd təqdim edilməmişdir. Cavabdeh avtomobildən qumu boşaltmağı və ərazidən çıxmasını tələb etsədə o avtomobili boşaltmadan ərazidən çıxmışmışdır. Əraziyə baxış zamanı məlum oldu ki, həmin ərazi razılaşaraq 4x13x0.70m ölçüdə olmaqla ümumillikdə 36.4 m3 həcmdə qum götürülərək aparılmışdır. Bundan sonra Cavabdeh yazılı izahatında ərazidə qazıntı apardığını və qum daşıdığını etiraf etmişdir. MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. xx.xx.2021-ci il tarixli 72865 saylı Akta əsasən ziyanın hesablanması cədvəlindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 saylı qərarına əsasən 36.4 m3 həcmdə qum qanunsuz işlədilməsinə (götürülməsinə) görə təbiətə dəymiş ziyan 509.6 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2021-ci tarixdə monitorinq keçirilmiş, monitorinq zamanı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan Lənkəran rayonu Göyşaban kəndində yerləşən torpaq sahəsində qazıntı apararaq VAZ markalı **- BA-*** dövlət nömrə nişanlı avtomobilə yüklənməsi aşkar edilmişdir. Əraziyə baxış zamanı məlum oldu ki, həmin ərazi razılaşaraq 4x13x0.70m ölçüdə olmaqla ümumillikdə 36.4 m3 həcmdə qumun götürülərək aparıldığı müəyyən edilmişdir. Bununla bağlı X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib etmiş və barəsində 1500 manat inzibati cərimə tənbeh tədbiri tətbiq olunmuş və təbiətə 509.6 manat məbləğində ziyn vurulduğu müəyyən edilmişdir. «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən: Yerin təki istifadəyə icazə əsasında bu Qanun və «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Yerin təki istifadəyə müsabiqə, hərrac və birbaşa danışıqlar əsasında verilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. İcazə yer təkinin geoloji öyrənilməsinə, ehtiyatları müvafiq qaydada təsdiq edilmiş faydalı qazıntı yataqlarının işlənilməsinə, dağ-mədən müəssisələri və onlarla bağlı emal sahələrinin tullantılarından istifadə olunmasına, yerin təkindən faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilməsinə, xüsusi mühafizə edilən geoloji obyektlərin yaradılmasına, mineraloji, paleontoloji və digər geoloji kolleksiya materiallarının toplanmasına və arxeoloji qazıntıların aparılmasına hüquq verir. Yerin təkindən istifadə çoxyönümlü (çoxprofilli) olduqda, hüquqi, yaxud fiziki şəxslər bir neçə icazəyə malik ola bilərlər. Elmi-tədqiqat işləri və dövlət proqramlarına əsasən aparılan bütün növ geoloji işlər, zəlzələlərin proqnozlaşdırılması, ətraf mühitin monitorinqinin yaradılması və aparılması, yeraltı suların rejiminə və balansına nəzarət edilməsi, arxeoloji tədqiqatların aparılması və yer təkinin bütövlüyünü pozmayan başqa işlər üçün xüsusi razılıq və ya icazə tələb olunmur. Yer təkinin öyrənilməsinə yönəlmiş işlər geoloji fondda dövlət qeydiyyatına alınır. İcazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya torpaq sahibinin yerin təkindən istifadə məqsədilə (dövlət proqramları üzrə aparılan işlər daxil olmaqla) müvafiq torpaq sahəsinin ayrılmasına qabaqcadan razılığı olduqda verilir. Yer təkinin istifadəçisinə torpaq sahəsi yerin təkindən istifadəyə icazə verildikdən sonra Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Qanunun 46-cı maddəsinə əsasən: Bu Qanunun pozulmasına görə hüquqi və fiziki şəxslər aşağıdakı hallarda məsuliyyət daşıyırlar: yerin təkindən istifadənin qanunvericiliklə müəyyən olunmuş qaydaları pozularsa; yerin təkindən özbaşına istifadə edilərsə; yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələbləri pozularsa; yer təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilərsə; geoloji və digər məlumatlara mülkiyyət hüququ və bu məlumatların məxfiliyi pozularsa; faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işləri aparılarsa; yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığı təmin edilməzsə; yeraltı suların müşahidə quyuları, markşeyder və geodeziya nişanları məhv edilərsə və zədələnərsə; yerin təkindən istifadə edərkən ödəmə qaydaları müntəzəm olaraq pozularsa; ləğv edilən və konservasiya olunan dağ-qazmalarının və buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, dağ-qazmaların və buruq quyularının qorunması tələblərinə əməl edilməzsə; yerin təkindən istifadə edilərkən yararsız hala salınmış torpaq sahələri və digər təbiət obyektləri onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməzsə; yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlər dayandırılmazsa və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməzsə. Yerin təkindən istifadə sahəsində bu Qanuna zidd olan hər hansı fəaliyyət qadağandır. Həmin Qanunun 48-ci maddəsinə əsasən: Yer təkinin təbii xassələrini pozmaqda təqsiri olan, yaxud yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların fəaliyyəti nəticəsində yer təki istifadəsinə vurulmuş ziyan onların vəsaiti hesabına ödənilir. Faydalı qazıntı yataqlarının zəngin sahələrinin seçmə üsulla hasilatını aparan, eləcə də yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan, yaxud yatağın korlanmasına səbəb olan hərəkətlərdə təqsiri olan yer təki istifadəçisinin fəaliyyəti nəticəsində dövlətə vurulmuş ziyan istifadəçinin vəsaiti hesabına ödənilir. Vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Ziyanın ödənilməsi tərəflərin razılığı ilə yer təkinin pozulmuş təbii xassələrinin bərpası üzrə işlərin görülməsi ilə əvəz edilə bilər. Özbaşına yerin təkindən istifadə və faydalı qazıntı yataqları yerləşən sahələrdə aparılmış tikinti işləri çəkilmiş məsrəflər ödənilmədən dayandırılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1 və 21.2-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 509.60 manat ziyan pulu alınaraq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına benefisiar (alan) bank DXA kod:210005, VÖEN **********, müxbir hesab AZ 41NABZ**********00003944, S.W.İ.F.T BİK CTREAZ 22 alan müştəri saylı Regional Ekologiya və X2 hesab: AZ02CTRE******************** VÖEN **********, təsnifat kodu 142582, səviyyə kodu 3 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227 və 233 -cü maddələrinə əsasən məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş ziyana görə Cavabdeh 509,60 manat tutularaq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin benefisiar (alan) bank DXA kod:210005, VÖEN **********, müxbir hesab AZ 41NABZ**********00003944, S.W.İ.F.T BİK CTREAZ 22 müştəri hesab: AZ02CTRE******************** VÖEN **********, təsnifat kodu 142582, səviyyə kodu 3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar