Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2898/2022 12.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov Elvin oğlu, iddiaçının nümayəndəsi: X2, cavabdeh: Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5299 manat məbləğində əsas borcun, 669,93 manat məbləğində faiz borcun ümumilikdə cəmi 5968,93 manat borcun və 80 manat məbləğində dövlət rüsumunun alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödəniş cədvəli planı üzrə ödəniş etmək şərti ilə illik 36 faiz olmaqla, 24 ay müddətinə, 5820 manat məbləğdə kredit verilmiş və bu borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərin müştərək qaydada iddiaçıya xx.xx.2021-ci il tarixli, 02441-1842-01 nömrəli kredit və zaminlik müqavilələri üzrə 5299 manat məbləğində əsas borcu, 669,93 manat məbləğində faiz borcu ümumilikdə cəmi 5968,93 manat borcu qalmış və xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər bu borcu ödəməkdən boyun qaçırırlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahatında göstərdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İdarə Heyətinin sədridir. İddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Şami oğlu izahatında bildirdi ki, iddianı tam qəbul edir. İddiaçıdan borc olaraq pulu Cavabdeh1 almış, o, da zamın olmuşdur. Cavabdeh1 hazırda Bakı şəhərində yaşayır və yaxşı maaş alır, sonuncu kredit borcunu ödəyəckdir. İddianın təmin edilməsinə etirazı yoxdur. Cavabdeh izahatında göstəriklərini yazılı şəkildə məhkəmə təqdim etmiş və izahat iş materiallarına əlavə edilmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Lənkəran rayonu, Boladı kəndində yaşayan Cavabdeh1 "xxxx" MMC-dən biznes fəaliyyəti üçün 36 faiz dərəcəsi ilə 24 ay müddətinə 5820 manat məbləğində kreditin verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2021-ci il tarixli, 02441-1842-01 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" MMC-dən illik 36 faiz olmaqla 24 ay müddətinə, 5820 manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüş və xx.xx.2021-ci il tarixli, 02441-1842-01 nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh2 da bu borcun ödənilməsində zamin olaraq, bu borcu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə cavabdehlər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 02441-1842-01 nömrəli kredit və zaminlik müqavilələri üzrə 5299 manat məbləğində əsas borcu, 669,93 manat məbləğində faiz borcu ümumilikdə cəmi 5968,93 manat borcu vardır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2022ci il tarixli xəbərdarlıq bildirişlərindən görünür ki, Bakı şəhəri, Səbayel rayonu, hərbi şəhərcikdə yaşayan zamin Cavabdeh1 və Lənkəran rayonunun, Boladı kəndində yaşayan zamin Cavabdeh2 borclu olduqları barədə xəbərdar olunmuşlar. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 80 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, eləcə də Cavabdeh2 etirafedici izahatından müəyyən olunur ki, cavabdeh iddiaçıdan 5820 manat pulu kredit kimi almış, qeyd olunan məbləğ iddiaçı tərəfindən cavabdehə verilsə də, cavabdeh öhdəliyin icrasından boyun qaçırmışdır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, cavabdeh tərəfindən iddianın etiraf edilməsini və həmin etirafin mülki iş üzrə məhkəmədə müəyyən olunan hallarla təsdiq olunduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq ona ödənilməlidir.. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli, 02441-1842-01nömrəli kredit müqaviləsi üzrə 5299 manat məbləğində əsas borc, 669,93 manat məbləğində faiz borcu ümumilikdə cəmi 5968,93 manat borc və 80 manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2898/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2898/2022
12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver