Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2849/2023 26.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X1 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katbi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə 26 oktyabr 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİR HİSSƏ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, O, xx xxxxxxxx 1984-cü ildə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində anadan olmuşdur.İş üzrə cavabdeh olan Cavabdeh 03 ildir ki, tanıyır. Cavabdeh 2022-ci ilin mart ayının sonlarında onun yanına gələrək bildirdi ki, ona təcili pul lazımdır. Buna görə də cavabdeh ondan 20000 manat borca pul istədi və bildirdi ki, aldığı 20000 manat pulu 08 ay müddətində qaytaracaqdır. O da, cavabdehi tanıdığı üçün humanistlik, insaniyyətlik və xeyirxahlıq göstərərək anasında olan ev almaq üçün saxladığı 20000 manat pulu cavabdehə əl borcu vermişdir. Cavabdeh pulu alarkən qaytarmağı öhdəlik kimi götürdüyü 08 ay müddətində qaytarmamış və onu aldatmişdir. Belə olduqda o, cavabdehə notariusa gedib ondan 20000 manat məbləğində borc almağı barədə borc müqaviləsi bağlayaraq və həmin borc müqaviləsini notarial qaydada təsdiq etdirməyi təklif etmişdir. Nəticə də cavabdehlə notariusa getmiş və həqiqətən ondan 2022-ci ilin mart ayının sonlarında 20000 manat borc pul alması və aralarında ziddiyyət yarandığına görə hazırda borc müqaviləsi bağlayaraq 1500 manatı dərhal ödəmək şərti ilə 18500 manatı isə 08 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürməyi qeyd etmişdir. Həmin ərizə notarius tərəfindən təsdiq edilmişdir. Bununla da cavabdehlə aralarında 20000 manat borcla bağlı borc müqaviləsi bağlamaq istəmişlər. Lakin həmin 20000 manat pul nəğd şəkildə cavabdehdə olmadığı üçün o, notariusun depozitinə həmin pulu köçürə bilməmişdir. Buna görə də notarius borcla bağlı borc müqaviləsi bağlamaqdan imtina etdiyi üçün cavabdeh həmin ərizədə qeyd etdiyi 1500 manat pulu ona verməmişdir. Cavabdehin ona verdiyi həmin ərizə indi də ondadır. Pulu cavabdehə verdiyi tarixdən artıq 01 ildən çox bir vaxt keçmişdir, lakin cavabdeh ondan borca aldığı 20000 manat pulu indi də ödəmir. Beləliklə, cavabdehə verdiyi 20000 manat borcu ona qaytarmaqdan imtina edir. Cavabdeh ona verdiyi borcu qaytarmaqdan imtina etdiyi üçün hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin olaraq 20000 manat borcun ona qaytarılması ilə əlaqədar cavabdeh olan Cavabdeh Sədaət oğluna 31 mart 2023-cü il tarixdə poçt vasitəsi ilə onun faktiki yaşadığı ünvan 1 ünvanına pretenziya göndərmişdir. Cavabdeh bir xəbər çıxmadığı üçün DİN-nin MAPS şöbəsində onun rəsmi qeydiyyatda olduğu ünvanı öyrənib, 17 iyul 2023-cü tarixdə təkrarən onun rəsmi qeydiyyatda olduğu ünvan 2 ünvanına 2-ci dəfə pretenziya göndərmişdir. Sadalananları nəzərə alaraq, cavabdehdən 20000 manat məbləğində borc pulun və 150.40 manat dövlət rüsumunun, cəmi 20150.40 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı əlavə olaraq bildirmişdi ki, pulu cavabdehə sonuncu zərgər olduğu üçün vermiş, cavabdeh pulu 08 ay müddətində qaytarmağı öhdəsinə götürsə də geri qaytarmamışdır. Bu səbəbdən o, məcbur qalıb cavabdehlə aralarındakı 20000 manatlıq borc müqaviləsini notariat ofisində rəsmləşdirmişdir. Lakin cavabdeh, nağd ödəniş etmək imkanı olmadığı üçün müqavilədə dərhal ödənilməsi nəzərdə tutulan 1500 manatı ödəməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin ona 20000 manat borcu vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİ HİSSƏ: İş materiallarında olan imzası Lənkəran 1 Saylı notarial ofisində təsdiqlənmiş 06 iyul 2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh, İddiaçı aldığı 20.000 manat borc pulu 1500 manatı dərhal ödəmək şərti ilə qalan 18500 manatı 08 ay ərzində hissə-hissə ödəməyi öz üzərinə götürmüşdür. Məhkəmə qeyd edir ki, cavabdehə iddia ərizəsinin surəti göndərilsə də, o, həmin iddiaya öz münasibətini və ya etirazını bildirməmiş, məhkəmə iclaslarına gələrək həmin borcun qaytarıb-qaytarmadığını bildirməmişdir. Məhkəmə onun susqunluğunu iddia ilə razılaşdığı kimi qəbul edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya pul borclu olması faktı iş materialları ilə təsdiq olunduğu üçün iddia tələbi təmin edilməli, Cavabdeh 20000 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İşdə olan qəbzdən görünür ki, iddiaçı 150.40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 150.40 manat dövlət rüsumu cavabdehə aid edilməli və sonuncudan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 20000 manat məbləğində pul və ödənilmiş 150.40 manat məbləğində dövlət rüsumu, cəmi 20150.40 (iyirmi min yüz əlli) manat 40 qəpik tutularaq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-2849/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2849/2023
26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver