Məhkəmə qərarları › İş №2(049)-2859/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2859/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2859/2022 22.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, iddiaçı: İddiaçı nümayəndəsi: X4, X2, cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il tarixli, 001692 saylı nisyə alğı-satqı müqaviləsi üzrə nisyə satılmış mala görə yaranmış 288 manat məbləğində qalıq borcun, gecikdirilmiş hər günə görə hesablanmış 90 manat dəbbə pulu olmaqla ümumilikdə 378 manat məbləğindəki pul vəsaitinin və iddia tələbi üçün ödənilmiş 35,28 manat məbləğində dövlət rüsumunun alınaraq, İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin borcundan 200 manat ödədiyi, 88 manat borcu qaldığını və buna görə də cavabdehn 88 manatın alınaraq iddiaçıya ödənilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim edərək bildirmişdir ki, satılan televizro ona təhvil verildyi halda ödəniş etməyə hazırdır. Məhkəmənin 16 avqust 2022-ci il tarixli qərardadı ilə İddiaçı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə iddia icraatı qaydasına baxılmasını qərar alımışdır. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh DALĞA-94 MMC–dən xx.xx.2020-ci il tarixli, 001692 saylı (nisyə) alğı-satqı müqaviləsi üzrə ilkin ödəniş olaraq, 150 manat, hər ay 49 manat məbləğ ödəmək şərti ilə 12 ay müddətinə dəyəri 738 manat olan bir ədəd TV Hisense markalı televizor almışdır. Cavabdehin bu müqavilələr üzrə cəmi ödədiyi məbləğ 450 manatdır və qalıq borcu 288 manat təşkil edir. Nisyə alğı-satqı müqaviləsinin 2.4.4-ci bəndinə uyğun olaraq, alıcı ödəmələrin həyata keçirilməsini gecikdirərsə 10 gün gecikmədən sonra hər gecikdirilən gün üçün gecikən ödənişin 0,5 faizi məhsula əlavə qiymət hesablanır. Buna görə iddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixli, 001692 saylı nisyə alğı-satqı müqaviləsi üzrə nisyə satılmış mala görə yaranmış 288 manat məbləğində qalıq borcun, gecikdirilmiş hər günə görə hesablanmış 90 manat dəbbə pulu olmaqla ümumilikdə 378 manat məbləğindəki pul vəsaitinin və iddia tələbi üçün ödənilmiş 35,28 manat məbləğində dövlət rüsumunun alınaraq, DALĞA-94 MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddia ilə razı deyil, o, göstərilən mağazadan telavizor almış, lakin televizorda problem olduğuna görə geri qaytarmışdır. Həmin televizora görə ödənişləri vaxtında etmişdir, lakin televizor xarab olduqdan sonra ödəniş etməmişdir. Ona həmin televizor verilsə ödəniş etməyə razıdır. İş materiallarında olan və məhkəmədə elan olunmqla araşdırılmış 28 may 2020-ci il tarixli WDP001692 nömrəli nisyə alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilkin ödəniş olaraq, 150 manat, hər ay 49 manat məbləğ ödəmək şərti ilə 12 ay müddətinə dəyəri 738 manat olan bir ədəd TV Hisense markalı televizor almışdır. İş materiallarında olan və məhkəmədə elan olunmqla araşdırılmış təhvil təslim aktından görünür ki, TV Hisense markalı televizor Cavabdeh verilmişdir. İş materiallarında və məhkəmədə elan olunmqla araşdırılmış bildirişdən görünür ki, Lənkəran rayonu, Göyşaban kənd sakini Cavabdeh qızına pretenziya qaydasında DALĞA-94 MMC tərəfdən bildiriş göndərilmişdir. İş materiallarında və məhkəmədə elan olunmqla araşdırılmış Azərbaycan Beynəlxalq bankın xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, DALĞA-94 MMC 30 manat dövlət rüsümu və 0,4 manat xidmət haqqı X3 ödəmişdir. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, DALĞA-94 MMC-nin ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 600.1 və 600.4cü maddələrinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İddiaçı və cavadein izahatlarından və araşdırılmış sənədlərdən müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 001692 saylı nisyə alğı-satqı müqaviləsi üzrə nisyə satılmış mala görə yaranmış 288 manat məbləğində qalıq borcu, gecikdirilmiş hər günə görə hesablanmış 90 manat dəbbə pulu olmaqla ümumilikdə 378 manat borcu qalmışdır. Lakin sonradan cavabdeh tərəfindən ödəniş edilmiş və qalıq borcu hazırda 88 manat qalmışdır ki, iddiaçının da əsas məbləğ kimi tələbi 88 manat təşkil edir.. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 88 manat borc və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar