Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2929/2024 08.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə. müəyyən etdi: İddiaçı Cavabdeh 4000 (dörd min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən dələduzluğa məruz qalaraq 4000(dörd min) manat pulun mənimsəmişdir. Belə ki,cavadeh ona əslində özünə məxsus olmayan Lənkəran rayonu, Aşağı Nüvədi kənd ərazisində yerləşən 0.05 ha torpaq sahəsini öz xüsusi mülkiyyətində olan torpaq sahəsi kimi 7000 (yeddi min) manat pul məbləğinə satacağını bildirmişdir. Daha sonra etibarımdan sui-istifadə edərək hissə- hissə olmaqla 4000 (dörd min) manat pul məbləğini məndən alaraq mənimsəmişdir. 6 oktyabr 2022-ci il tarixdə Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə 1500 manat məbləği, 29 oktyabr 2022-ci il tarixdə Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə 2050 manat məbləğində, 28 dekabr 2022-ci il tarixdə isə 450 manat məbləğində pulu Lənkəran şəhəri “Ləvəngi dairəsi” adlanan ərazidə yerləşən “Qulamoff” marketində olan ödəmə aparatı vasitəsilə istifadəmdə olan "xxxx" ASC-yə məxsus plastik karta köçürmə edərək İddiaçım ümumilikdə 4000 (dörd min) manat pul cavabdehə verilmişdir. Cavabdeh bütün bu vaxt ərzində pula ethiacı olduğunu qızna toy edərək cehiz almalı və buna imkanı çatmadığını bildirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə pulunu ələ keçirərək dələduzluq etmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilmısinə dair cinayət işinə açıq məhkəmə iclasmda baxılmış və 27 sentyabr 2023-cü il tarixli № 1(149) - 335/2023 saylı hökm qəbul edilmişdir. Həmin hökmə əsasən Cavabdeh Azərbaycan Respublikası CM- nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2023-cü il tarixdən hesablanaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilərək hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınmışdır. Hal-hazırda caavabdeh cəza müddətini bitirərək azadlığa buraxılmışdır. Lakin tələb etməyinə baxmayaraq mənimsədiyi pul məbləğini ona geri qaytarmır. Hökm verilərkən ona izah olunmuşdur ki, mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququm vardır. Bu səbəbəbdən də halhazırda hüquqlarının bərpa olunmasından və ona dələduzluq nəticəsində dəymiş maddi ziyanın geri qaytarılmasından ötrü məhkəmə müdafiəsindən istifadə etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasına iştirak edən Cavabdeh iddianı qəbul etdiyini və təmin olunmasına etirazın olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 1(049)-335/2023 saylı, 27 sentyabr 2023-cü il hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmə müraciət etmək üçün ümumilikdə cəmi 60 manat manat dövlət rüsumu ödəmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. İşin məhkəmədə müəyyən olunan hallarından, hökmdən, eləcə də cavabdehin etirafedici izahatından müəyyən olunur ki, cavabdeh iddiaçıdan 4000 AZN manat pulu dələduzluq yolu ilə almış, bu cinayət əməlinə görə məhkum edilmiş, lakin pulu geri qaytarmamışdır. MPM-82.4-cü maddısinin tələbinı görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında dindirilmiş cavabdehi araşdırılmış sübutları, eləcə də cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat pul və 60 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2929/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2929/2024
08.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver