Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2890/2023 10.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1400 ABŞ doları, 700 manat və Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən hər gecikdirilən ilə görə borcun 5%-i olmaqla 25 ay ərzində 147 ABŞ dolları və 73 manat ümumillikdə 1547 ABŞ dolları və 768 manat pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, 2013-cü ildən «New Evropa» şirkətində rieltor vəzifəsində işləyirdi. Cavabdeh 2019-cu ildən tanıyır. 2019-cu ilin aprel ayının 14-də atasının ilini vermək üçün ondan 300 ABŞ dolları pul almış, ona söz verdiyi kimi vaxtında həmin 300 ABŞ dollarını qaytarmışdır. Sonra 2019-2021-ci illər ərzində müxtəlif vaxtlarda ondan 1400 ABŞ dolları alsa da verdiyi vədə əməl etməyərək bu günə qədər qaytarmamışdır. Dəfələrlə Cavabdehla telefon əlaqəsi saxlasa da hər dəfə qaytaracağına söz vermiş, lakin müxtəlif bəhanələrlə verdiyi sözə əməl etməmişdir. Bundan başqa Cəmil ona zəng vuraraq bildirmişdir ki, ofisin arenda haqqını ödəmək üçün onlara 700 manat borca pul versin. O da bildirmişdir ki, Nərimanov parkındadır. Cəmil və Ceyhun birlikdə gələrək ondan 700 manatı da götürmüş, söz vermişlər ki, növbəti ay pulunu yüz faiz qaytaracaqlar. Bir müddət keçməsinə baxmayaraq Ceyhun ondan aldığı 1400 ABŞ dolları və 700 manat pulu qaytarmamışdır. Dəfələrlə zəng edərək verdiyi pulların qaytarılmasını tələb etsə də, verdiyi pulları qaytarmayacağını başa düşərək Nərimanov RPİ-nə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı araşdırmaya təqdim etdiyi səs yazıları dinlənilmiş, səs yazısında Ceyhun həqiqətən ondan aldığı 1400 ABŞ dolları və 700 manat pulu aldığını etiraf edərək təsdiqləmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, baş vermiş mübahisə mülki xarakterlidir və məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Buna görə də onun barəsində iddia tələbi ilə məhkəməyə müraciət etmə qərarına gəlmişdir. Bundan başqa, Cavabdeh ilə aralarında «Whatsapp»la danışıqlar və mesajlar var ki, bu dəlilsübutlarla onun ondan yuxarıda göstərilən məbləğdə pulu alması təsdiqlənir. Bundan başqa onun həmin pulları ona verməyi şahid ifadələri ilə təsdiqlənir. Hesab edir ki, Cavabdeh borc verdiyi 1400 ABŞ dolları və 700 manat pul tutularaq ona qaytarılmalıdır. Həmçinin həmin borc 2021-ci il tarixdə yarandığına və bu günədək ödənilmədiyinə görə cavabdeh (borclu) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hər gecikən ilə görə 5% ödəməlidir. Yəni hazırkı vaxtadək 24 ay ərzində, Cavabdeh 1400 ABŞ dolların 9,84% (5:12 x 25 = 10,50) məbləğində 147 ABŞ dollarını, 700 manatın 9,84%-i (5 : 12 x 25 = 10,5) məbləğində 73 manat pulu ona ödəməlidir. Cavabdeh iddiaya qarşı etiraz verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaya qarşı etiraz onunla əsaslandırmışdır ki, iddia tələbi ilə qəti olaraq razı deyil. İddia tam əsassız və qanunsuzdur. İddia ərizəsindən və ona əlavə olunmuş «sübutlardan» da görünür ki, bütün yazılanlar ziddiyyət təşkil edir, əsassızdır və böhtan xarakterlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, guya o, 2019-2021-ci illər ərzində müxtəlif vaxtlarda ona 1400 ABŞ dolları və 700 manat pul vermişdir. Bundan başqa, polis orqanında hansısa səs yazıları dinlənilmiş və guya o həmin səs yazılarında ondan 1400 ABŞ dolları və 700 manat aldığımı etiraf etmişdir. İddiada göstərilənlər cəfəngiyyatdır, ağ yalandır. Belə ki, o İddiaçı 2019-cu ildə «New Evropa» şirkətində tanısa da, onunla heç vaxt aralarında pul haqq-hesabı olmamış, ondan hər hansı bir məbləğdə borc pul almamışdır. Eyni zamanda bildirir ki, iddiaçı ərizəsində guya 2019-2021-ci illər ərzində ona pul verdiyini qeyd etsə də, o 2019-cu ilin may ayından sonra onu görməmiş və onunla heç bir əlaqəsi olmamışdır. İddiaçının özünün iddia ərizəsinə əlavə etdiyi «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 04 may 2023-cü il tarixli qərardan da görünür ki, o, hazırda ondan tələb etdiyi 700 manat məbləğində pulu Cəmil adlı şəxsə verdiyini qeyd etmişdir. Hazırda isə əsassız olaraq ondan tələb edir və guya həmin 700 manatı da ona borca verdiyini bildirir. Hətta iddiaçı əvvəllər ona müraciət edərək Cəmildən polisə şikayət etdiyini bildirmiş və ondan də xahiş etmişdir ki, polis orqanında yalandan şahidlik etsin ki, guya o, Cəmilə 700 manat pulu onun yanında vermişdir. Lakin o onun bu təklifini rədd edir və bildirir ki, o görmədiyi bir hadisəyə görə yalandan şahidlik edə bilməz. Görünən odur ki, o iddiaçı üçün yalandan şahidlik etmədiyinə görə hazırda ona qarşı belə bir əsassız və qanunsuz tələblə məhkəməyə müraciət edir. Bundan başqa, «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 04 may 2023-cü il tarixli qərarda göstərilmişdir ki, “...araşdırmaya təqdim edilmiş səs yazısı dinlənilmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Həmin səs yazısında Ceyhun kimi özünü təqdim edən şəxs həqiqətən də İddiaçı 1400 ABŞ dolları və 700 manat borcu olduğunu etiraf edərək təsdiqləyir”. Bununla bağlı qərarda qeyd edilən səs yazısının hansı yollarda əldə edilməsi, səs yazısının kimə aid oilması və özünü «Ceyhun» kimi təqdim edən şəxsin kim olması öz əksini tapmamış, bu fakt müəyyən olunmamış və məhz onunla hər hansı bir əlaqəsinin olması təsdiq olunmamışdır. Belə bir hal ola da bilməz. Çünki belə bir fakt mövcud deyildir. Ümumiyyətlə polis orqanı həmin qərarla mülki hüquq münasibətlərinə münasibət bildirə bilməz. Bundan başqa, iddiaçı öz ərizəsində göstərmişdir ki, guya onunla iddiaçı arasında «WhatsApp» danışıqları və mesajları var, guya həmin dəlil-sübutlarla onun ondan pul aldığı sübut olunur. Adından istənilən formada yazışma sərgiləmək olar. Bundan başqa iddiaçı ərizəsində guya hansısa şahidi məhkəməyə gətirəcəyini bildirmişdir. Bununla da bağlı qeyd etmək istəyir ki, iddiaçı ilə aralarında heç bir vaxt borc pul məsələsi olmadığından, onun məhkəməyə gətirəcəyi şahid də çox güman yalan ifadə verəcəkdir. Çünki olmayan bir şeyi heç kim təsdiq edə bilməz. Belə bir fakt olsa idi və bunu təsdiq edə bilən şahid olsa idi, iddiaçı həmin şahidi polisə aparardı və rədd qərarında onun ifadəsi olardı. Bir daha təsdiq olunur ki, iddiaçı bir vaxtlar məndən yalançı şahidlik etməyini istədiyi kimi indi də bu təklifi kiməsə etmiş və kimisə buna razı salmışdır. İddiaçı Cavabdeh tərəfindən verilmiş iddia ərizəsinə etiraza etiraz verərək bildirmişdi ki, 2019-cu il may ayından İddiaçı (yəni onu) görməyib və onunla heç bir əlaqədə olmamışdır. Cavabdeh xx.xx.2022-ci ilə qədər onunla telefon vasitəsilə əlaqədə olubdur. 09 aprel 2021-ci il tarixdə ona məxsus 6768 6753 2300 6047 nömrəli kartı Ceyhuna «Whatsapp» vasitəsi ilə səs atmışdır ki, «Ceyhun karona olmuşam, müalicəm üçün pul lazımdır, xahiş edirəm mənim pullarımı mənə qaytar. Mən ölürəm dərmanlarıma pul yoxdur. Mənim bu günümdə, mənim pulumu qaytarmırsansa, mən öləndən sonra bu pul mənə lazım olmayacaq». Bunun sübutu kimi ona məxsus telefon nömrəsindən (070 599- 41-91) ona gələn səslər və mesajlar onun yalan danışdığını sübut edir. Bundan başqa cavabdeh etirazında qeyd etmişdir ki, guya o 700 manat pulu Cəmilə vermişdir. Cəmildən polisə şikayət edəndə Ceyhunun Cəmilin ondan pul almasına şahidlik etməsini xahiş etmişdir. O şahidlik etməyinə görə Namis Ceyhuna qarşı belə bir əsassız və qanunsuz tələblə məhkəməyə müraciət etmişdir. Ceyhunun dedikləri ağ yalandır. 700 manat pulu verənə qədər Ceyhun ona 1400 ABŞ dolları borclu idi. Fikirləşmişdir ki, 1400 ABŞ dollar borcludur. Ceyhun Cəmillə bir ofisdə işləyirdi. Ceyhun ofisin rəhbəri idi. Cəmil isə həmin ofisdə reelter (makler) işləyirdi. Ofisin arenda pulu 700 manat təşkil edirdi. Ceyhun ofisin rəhbəri olduğu üçün arenda pulunu Ceyhun şirkətin prezidenti Vəfadara ödəyirdi. Arenda pulunu ödəyə bilmədiyi üçün Ceyhun Cəmildən xahiş edir ki, sən Namisdən pul istə, arenda pulunu versin. Cəmil Namisə (ona) zəng vurub, ofisin arenda pulunu ödəmək üçün onlara 700 manat pul verməsini xahiş etmiş, o da razılıq vermişdir. Ceyhun Cəmilin avtomobilində Cəmillə birlikdə gəlmişdir. Həmin vaxt Nərimanov parkında Mehdi adlı şəxslə parkda gəzirdi. O Ceyhuna Mehdinin yanında 700 manat pulu vermişdir. Bir az iş barədə söhbət etdikdən sonra çıxıb getmişlər. Bundan başqa cavabdeh cinayət işinin başlanmasının rədd edilməsi barədə 04 may 2023-cü il tarixli qərarda gəstərilmişdir ki, araşdırmaya təqvim edilmiş səs yazısı dinlənilmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Həmin səs yazısında Ceyhun kimi özünü təqdim edən şəxs həqiqətən də İddiaçı 1400 ABŞ dolları və 700 manat borcu olduğunu etiraf edərək təsdiqləyir. Ceyhun bildirir ki, qərarda qeyd edilən səs yazısının hansı yollarla əldə edilməsi, səs yazısının kimə aid olması və özünü Ceyhun kimi təqdim edən şəxsin kim olması öz əksini tapmamış, bu fakt müəyyən olunmamış və məhz onunla hər hansı bir əlaqəsinin olması təsdiq olunmuşdur. Belə bir hal ola da bilməz. Çünki belə bir fakt mövcud deyildir. Birincisi polis orqanlarında araşdırılma apararkən, araşdırmanı aparan təhqiqatçılar onunla telefon vasitəsilə əlaqə saxlayarkən Ceyhun bildirdi ki, Namis (yəni o) ona pulu aylıq faizlə vermişdir. O da həmin pulun hamısını faizlə birlikdə artıqlaması ilə qaytarmışdır. Ceyhun ondan 700 manat pulu alanda onun yanında olan Mehdi adlı şəxs təhqiqat prosesi ərəfəsində xx.xx.2022-ci il tarixdə saat 16:59 dəqiqədə onun xahişilə özünə məxsus telefonu ilə 050-490- 84-84 Ceyhuna məxsus telefona (070 599-41-91) zəng vumuşdur. Bu məsələyə aydınlıq gətirmək üçün 7 dəqiqə 28 saniyə danışaraq həmin danışıq səsini səsgücləndiriciyə qoymuşlar. O, Mehdi və 1400 ABŞ dollar pulun verilməsində şahid olan Mirzakir həmin danışıq zamanı Ceyhun etiraf edirdi ki, həmin pulları o Namis kişidən faizlə almış və pulun hamısı faizlə birlikdə artıqlaması ilə qaytarmışdır. Mehdi onunla telefon danışığı zamanı dedi ki, Ceyhun o ona inanır, əgər qaytarıbsa gəl polisdə yaz alıb faizlə, artıqlaması ilə qaytarmışdır. Ceyhun gəlib yazar, söz versə də özünə məlum olan səbəbdən gəlmədi. Polisin araşdırması zamanı, polisə təqdim edilmiş həmin diskin bir surəti də məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əlavə edilmişdir. Cavabdeh polisin apardığı araşdırmanı və çıxardığı qərarı şübhə altına alır. Polisin qərarında qeyd edilən səs yazısı Ceyhunun özünə məxsus telefondan (070 599-41-91) göndərilmiş səs yazısının Cavabdeh aid olması öz əksini tapıb, bu fakt müəyyən olunmuşdur. Ceyhunun Namislə əlaqəsinin olması öz təsdiqini tapmışdır. Bundan başqa cavabdehin onunla onun arasında «Whatsapp» danışıqları və mesajları var ki, Ceyhunun ondan borc aldığı pul sübut olunur. Cavabdeh telefonunda onun telefonuna gələn səs yazılarına qulaq asmadan və mesajları oxumadan özündən mülahizələr quraraq əsassız məhkəməyə təqdim edir. Dəfələrlə cavabdeh tərəfin polis orqanlarında aparılan araşdırmaya bilərəkdən gəlməməsi, polisin araşdırmasından sonra çıxardığı qərara şübhə ilə yanaşması polis orqanı həmin qərarla mülki hüquq münasibətlərinə münasibət bildirə bilməz ifadələri əsassız və yersizdir. Cavabdeh bildirir ki, səs yazısının ona aid olmadığı və özünü «Ceyhun» kimi təqdim edən şəxs onun olması öz əksini tapmamışdır. Belə bir hal yoxdur və bu fakt mövcud deyil. Buna görə də həmin səs yazılarının sübuta yetirilməsi üçün məhkəməyə təqdim etdiyim bir ədəd disk fonoskopik ekspertizaya göndərilməli, həmin diskin səs yazılarının Cavabdeh məxsus olub-olmaması müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müafiə edib, iddia ərizəsində, habelə iddiaya qarşı etiraza verdiyi etirazında göstərilənlərə uyğun izahat vermiş, iddianın tam şəkildə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: Elektron məhkəmə informasiya sistemindən, habelə iddiaya qarşı etirazdan görünür ki, 070 599 41 91 mobil nöməsi Cavabdeh adına qeydə alınmışdır. İddiaçı məxsus mobil telefonda quraşdırılmış Whatsapp proqramından müəyyən olunur ki, 070 599 41 91 mobil nömrəli abonent tərəfindən İddiaçı audio fayl göndərilmiş, həmin audiofayldakı səsin sahibi İddiaçı 1400 ABŞ dolları məbləğində borcunun olduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid Seydağa oğlu ifadəsində bildirmişdir ki, İddiaçı, o və Mehti Bakı şəhərində yerləşən Nəriman Nərimanov adına parkda gəzmişlər. Bu zaman Namis Mehdidən 200 manat pul istəmiş və Mehdi də Namisə 200 manat pul vermişdir. Daha sonra Ceyhun maşınla onların olduğu yerə gəlmiş və Namis 10 metr kənara çəkilərək Ceyhunla görüşmüşdür. Ceyhunla görüşüb gəldikdən sonra onlara Ceyhuna 700 manat pul verdiyini demişdir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 55 manat məbləğində dövlət rüsumu və 0,40 manat xdmət haqqı ödənilmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia ərizəsindən və iddiaçının məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında şifahi kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı qaytarılması şərtilə 1400 ABŞ dolları və 700 manat pul məbləğini məbləğini Cavabdeh vermiş, lakin sonuncu tərəfindən göstərilən pul məbləğləri cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır. Qeyd olunanlardan müəyyən olur ki, tərəflər arasında borcun verilməsi ilə bağlı mübahisə olduğundan iddianın qanuni əsasını da Azərbaycan Respubikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-nin) borc müqaviləsini tənzimləyən normaları təşkil edir. Belə ki, tərəflər arasında yaranmış mübahisə borc müqaviləsinin icra edilməməsindən irəli gəlir ki, bu tələbi qanuni əsası tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsidir. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə ilk növbədə təqdim edilmiş sübutların iddianın təmin edilməsi üçün kifayət edib etməməsinə qiymət verilməsini zəruri hesab edir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın mənasına görə sübutların toplanması və təqdim edilməsi yükü, yəni sübutetmə vəzifəsi bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Göstərilən hüquq normalarının tələbi baxımından sübut etmə yükü ilə əlaqədar məhkəmə qeyd edir ki, iddia tələbində qeyd olunan borc məbləğinin verilməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi iddiaçının, həmin hal sübuta yetirildiyi təqdirdə isə borcun ödənilməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İddiaçı iddianı təsdiq edən sübut növü kimi İddiaçı məxsus mobil telefonda quraşdırılmış Whatsapp proqramından çıxarış edilmiş audio yazıya və Şahid Seydağa oğluna ifadəsinə istinad etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 050 228 50 85 mobil nömrəsi İddiaçı, 070 599 41 91 mobil nömrəsi isə Cavabdeh istifadəsindədir. Bu hal elektron məhkəmə informasiya sistemində olan məlumatlarla, həm də cavabdehin iddia qarşı etirazında qeyd olunmuş məlumatlarla təsdiq olunur. İddiaçı istifadəsində olan mobil telefona quraşdırılmış whatsapp sosial şəbəkəsində olan 070 599 41 91 mobil ilə aparılmış yazışmalarda olan səs yazılarında Cavabdeh İddiaçı 1400 ABŞ dolları məbləğində borcunun olduğunu bildirmişdir. Məhkəmə cavabdehin etirazının dəlillərinə qiymət verərək hesab edir ki, qeyd olunan Whatsapp proqramından çıxarış edilmiş audio yazını aşağıda göstərilənlərə əsasən sübut növü kimi qəbul edir. Belə ki, MPM-nin 76.3-cü maddəsinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında sərgilədiyi hüquqi mövqeyinə görə mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına əsasən, whatsapp sosial şəbəkələrində olan danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyilsə və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmirsə bu sübütlar şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı istifadəsində olan mobil telefona quraşdırılmış whatsapp sosial şəbəkəsində olan 070 599 41 91 mobil ilə aparılmış yazışmalarda olan səs yazılarında Cavabdeh İddiaçı 1400 ABŞ dolları məbləğində borcunun olması öz təsdiqini tapır. Məhkəmə iddianın 1400 ABŞ dolları borcun hər gecikdirilən ilinə görə illik 5%-i olmaqla 25 ay ərzində 147 ABŞ dollarının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, MM-nin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə iddianın 700 manat və Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən hər gecikdirilən ilə görə borcun 5%-i olmaqla 73 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi issəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə sübuta yetirilmədiyindən əsassızdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş cinayət işinin rədd edilməsi barədə 04 may 2023-cü il tarixli qərarda, nə də ki İddiaçı istifadəsində olan mobil telefona quraşdırılmış whatsapp sosial şəbəkəsində olan 070 599 41 91 mobil ilə aparılmış yazışmalarda olan səs yazılarında Cavabdeh qeyd olunan 700 manat pulu İddiaçı borc olaraq aldığına dair hər hansı təsdiqedici aşkar edilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi şahid Mirzakir Mehdiyevin ifadəsinə də qiymət verərək, hesab edir ki, şahid Mirzakir Mehdiyevin ifadəsi də əsaslı şübhədən kənar stadartara uyğun gəlmir. Belə ki, şahid Mirzakir Mehdiyev ifadəsində 700 manat pulun borc olaraq Cavabdeh verdiyini şəxsən görmədiyini, bu halı İddiaçı özünün dediyini bildirmişdir. Buna görə də məhkəmə bu hissədə iddianın əsassız olduğu qənaətinə gəlir və hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1400 ABŞ dolları əsas və gecikdilmiş 25 aya görə 147 ABŞ dolları faiz alınaraq, İddiaçı ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1400(bir min dörd yüz) ABŞ dolları əsas və gecikdilmiş 147(bir yüz qırx yeddi) ABŞ dolları faiz məbləği olmaqla, cəmi 1547(bir min beş yüz qırx yeddi) ABŞ dolları Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh tutulacaq 1547(bir min beş yüz qırx yeddi) ABŞ dolları məbləğində kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-2890/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2890/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver