Məhkəmə qərarları › İş №2(049)-291/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-291/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-291/2024 01.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı 7000 ABŞ dolları və 3000 manat mənəvi ziyan tələbinə dair iddiası üzrə mülki işə 01 mart 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 7000 ABŞ dolları və 3000 manat mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflər lazımi qaydada məlumatlandırılmış, lakin onlar xx.xx.2024-cü ilk tarixdə, məhkəmə hazırlıq iclasında aşağıdakı məzmunda barışıq sazişi imzalayıb məhkəməyə ərizə təqdim edərək, həmin barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməklə məhkəmə baxışı iclasını iştirakları olmadan keçirilməsini xahiş etmişlər: İddiaçı öhdəsinə götürür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq 18 (on səkkiz) ay müddətində ona 5000 ( beş min) manat ödəyəcəyini öhdəsinə götürdüyünə görə hazırki iddiasında imtina edir. Cavabdeh iddiaçı iddiasından imtina etdiyinə görə xx.xx.2024-cü il tarixdən başlayaraq 18 (on səkkiz) ay müddətində 5000 ( beş min) manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürür. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında 7000 ABŞ dolları və 3000 manat mənəvi ziyan tələbi ilə bağlı barışıq sazişi əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası MPM-nin 191, 216-220 və 223-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı 7000 ABŞ dolları və 3000 manat mənəvi ziyan tələbinə dair mülki iş üzrə tərəflər arasında 22 fevral 2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. İddiaçı Cavabdeh 7000 ABŞ dolları və 3000 manat mənəvi ziyan tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar