Məhkəmə qərarları › İş №2(049)-281/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-281/2025

14.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-281/2025 14.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X17 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı, eyni zamanda da digər İddiaçı2 nümayəndəsi İddiaçı1 və Cavabdeh nümayəndəsi X7 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23in 10 saylı Ərazi İdarəsinin (bundan sonra DƏDK və RPHŞ-in 10 saylı Əİ-nin) əməkdaşlarına törədilən maneənin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiası üzrə mülki işə xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” 03 noyabr 1939-cu il tarixli, inventar № 3102 nömrəli Pasport əsasında ümumi sahəsi 921,40 kv.m. (0,09214 ha.) ölçülərində həyətyanı torpaq sahəsi və onun üzərində miras əmlak olaraq tikilmiş fərdi yaşayış evinə dair mülkiyyət pay hüquqlarının, xx.xx.1981-ci il tarixdə vəfat etmiş X8 (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) vərəsələri hal hazırki, iş üzrə iddiaçılar- İddiaçı1 və İddiaçı2 adına xüsusi mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınmasına, 10 saylı Lənkəran Ərazi İdarəsi əməkdaşlarının müayinə keçirilməsi üçün, Cavabdeh tərəfindən yaradılan süni maneələrin (0,09214 ha. torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ölçülməsinə) və digər qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Onlar iddialarını onunla əsaslandırmışlar ki, 18 iyul 1981-ci il tarixdə vəfat etmiş babaları X5 ünvan 2 ünvanında yerləşən 0,09214 ha. həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi miras olaraq vərəsələri- İddiaçı1, X4, Cavabdeh, İddiaçı2 və X9 qalmışdır. Belə ki, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” 03 noyabr 1939-cu il tarixli, inventar № 3102 nömrəli Pasport əsasında ümumi sahəsi 921,40 kv.m. ölçülərində həyətyanı torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqları babaları X8 mülkiyyətinə verilmişdir. Bu səbəblərdən babalarından miras qalmış əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı X18 Xidmət Mərkəzinin notariat ofisinə müraciət etmişlər. Notariat ofisi X8 xx.xx.1981-ci il tarixdə vəfat etməsi və Qanunvericiliyin tələbinə əsasən İddiaçı1, X2, Cavabdeh, İddiaçı2 və X6, miras qoyanın vərəsələri olması faktını 14 mart 2024-cii il tarixli, 542 nömrəli İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) X23 10 saylı Lənkəran Ərazi İdarəsinə etdiyi müraciətlə təsdiq etmişdir. Həmin müraciətdə, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq, mərhum X5 miras qalmış daşınmaz əmlak barəsində müvafiq Çıxarışı tərtib edib həmin sorğunu təqdim etmiş şəxslər vasitəsilə X18 Xidmət Mərkəzinin notariat ofisinə göndərməyi xahiş edilmişdir. Onlar mübahisələndirilən ünvan 2 ünvanında birlikdə yaşayırlar. İddiaçı olaraq Şölənin anası olan digəre İddiaçı2 ilə atamsı X12 xx.xx.1967-ci il tarixdə, 177 № aktla rəsmi nigaha daxil olmuşlar. X3 xx.xx.1999-cu il tarixdə, atasının atası olan babası X13 isə xx.xx.1981-ci il tarixdə vəfat etmişlər. ünvan 2 ünvanında ailə üzvülərinin ümumbirgə mülkiyyətinə verilmiş həmin 921,40 kv.m. (0,09214 ha.) ölçüdə həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair vərəsəlik üzrə yaranmış mülkiyyət pay hüquqlarının adlarına dövlət qeydiyyatına alınmasından ötrü, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 10 saylı Lənkəran Ərazi İdarəsinə 08 oktyabr 2024-ci il tarixdə müraciət etmişlər. Lənkəran 10 saylı Ərazi İdarəsinin əməkdaşları, 08 oktyabr 2024-ci il il tarixli müraciətlərini ********** saylı qeydiyyata götürməklə, müraciətləri əsasında ünvan 2 ünvanında, mülkiyyətlərinə verilmiş həmin 0,09214 ha. torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair onlara çatacaq mülkiyyət pay hüquqlarının dövlət qeydiyyatına alınması məqsədi ilə həmin əraziyə müayinə baxış keçirilməsindən ötrü gəlmişlər. Lakin, Cavabdeh yaşadığı otaqlarının giriş qapısını bağlayaraq həmin 0,09214 ha. torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ölçülməsinə imkan verməmiş, faktiki yerində mayinə keçirilməsindən ötrü əraziyə gəlmiş nümayəndə heyətini otaqlarına buraxmamışdır. Bu səbəbdən də onların 08 oktyabr 2024-ci il il tarixli müraciətləri “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 10 saylı Lənkəran Ərazi İdarəsinin 14 oktyabr 2024-ci il tarixli, № 3-21-3-43/2-3195/2024 saylı, “Vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina edilməsi” barədə “ bildirişlə rədd edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publilc hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi 14 oktyabr 2024-ci il tarixli, cavab məktubunda “Sənədlərin qanunamüvafıqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdurki, həmin daşınmaz əmlaka dair Ərazi idarəsinə təqdim etdiyiniz sənədlərlə faktiki yerində olan vəziyyət müayinə (çölölçmə işləri) aparılmadığından, müəyyən edilməmişdir. Faktiki yerində müayinənin keçirilməsi məqsədilə mütəxəssisin ayrılmasına baxmayaraq, tərəflər arasında mübahisə olması səbəbindən müayinənin aparılması mümkün olmamışdır.” Hesab edirlər ki, o, Şölənin qardaşı olan Cavabdeh tərəfindən, ailə üzvülərinin ümumbirgə mülkiyyətinə verilmiş 0,09214 ha. torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində babası və valideynlərindən miras qalmış fərdi yaşayış evinin müayinə olunması - ölçülməsinə yaradılmış süni maneçiliklər ucbatından, həmin torpaq sahəsi və fərdi yaşayış evinə dair onlara çatacaq mülkiyyət pay hüquqlarının dövlət qeydiyyatına alınmasından ötrü müvafiq “Çıxarışı” və “Texniki Pasport” ala bilmirlər. Bununla da onlara çatacaq mülkiyyət pay hüquqlarının dövlət qeydiyyatına alınması Cavabdeh tərəfindən yaradılmış maneçiliklər ucbatından pozulmuşdur. Odurki, 0,09214 ha. həyətyanı torpaq sahəsi və onun üzərində miras əmlak olaraq tikilmiş fərdi yaşayış evinə dair onlara çatacaq mülkiyyət pay hüquqlarının adlarına dövlət qeydiyyatına alınmasından ötrü, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 10 saylı Lənkəran Ərazi İdarəsi əməkdaşlarının müayinə keçirilməsi üçün, Cavabdeh üzərinə, çöl- ölçmə işlərinin və digər hərəkətlərinin aparılmasına mane olmamaq öhdəliyi və qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsindən ötrü məhkəməyə müraciət edirlər. Məhkəmə iclasında iddiaçı, eyni zamanda da digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iddianın məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X14 iddiaya qarşı etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçıların iddia etdikləri torpaq sahəsinə heç bir aidiyyatları yoxdur. Göstərilən Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, 38 saylı evə dair hər hansı bir hüquqverici sənədləridə yoxdur, halbuki o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Yaşadıqları müddət ərzində ona və ailəsinə maddi və mənəvi zərərlər yetirərək ziyanlar vurmuşlar və iddiaçılar həmin göstərilən ünvanda qeydiyyatda olsalar da ayrı-ayrı ünvanlarda yaşayırlar və özlərinin başqa yerdə mənzilləri var. Dəfələrlə ona və həyat yoldaşına qarşı qanunsuz hərəkətlər edərək yaşamağa imkan vermirlər halbu ki, iddiaçılar ayda ildə bir iki dəfə gəlib gedirlər. İddiaçıların məhkəməyə təqdim etdikləri iddia ərizəsi və onlara əlavə olunmuş sənədlərlə güya o, ünvan 3 ünvanına baxış keçirilməsinə maneə yaradılmasına dair göstərdikləri əsassızdır. Buna görə də iddianın rədd olunmasını xahiş etmişdir. Daha sonra o, etirazın dəqiqləşdirlməsinə dair ərizə ilə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçıların təqdim etdiyi ev həqiqəti əks etdirmir, çünki vərəsəlik predmeti hesab edilən ev 1936-cı ildə qaynatasının atası tərəfindən tikilsə də, 2005-ci ildə evlilikləri ilə bağlı həyətdə abadlıq işləri ilə əlaqədar olaraq viran olmuş, ev tamamilə sökülmüşdür. İddiaçılar tərəfindən həmin evin əvəzinə eyni həyətdə qanunsuz tikilmiş digər ev (özbaşına tikili) təqdim edilib. Həmin evdə 1999-cu ildən yaşayırlar. Yaşadıqları müddət ərzində ona və ailəsinə maddi və mənəvi ziyanlar yetirərək ziyan vurmuşlar. İddiaçıların göstərdikləri ev vərəsəlik predmeti hesab edilə bilməz, çünki qaynatası tərəfindən tikilməyə başlanıb və tam sənədsizdir. Vərəsəlik predmeti hesab edilən evin real vəziyyətini əks etdirən şəkilləri təqdim edərək və yerində müayinə aparılaraq iddiaçıların təqdim etdiyi ev Texniki pasportda göstərilən ev ilə eyni ev olmaması aşkar olunacaqdır. Beləliklə, təqdim olunmuş evin hər hansı bir hüquqverici sənədi yoxdur, vərəsəlik predmetinə daxil edilə bilməz. Vərəsəlik predmeti hesab olunan evin isə sadəcə qalıqları mövcuddur. Vərəsəlik predmeti hesab olunan, əslində viran olunmuş ev, 1936-cı il tarixli 3102 serialı Texniki pasporta əsasən, ayrı yerdən tikilib, 80 kv.m, 2 yaşayış otaqlarından və 2 qeyri yaşayış otaqlarından (tövlə, anbar) və 1 mərtəbədən ibarət olmuşdur. Lakin iddiaçıların yalandan təqdim etdikləri ev, yəni özbaşına tikili 2 mərtəbədən, mətbəx daxil olmaqla 8 otaq və təqribən 225kv.m-dən ibarətdir. İddiaçıların məhkəməyə təqdim etdikləri iddia ərizəsi və onlara əlavə olunmuş sənədlərə əsasən ünvan 3 ünvanında maneə yaratmağı barədə iddiaçıların göstərdiklərini əsassız hesab edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyib iddianın təmin olunmamasını xahiş etmişdir. Tədqiq olunmuş sübutlar: Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhə 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyinin arayışlarından görünür ki, iddaçılar ünvan 2 ünvanında yaşayırlar. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhə 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, İddiaçı2 qaynatası X13 xx.xx.1981-ci il tarixdə vəfat etmiş, onun arvadı X15, oğulları Nüsrət, İzzət və qızları Dilşad, Şövkət və Çimnaz vəfat etmiş, qızı Kökəb sağ və salamatdır. Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X11 arasınad nikah xx.xx.1967-ci il tarixdə rəsmiləşdirlmiş və qadın “Əliyeva” soyadını götürmüşdür. Ölüm haqqında arayışdan görünür ki, X12 xx.xx.1999-cu il tarixdə ölmüşdür. DƏDK və RPHŞ-in 10 saylı Əİ-nin İddiaçı1 ünvanladığı xx.xx.2024-cü il tarixli cavabından görünür ki, onun onlara ünvanlanmış xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi ilə əlaqədar olaraq bildirirlər ki, Lənkəran şəhərində yerləşən, qanun üzrə vərəsəsi olduqları şəxs X10 məxsus fərdi yaşayış evinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı təqdim oiunmuş hüquqmüəyyənedici sənədlərin qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqiiyi araşdırılarkən məlum olmuşdur ki, həmin daşınmaz əmlaka dair Ərazi İdarəsinə təqdim etdikləri sənədlərlə faktiki yerində olan vəziyyət müayinə (çölölçmə işləri) aparılmadığından müəyyən edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması, mövcud texniki vəziyyəti yerində dəqiqləşdirmək məqsədi ilə habelə müvafiq texniki sənədlərin tərtib edilməsindən ötrü 10 saylı Lənkəran Ərazi İdarəsinin aidiyyəti mütəxəssisləri tərəfindən həmin daşınmaz əmlaka baxış keçirilməli və sözügedən daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilməlidir. Faktiki yerində müayinənin keçirilməsi məqsədilə aidiyyəti mütəxəssisin ayrılmasına baxmayaraq, tərəflər arasında mübahisə olması səbəbindən müayinənin aparılması mümkün olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4 maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlakla bağlı vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsindən imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” 3102 nömrəli pasportdan görünür ki, Lənkəran şəhəri B.Abbasov küçəsi 64 nömrəli ev X1 olmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçı, eyni zamanda da digər İddiaçı2 nümayəndəsi İddiaçı1 və Cavabdeh nümayəndəsi X7 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən isə torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. “Torpaq islahatı haqqında” Qanunun 9-cü maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir... Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənçam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yartmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Qeyd edilən hüquq normalarının mənasına görə mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs çəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçılar X10 məxsus fərdi yaşayış evinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı DƏDK və RPHŞ-in 10 saylı Əİ-nə müraciət etmiş, cavabdeh həmin fərdi yaşayış evində və onun yerləşdiyi torpaq sahəsində DƏDK və RPHŞ-in 10 saylı Əİ-nin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmalarına maneə yaratdığından, DƏDK və RPHŞ-in 10 saylı Əİ-i mübahisənin olduğunu göstərərək daşınmaz əmlakla bağlı vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsindən imtina etmişdir. Buna görə də iddiaçılar pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikas Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 15 oktyabr 2012-ci il tarixli, 2012-ci il tarixdə, 06 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 02 noyabr 2012-ci il tarixdə **********0006 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestriə daxil edilmiş “ Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci madəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatların dövlət reyestrinə daxil edilməsi və ( və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri Reyestrə təqdim edənədək öldükdə həmin sənədlər notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydadada çıxarış verilir. Qanunvericiliyin qeyd edilən müddəasından göründüyü kimi, İddiaçı1 vərəsəlik hüquqdan istifadə edərək miras qoyan X10 məxsus fərdi yaşayış evinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı DƏDK və RPHŞ-in 10 saylı Əİ-nə müraciət etmişdir. Lakin, cavabdeh sənədləşmə aparmaq istəyən şəxsləri mübahisəli əraziyə buraxmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçıların ev və torpaq sahələrinin sənədləşdirilməsini aparan şəxslərə ev və torpaq sahələrində ölçmə işlərinin aparılması üçün şərait yaradılmalı, cavabdehə izah olunmalıdır ki, həmin şəxslərin ev və əş torpaq sahələrində ölçmə işlərinin aparılmamasına mane olmamalıdır. Məhkəmə iddiaçıların xx.xx.1981-ci il tarixdə vəfat etmiş X8 (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) vərəsələri hal hazırki, iş üzrə iddiaçılar - İddiaçı1 və İddiaçı2 adına xüsusi mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması tələbinə qiymət verərək qeyd edir ki, bu tələb ayrıca mübahisə predmetidir və həmin mübahisəyə miras qoyulmuş əmlaka dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verildikdən sonra qiymət verilə bilər. Belə ki, miras əmlak ölmüş şəxsin miras əmlakın kütləsinə daxil olduqdan sonravərəsələrin payları müəyyən oluna bilər. Hazırda isə ev və torpaq sahəsi ölmüş şəxsin miras kütləsinə daxil edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi hazırda bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin, həmin evin yerləşdiyi torpaq sahəsinin yerində müayinəsi və ölçmə işlərinin aparılması üçün DƏDK və RPHŞ-in 10 saylı Əİ-nin əməkdaşlarına törədilən maneə aradan qaldırılsın. Bununla bağlı Cavabdehnın qanunsuz hərəkətlərinə son qoyulsun. İddai qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar