Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2758/2023 25.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X1 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması»tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı Kreditor "xxxx" İttifaqı MMC-i ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02655-1968-01 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 12 ay müddətinə, illik 36 % ödəmək şərtilə 2250 manat məbləğində kredit limiti ayrılmış və "xxxx" Kredit İttifaqı MMC həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə borclu Cavabdeh1 kredit xətti daxilində xx.xx.2022-ci il tarixli 395 nömrəli məxaric orderi ilə 2250.00 manat məbləğində kredit vermişdir. Bu kreditə zamin kimi öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh2 xx.xx.2022-ci il tarixli 02655-1968-01Z Nömrəli zaminlik müqaviləsi ilə iştirak etmişdir. Tərəflər arasında bağlanmış 21,12.2022-ci il tarixli 02655- 1968-01 nömrəli kredit müqaviləsinin 2-ci bəndinə görə “Bu müqaviləyə əsasən “Borcverən”müqavilənin 2.1 və 2.3-cü bəndlərində göstərilən məbləğdə və müddətə”Borcalan”a kredit xətti ayırır. “Borcalan” isə həmin kreditdən istifadə etməyi və müəyyən müddətdə onu “Borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Dəfələrlə Cavabdeh1 və zamini Cavabdeh2 ilə söhbətlər aparılmasına və müqavilə öhdəliyinin yerinə yetirilməsinin onlardan tələb olunmasına baxmayaraq, borcalan və zamini tərəfindən kredit borcunun əsas məbləğinin və əsas məbləğə hesablanmış faiz borcunun kreditora qaytarılması təmin edilməmişdir. Tərəflər arasinda yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün borclu Cavabdeh1 və zamini Cavabdeh2 ilə danışıqlar aparılmış, lakin bu danışıqlardan sonar heç bir nəticə əldə olunmamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 17 saylı bildirişlə Cavabdeh1 və xx.xx.2023-cü il tarixli 18 saylı bildirişlə zamin Cavabdeh2 rəsmi xəbərdarlıq edilmiş və kredit borcunun ödənilməsi üçün 13 gün vaxt verilmişdir. Buna baxmyaraq borclu tərəfindən kreditin əsas məbləğinin və əsas məbləğə hesablanmış faiz borcunun kreditora qaytarılması təmin edilməmişdir. Sadalanları nəzərə alaraq xx.xx.2022-cı il tarixli Kredit müqaviləsinə əsasən 1759.96 manat əsas, 158.04 manat faiz olmaqla ümumilikdə 1918.00 manat və dövlət rüsumu olaraq ödənilmiş 40 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli 02655-1968-01 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 12 ay müddətinə, illik 36 faiz dərəcəsi ilə 2250 manat kredit xətti ayrılmışdır İş materiallarında olan xx.xx.2022-ci il tarixli 02655-1968-01Z nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin borclu Cavabdeh1 tərəfindən icra edilməsinə görə »Hacı Kredit» MMC qarşısında cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmuşdür. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 226.04 manat ödəməklə 2712.47 manatı »Hacı Kredit» MMC-yə ödəməlidir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən manat 1759.96 manat əsas, 158.04 manat faiz borcu olmaqla ümumilikdə 1918 manat borcu vardır. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı üzrə mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02655-1968-01 nömrəli kredit müqaviləsi üzrə, »Hacı Kredit» MMC tərəfindən Cavabdeh1 12 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 2250 manat kredit verilmiş və cavadehə kredit verilərkən Cavabdeh2 ilə 02655-1968-01Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kreditor, müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh müqavilədə müəyyən edilmiş öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və kreditora olan borcunu qaytarmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı »Hacı Kredit» MMC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 40 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutlaraq iddiaçıya verilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2022-cı il tarixli kredit müqaviləsinə əsasən 1759.96 manat əsas, 158.04 manat faiz olmaqla ümumilikdə 1918 (bir min doqquz yüz on səkkiz) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 40 manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №2(049)-2758/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2758/2023
25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver