Məhkəmə qərarları › İş №2(049)-2787/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2787/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2787/2024 27.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Raqib Rüstəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nəqliyyat vasitəsinin təmiri üçün ödənilmiş icarə müqaviləsi üzrə yaranmış borc pulun və sair tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında xx.xx.2024-cü il tarixdə açıq məhkəmə iclasındabaxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqavilə üzrə tərəfindən DİN BDYPİ Qİİ-nin verdiyi xx.xx.2021-ci il tarixli, BB 168853 qeydiyyat nömrəsi olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “KİA RİO MİNİK” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı, ban nömrəsi KNEDE**********83, buraxılış ili 2007 olan nəqliyyat vasitəsinin geri qaytarıldıqdan sonra onun təmiri üçün tərəfindən sərf edilən 2400 manat pulun, həmin icarə müqaviləsinə əsasən yaranmış 200 manat məbləğində borc pulun, məhkəmədə hüquqlarımın müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar aralarında bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında 652 nömrəli müqavilə üçün hesaba köçürdüyü 170 manat pulun və ödənilmiş 48 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, vəsatətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, BB 168853 qeydiyyat nömrəsi olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “KİA RİO MİNİK” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı, ban nömrəsi KNEDE**********83, buraxılış ili 2007 olan nəqliyyat vasitəsi cavabdehə icrəyə verilmişdir. Müqavilənin 2.7-ci bəndində əsasən icarə haqqının günlük ödənilməli olan məbləği 20 manat müəyyən edilmişdir. Müqavilənin 2.2 və 2.3-cü bəndlərinə əsasən icarəçi nəqliyyat vasitəsini saz vəziyyətdə icarə verənə qaytarmalı və əgər nəqliyyat vasitəsində hər hansı nasazlıq olduğu təqdirdə icarəçi tərəfindən aradan qaldırılmalıdır. Müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş və gündəlik ödənilməli 20 manat pul 10 gün ödənilməmişdir. Beləliklə 200 manat icarə borcu cavabdeh tərəfindən ödənilməmişdir. Müqavilənin 2.2 və 2.3-cü bəndlərinə əsasən avtomobil geri qaytarılarkən onun görünüşündə, əvvəlki vəziyyətində və sazlığında problem olduğundan o, cavabdehdən avtomobili əvvəlki vəziyyətə gətirilməsini xahiş etmiş, lakin sonuncu maddi imkanı olmadığından müqavilənin sözügedən bəndlərinin tələblərini yerinə yetirə bilməyəcəyini bildirmişdir. O, nəqliyyat vasitəsində olan nasazlığı aradan qaldırdıqdan sonra cavabdehə nəqliyyat vasitəsinin təmiri üçün 2400 manat xərcin çıxdığını bildirmişdir. Yaranmış borcun ödənilməsi barədə cavabdehə şifahi olaraq xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Cavadehə məxsus ***-***-**-**9 saylı nömrə ilə aparılan vatsap yazışmalarının məzmunu 2400 manat borcun mövcüdluğunu təsdiq edir. Belə ki, həmin yazışmalarda “istəsən 25-dən sürərəm 1 ay, sonra da 200-250 verərəm sənə”, 4 ay sürsəm 1000 manatın qaytarmış oluram”, “hec qayıtmamaqdansa 1000 qayıtmağı yaxşıdıda” ifadələr borcun olduğunu bir daha təsdiq edir. Yəni, cavabdeh icarəyə gündəlik 25 manatdan olmaqla avtomobili icarəyə götürməyi razılaşır və aralarında olan 2600 manat borc pulu aylıq 200-250 manat olmaq tam ödəməyi öhdəsinə götürməklə etiraf edir. Həmin mobil nömrənin həqiqətən cavabdehin adına olub-olmaması barədə "xxxx" MMC-yə sorğu etsə də MMC cavab məktubunda həmin məlumatın yalnız məhkəmə qərarı əsasında verilməsinin mümkün olduğunu qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehə nümayəndəsi tərəfindən borcun ödənilməsi barədə pretenziya qaydasında bildiriş də göndərilmişdir. Müqavilənin şərtləri tərəflər üçün məcburi hesab edilmiş lakin, cavabdeh tərəfindən götürülən öhdəlik pozulduğundan yaranmış borc məbləğinin alınması üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar aralarında bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında 652 nömrəli müqavilə üçün hesaba 170 manat pul köçürmüşdür. Həmin məbləğin də cavbdehdən alınaraq ona ödənilməsini xahiş edir. Tətqiq olunmuş sübütlar: Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli İcarə müqaviləsindən görünür: 1.1. İcarəyə verən DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, BB 168853 qeydiyyat nömrəsi olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KNEDE**********83 və buraxılış ili 2007-ci il olan “KİA RİO MİNİK” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icrəyə verir. 1.2. İkinci fəraf icarəyə götürdüyü nəqliyyat vasitəsini öz məqsədiləri üçün istifadə edəcəkdir... 2.1. İcarəyə verən icarəyə verdiyi nəqtiyyat vasitəsini saz və heç bir xətası olmadan icarəçiyə verir. 2.2 İcarəyə verən icarəçidən həmin nəqliyyat vasitəsini gələcəkdə saz və heç bir xətası olmadan qəbul edəcəkdir. Əgər nəqliyyat vaşitəsinin əvvəlki vəziyyətində, görünüşündə, sazlığında hər hansı xəta olarsa onun icarəçi tərəfindən ödənilməsini şərt olaraq bildirir və tələb edir. 2.3. Bütün yuxanda sadalanan hallar baş verərsə icarəyə verən icarəçidən bu hallar üçün çəkilən bütün xərclərin ödənilməsini tələb edə bilər və Azərbaycan Respublikasının qanunları əsasında həll olunacaqdır. 2.4. İcarəçi icarəyə götürdüyü nəqliyyat vasitəsini, təhvil-aidiğı kimi və görünüşcə götürdüyü kimi saxlamağa söz verir. 2.5. İcarəçi icarəyə götürdüyü nəqliyyat vasitəsini bütün xərclərini çəkməyi öz üzərinə götürür. 2.6. İcarəçi icarəyə götürdüyü nəqliyyat vasitəsini texniki sazlığına cavabdehdir... 2.7. Bu müqəvilə üzrə icarəyə verənə ödənilməli olan icarə haqqının məbləği günlük 20 (iyirmi) manat təşkii edir. 2.8. İcarəçi icarə haqqını hər gün icarəyə verənə ödəməyi öhdəsinə götürür... 4.2. Bu müqavilədə əhatə edilmiş məsələlərlə bağlı tərəfə Azərbaycan Respublıkasının qanunvericiliyini əsas tutacaqlar. “Hüquqi yardımın göstərilməsi haqqında” xx.xx.2023-cü il tarixli 652 nömrəli müqavilənin və qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə hüquqlarının müdafiəsi üçün Lənkəran Vəkil bürosunun hesabına 170 manat pul köçürmüşdür. Qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə görə xx.xx.20924-cü il tarixdə 49 manat dövlət rüsumu ödəmişdir. "xxxx" MMC-dən məhkəməyə daxil olmuş cavabdan görünür ki, ***-***-**-** mobil nömrə cavabdehə məxsusdur. ***-***-**-** mobil nömrədən iddiaçının mobil nömrəsinə göndərilmiş vatsap yazışmalarından görünür ki, həmin yazışmalarda “istəsən 25-dən sürərəm 1 ay, sonra da 200-250 verərəm sənə”, 4 ay sürsəm 1000 manatın qaytarmış oluram”, “heç qayıtmamaqdansa 1000 qayıtmağı yaxşıdıda” sözləri yazılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, MM-nin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının nəqliyyat vasitəsinin təmiri üçün ödənilmiş, icarə müqaviləsi üzrə yaranmış borc pulun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə tələbi tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli İcarə müqaviləsindən irəli gəlir. Yuxarıda qeyd olunan müqavilələrin 2.2-ci bəndində qeyd edilmişdir ki, icarəyə verən icarəçidən icarəyə verdiyi nəqliyyat vasitəsini saz və heç bir xətası olmadan qəbul etməli, əgər nəqliyyat vaşitəsinin əvvəlki vəziyyətində, görünüşündə, sazlığında hər hansı xəta olarsa onun icarəçi tərəfindən ödənilməsini tələb edir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən icarəçi icarəyə götürdüyü nəqliyyat vasitəsini, təhvil-aidiğı kimi və görünüşcə götürdüyü kimi saxlamağa söz verir, 2.5-ci bəndinə əsasən icarəçi icarəyə götürdüyü nəqliyyat vasitəsini bütün xərclərini çəkməyi öz üzərinə götürür, 2.6-ci bəndinə əsasən icarəçi icarəyə götürdüyü nəqliyyat vasitəsini texniki sazlığına cavabdehdir, 2.7-ci bəndinə əsasən həmin müqəvilə üzrə icarəyə verənə ödənilməli olan icarə haqqının məbləği günlük 20 (iyirmi) manat təşkii edir və 2.8-ci bəndinə əsasən icarəçi icarə haqqını hər gün icarəyə verənə ödəməyi öhdəsinə götürür. Göstərilən bəndlərlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı öz iddia ərizəsində, onun nümayəndəsi isə məhkəmə iclas zalında iddiaçının saz vəziyyətdə cavabdehə avtomobili icarəyə verdiyini, sonucu isə onu nasaz vəziyyətdə iddiaçıya qaytardığını göstərsə də, bunu təsdiqləyən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Yəni, Konvensiyanın tələblərinə əsasən ilk növbədə sübut etmə yükü iddiaçının, üzərinə düşür. O və ya onun nümayəndəsi avtomobilin cavabdehə saz vəziyyətdə verdiyini və sonuncunun həmin vəziyyətdə qaytarmadığını sübut edə bilməmişlər. Bundan əlavə iddiaçı cavabdehin ona icarə müqaviləsinə əsasən 200 manat icarə haqqını da ödəmədiyini göstərsə də, bunu da təsdiqləyən mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, ümumilikdə cavabdehin iddiaçıya 1000 manat məbləğində vəsaitin ödəməli olduğu, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış vatsap yazışmalarının məzmunu ilə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, ***-***-**-** mobil nömrə cavabdehə məxsusdur. Həmin ***-***-**-** mobil nömrədən iddiaçının mobil nömrəsinə göndərilmiş vatsap yazışmalarından görünür ki, həmin yazışmalarda “istəsən 25-dən sürərəm 1 ay, sonra da 200-250 verərəm sənə”, 4 ay sürsəm 1000 manatın qaytarmış oluram”, “heç qayıtmamaqdansa 1000 qayıtmağı yaxşıdıda” sözləri yazılmışdır. Yəni qeyd olunan yazı ilə cavabdeh iddiaçıya ən azı 1000 manat borclu olduğunu etiraf edir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə cavabdehin vatsap yazışmalarında yazdığını borcunun qismən etirafı kimi qəbul edir. Əslində onun iddiaçıya nə qədər borcu qaldığını iddiaçı və onun nümayəndəsi sübut etməlidirlər. Lakin onlar bunu sübuta yetirə bilmədikləri üçün, məhkəmə cavabdehin borcun qismən etirafını qəbul edib hesab edir ki, sonuncudan 1000 manat pul tutularaq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi 38% təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 48 manat dövblət rüsumunun 18 manatı cavabdehə aid edilməli və sonuncudan tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı nümayəndəyə çəkilən xərclərə görə 170 manat pulun tutulması ilə bağlı tələbinə qiymət verərək qeyd edir ki, həmin məbləğ ağlabatandır və cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə qeyd edir ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, iş üzrə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh 1000 manat borc, 18 manat dövlət rüsumu və nümayəndənin iddiaçıya göstərdiyi yardıma görə ödədiyi 170 manat, cəmi 1188 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏ HİSSƏ: qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat borc, 18 manat dövlət rüsumu və nümayəndənin iddiaçıya göstərdiyi yardıma görə ödədiyi 170 manat, cəmi 1188 (bir min yüz on səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar